نظر بازی که حیران رخ آن سیمتن باشد
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
نظر بازی که حیران رخ آن سیمتن باشدنمی خواهم که بینم از حسد گر چشم من باشد
Kim ki, heyran olur ol dilbəri-siminbədənə,Həsədimdən, gözüm olsa, yenə düşməndi mənə.
گهی از داغ می سوزم گهی از درد می نالمچه خوش باشد که در عشقت مرا نه جان نه تن باشد
Gah naləmlə, gəhi daği-qəmindən yanıram,Xoşdur eşqin məni həsrətdə qoya canü tənə.
سرم را هست سودای خطت تا هست سر بر تنمرا عشق تو در جانست تا جان در بدن باشد
Çıxmaz, ölsəm də, başımdan xətinin sevdası,Bağlıyam eşqinə, cana, necə ki, can bədənə.
چه فرق از صورت دیوار تا شیرین اگر شیرینچو صورت غافل از سوز درون کوهکن باشد
Şirinin surəti-divar ilə bəs fərqi nədir?Baxsa surət kimi qəflətdə qəmi-Kuhkənə.
بسبزه می دهد جان عاشق روی تو می سازدنمی خواهم که سایه با تو در سیر چمن باشد
Sevmərəm kölgə də səhrada dolansın sən ilə,Çünki səhra da tapar can, yetirər eşq sənə.
چو بلبل را گره از کار نتواند که بگشایدچه سود ار غنچه را دندان ز شبنم در دهن باشد
Bülbülün müşkülünü açmasa gər gülşəndə,Nəyə lazım daha şəbnəm diş o qönçə dəhənə.
Məqtə — şairin təxəllüsü olan son beyt. ندارد ذره در دل اثر افسانه زاهدفضولی درد دل باید که ذوقی در سخن باشد
Məqtə — şairin təxəllüsü olan son beyt. Dərdsiz qəlbə bir əfsanənin olmaz əsəri,Dərdi-dildir yetirən zövqü, Füzuli, süxənə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-187
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zəifdirsə vücudum, bil, ağırdır möhnətim dağdan.
Qarət etdi yuxumu, uyquma gəldi gecə yarO səbəbdən yuxu gəlməz gözümə leylü nəhar.
Qoşa zülfünü cəfa vermək üçün düyünlədinYer üzündən vəfa rəsmini sildin.
Nə qalıb məndə dilü din, nə də ki, səbrü qərarMəni tənha buraxıb tərkimi qıldı onlar.
Başqa şairlərin şeirləri · Eşq
Könül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
ƏfradDur, ey cəfa ilə servi-qəddi şikəstə oğul,Hava çox istidü, yatma quru yer üstə oğul.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*