Qıldı zülfün tək pərişan halimi xalin sənin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qıldı zülfün tək pərişan halimi xalin sənin,
Bir gün, ey bidərd, sormazsan: nədir halin sənin?
Getdi başından, könül, ol sərvqəddin sayəsi,
Ağla kim, idbarə təbdil oldu iqbalin sənin.
Zinət üçün cism divarında etməzdim yerin,
Çəkməsəydi eşq can lövhində timsalin sənin.
Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə,
Öldürər axır məni bir gün bu ehmalin sənin.
Qərqi-xunabi-cigər qılmış gözüm mərdümlərin,
Arizuyi-xali-mişkinü rüxi-alin sənin.
Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil,
Sınmadan səngi-məlamətdən pərü balin sənin.
Sayəvəş çoxdan, Füzuli xaki-payin yaslanır,
Budur ümmid ilə ki, bir gün ola pamalin sənin.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qildi-zulfun-tek-perisan-halimi-xalin-senin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göz yaşım silməz idi cismimi manəndi-qübar.
Əgərçi rəhm eləməzsən bu hali-naşadəYenə ümid edirəm mən sənə bu dünyadə.
Göstərirsən üz ki, xurşidi-cahanara budurAləmə sən od vurursan, rəsminiz guya budur.
Çıxmayınca ta bədəndən eşq dərdilə bu canTərk qılmaz ruhumu sevdasının dərdi, inan!
Başqa şairlərin şeirləri · Eşq
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
Qu quşunun nəğməsiDeyirsən: “Məhəbbət şerlərininHamısı qısadır – bir bənd, iki bənd”