بدیده سرمه از خاک راه یار می خواهم
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
بدیده سرمه از خاک راه یار می خواهمولی آنرا نهان از دیده اغیار می خواهم
Xaki-payindən gözümə sürmə, ey yar, istərəm,Gizli qalsın, bilməsin bu sirri əğyar istərəm.
چه لطفیست این که بیداد خود از من کم نمی سازدچو می داند که من بیداد او بسیار می خواهم
Cövrünü məndən kəm etməz, yarda bu nə lütfdür,Hardan o bilmiş ki, mən yarı cəfakər istərəm.
نگوید کس ز شرح محنت من پیش او حرفیدرین محنت مدد از نالهای زار می خواهم
Kimsə şərh etməz ona mən çəkdiyim möhnətləri,Ahü naləmdən məni duysun o dildar istərəm.
نمی خواهم که بیند هیچ کس در خواب آن مه راهمه شب چون ننالم خلق را بیدار می خواهم
Istəməzdim yar girsin bir kəsin röyasına,Ağlaram sübhə qədər, çün xəlqi bidar istərəm.
اجل از بیم خجلت سوی من ناید چو می داندکزو من چاره درد دل بیمار می خواهم
Qorxaraq, gəlməz xəcalətdən mənə sarı əcəl,Çün bilir ondan əlaci-qəlbi-bimar istərəm.
بامیدی که خندد بر تمنای محال منبگریه کام دل زان لعل شکر بار می خواهم
Xam xəyalındır, deyə gülsün mənə qoy nazlı yar,Ağlaram, ləli-ləbi olsun şəkərbar istərəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی رشته جان از غم زلفش گره داردگشاد این گره زان طره طرار می خواهم
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, zülfü salmış rişteyi-canə düyün,Türreyi-tərrar ilə açsın onu yar istərəm.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-275
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kimsədə rüxsarına taqəti-nəzzarə yox,Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox.
Kuhikən künd eyləmiş min tişəni bir dağilənKuhikən künd eyləmiş min tişəni bir dağilən,Mən qoparıb salmışam min daği bir dırnağilən.
Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firibKuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,Gör nə cahildir, yonar daşdan öziçün, bir rəqib.
Kuhkəndən gözükür kuhdə asar hənuzKuhkəndən gözükür kuhdə asar hənuz,Ol nə bənzər mənə, onun əsəri var hənuz.
Başqa şairlərin şeirləri · Eşq
Ol zaman mən edərəm zövq ilə bu candan həzzKi, yetib vəslə, edəm söhbəti-canandan həzz.
Qəzəl: Nə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür buNə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür buİraq olsun yaman gözdən nə mijgandır nə gözdür bu
Uğur olsun, gülə-gülə…Ey istəyim, ey ürəyim, məhəbbətim,Heyf sənə, heyf sənə, heyf sənə…
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*