هر کرا هست دلی سیمبری خواهد داشت
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
هر کرا هست دلی سیمبری خواهد داشتز غم سیمبری چشم تری خواهد داشت
Hər kimin ki, qəlbi var, bir simbər cananı var,Simbər cananı varsa, dideyi-giryanı var.
هر کرا چشم تری هست سرش خالی نیستسر سودای بت عشوه گری خواهد داشت
Hər kimin ağlar gözü varsa, başı sevdalıdır,Bir gözəl eşqilə dildə min qəmi-pünhanı var.
هر کرا هست بت عشوه گری در عالمخون فشان چشمی و خونین جگری خواهد داشت
Kim könül vermiş cahanda nazlı bir məhparəyə,Qan dolu bir cüt gözü, bir sineyi-büryanı var.
هر که خون جگر از دیده روان می سازدبی جهت نیست بجایی نظری خواهد داشت
Bicəhət axmaz ciyər qanı gözündən kimsənin,Gözdəki hər qətrə qanın sinədə tufanı var.
هر که دارد نظری بر رخ یاری بی شکهر دم از عشق بلای دگری خواهد داشت
Kim ki, göz dikmiş gözəl bir dilbərin rüxsarinə,Üz verən hər bir bəlanı çəkməyə imkanı var.
هر بلایی که ز عشق است درو ذوقی نیستنه بلاییست که با ما ضرری خواهد داشت
Hər bəla yetsə məhəbbətdən bizə, verməz zərər,Hər bəlanın aşiqə bir zövqi-bipayanı var.
Məqtə — şairin təxəllüsü olan son beyt. غافل از آه فضولی مشو ای بی پرواکه ز سوز جگر است و اثری خواهد داشت
Məqtə — şairin təxəllüsü olan son beyt. Odlu qəlbindən Füzuli ah çəkirsə dəmbədəm,Qafil olma, sevgilim, təsirli min peykanı var.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-112
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saman tək bir vücudumla aparram dağ qədər dərdi.
Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida!Qəm dağı köçdü qapından, getdim, ey can, əlvida!
Budur illət səni mən güzgüyə oxşatmaram, cana!Səni gördükdə cismimdən əsər mən görmərəm əsla.
Şümşaddır, deyim necə, ol sərv qamətinAğzın necə yumum, desəm əhli-məlamətin?
Başqa şairlərin şeirləri · Eşq
Ellər köçdü yaylasına, dayandı,Sizin dağdan qar almağa gəlmişəm.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
دردمندان تو از درد دوا یافتهاندزهرنوشان تو از زهر شفا یافتهاند
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,