نه همین قد من از بار غم دور خم استخمی قامت گردون هم ازین بار غم است

Sanma tək bircə mənim qəddimi eşq eylədi xəm,İki qat eylədi dövranı da bu dərd ilə qəm.

ز سرور دل ما بی المان را چه خبرپرده دار حرم ذوق نهانی الم است

Bixəbərlər nə bilir qəlbimizin şadlığını,Gizli can nəşəmizin örtüyü olmuş bu ələm.

پای در راه بلا نه که تقرب یابیحاصل رنج سفر لذت طوف حرم است

Yarə yetmək diləsən, qorxma bəla rahindən,Kəbəyə azim olanlar görər, əlbəttə, sitəm.

عمر چون می گذرد بی اثر ذوق مباشفرصت لذت ادراک بلا مغتنم است

Ömr hər ləhzə keçir, zövqdən olma məhrum,Bil qənimət bu bəla ləzzətini sən hər dəm.

سیر صحرای جنون کن که ز غم باز رهیغم ایام دران بادیه بسیار کم است

Seyri-səhrayi-cünun eylə ki, qəm görməyəsən,Belə səhrada çox azdır, onu bil, dərd ilə qəm.

بدل از خار جفا می شکفد غنچه مهرچمن آرای محبت گل جور و ستم است

Könlümün qönçəsi xari-sitəm ilə açılır,Bu məhəbbət bağının zinətidir cövrü sitəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. پر ز دردست و الم دائره ملک وجودمنزل راحت و آرام فضولی عدم است

Məqtə — şairin təxəllüsü olan son beyt. Dərdü qəmlə doludur daireyi-mülki-vücud,Ey Füzuli, sənə rahət yer olar yalnız ədəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq