Birinci pərdə
Məzmun
Səhifə 9 / 9 · 89%
Səkkizinci şəkil
Xurşidbanunun malikanəsi. Haradasa xanəndə, Xurşidbanunun şerini tarın müşayiətilə oxuyur. Xurşidbanu pəncərə qarşısında dayanıb kədər içində qulaq asır.
Tükəndi tab-təvan, ey xudayi-ləmyəzəli,
Ya tez canımı al, ya yetir vücala məni.
Nə vaxtadək qəmi-hicrində ahu-zar çəkim?
Tərəhhüm eylə, gətir sən də bir xəyalə məni.
Birdən Xurşidbanu əllərilə üzünü qapayıb kresloya oturur.
Mirzə Ruhullah daxil olur. Dayanıb Xurşidbanuya baxır.
Mirzə Ruhullah (asta səslə)
Banu bəyim. (Xurşidbanu cavab vermir. Ona yaxınlaşaraq, əlini usdufca çiyninə qoyur) Nə olub, qızım?
Xurşidbanu (əlini üzündən çəkərək)
Heç nə. Uşaqlıqda siz həmişə mənə deyərdiniz ki, insan xoşbəxtlik üçün yaranmışdır. Mən isə, xoşbəxt olmadım. Ancaq məni düşündürən bu deyil, Mirzə, uşaqlarımın taleyidir! Qorxuram, Mirzə... Qorxuram ki, onların da taleyi mənimki kimi ola...
Mirzə Ruhullah
Sənin öz taleyindən şikayət etməyə haqqın da yoxdur, Banu bəyim. Böyük yaradan həqiqi insan üçün lazım olan nəcibliklərin heç birini səndən əsirgəməmişdir! Sən xoşbəxtsən, qızım! Əgər, xoşbəxt olmasaydın, xalq səni bu qədər sevməzdi, sənin cavan qəlbin də ona bu qədər bağlanmazdı! Sən bizim igid qızımızsan! Qalx ayağa! İran şahzadəsinin vəziri Məliküldövlə səni təklikdə görmək istəyir.
Xurşidbanu (ayağa qalxaraq)
Təklikdə?
Mirzə Ruhullah
Bəli, deyir, Banu bəyim həzrətlərinə vacib məxfi söz deməliyəm.
Xurşidbanu
Mənə nə məxfi sözü ola bilər onun?
Mirzə Ruhullah
Mənə də çox maraqlı görünür, Banu bəyim. Eybi yoxdur, qəbul elə, görək nə ərz eləyir...
Xurşidbanu
Yaxşı, Mirzə, qoyun gəlsin. (Mirzə Ruhullah çıxır. Məliküldövlə daxil olub təzim edir) Buyurun, əyləşin.
Məliküldövlə (səndələ əyləşərək)
İltifatınıza qarşı mütəşəkkirəm, Banu bəyim həzrətləri. Bu səhər, sizin təzə saldırdığınız bağda əlahəzrət vəliəhdlə seyrə çıxmışdıq. Oradakı dilrübu güllər, çiçəklər mənə Təbrizdəki baxçamızı xatırlatdı.
Xurşidbanu
Məgər, siz Təbrizdənsiniz?
Məliküldövlə
Bəli, mən azərbaycanlıyam. Əsl adım da Mirzə Kərimdir.
Xurşidbanu
Aydındır... Mənə nə qulluğunuz vardı, cənab Məliküldövlə!
Məliküldövlə
Banu bəyim həzrətləri! Siz ağıllı bir qadın olduğunuz üçün mən heç bir müqəddiməyə şiru etmədən birbaş mətləbə keçirəm.
Xurşidbanu
Buyurun!
Məliküldövlə
İran taxtının vəliəhdi şahzadə həzrətləri sizinlə izdivac təmənnasındadır.
Xurşidbanu
Məgər, otuz iki hərəm şahzadə həzrətlərinə kifayət deyil?
Məliküldövlə
Vəliəhd həzrətləri sizi, necə ki, fövqəladə ağıl sahibi bir xanım kimi taxt-taca varislik ixtiyarilə baş hərəm eləmək fikrindədir.
Xurşidbanu
O... nə böyük iltifat.
Məliküldövlə
Bəli... Bəli! Mən sizi əmin eləyə bilərəm ki, bu vəliəhdin ürək sözüdür. O sizin əqlinizə, gördüyünüz işlərə, nəfis gözəlliyinizə heyran olmuşdur.
Xurşidbanu
Cənab Məliküldövlə, siz necə ki, bizim azərbaycanlımız, soruşuram: bəs, belə bir izdivaca siz özünüz necə baxardınız?
Məliküldövlə
Banu bəyim, əlbəttə ki, neçə minillik tarixə malik İran səltənətilə qohum olmaq biz azərbaycanlılar üçün xoşbəxtlik olar. Sizin babanız İbrahim xan ağıllı bir dövlət xadimi olduğu üçün hələ o vaxt bunu düşünüb qızı Ağabəyim ağanı Fətəli şaha ərə vermişdi. Ağabəyim ağa da dərin zəka sahibi olduğu üçün şah onu baş hərəm, yəni Şahbanu təyin etmişdi. Mühüm dövlət məsələlərini onunla məsləhətləşirdi.
Xurşidbanu
İbrahim xan İran şahının etibarını qazanmaq üçün gözəl qızı Ağabəyim ağanı ona, bir növ, girov vermişdi. Bu xan babamın bağışlanılmaz günahı idi.
Məliküldövlə
Banu bəyim, dini islam Yer üzündəki bütün
[Mənbənin skanında burada mətn itib.]
Xurşidbanu
Ona görə də, siz əsli-nəcabətinizi danıb, Məliküldövlə olmusunuz?
Məliküldövlə
Banu bəyim həzrətləri...
Xurşidbanu (son dərəcə qəzəbli)
Tutmayın mənim adımı! Rədd olun, nökər! Qab dibi yalayan nökər, rədd olun!
Məliküldövlə (öz-özünə)
Bu nədi, baba! (Cəld çıxır)
Mirzə Ruhullah daxil olur.
Mirzə Ruhullah
Nə olub, Banu bəyim?
Xurşidbanu
Yerlər-göylər bu rəzalətə necə dözür? Adı azərbaycanlı olan bu rəzil, minlərlə azərbaycanlının qatili üçün mənə elçi gəlir... Farslaşmağı Azərbaycan üçün xoşbəxtlik adlandırır?! Doğrudanmı, yadelli qəsbkarların istilaları bu xalqın milli qürurunu öldürmüşdür?
Mirzə Ruhullah
Sən ruhi müvazinətini itirmə, Banu bəyim! Vaxt gələcək, xalq özü vətən xainlərinə divan tutacaq. (Qısa pauza) İcazənlə sənə bəzi sözlər ərz etmək istəyirəm.
Xurşidbanu
Buyurun, Mirzə.
Mirzə Ruhullah
Bizim yüksək cəmiyyətlərdə necə iftiralar, böhtanlar quraşdırıldığını bilirsən...
Xurşidbanu
Nə olub, Mirzə, yenə qarğalar ağız-ağıza verib nə qarıldaşırlar?
Mirzə Ruhullah
Məlumundur ki, sənin açıq, mərdanə hərəkətlərin, zəhmətkeş adamların sənə ehtiramı bəzən ağaların xoşuna gəlmir... Hətta qəzəblərinə səbəb olur. Ona görə də, bütün iftiralara, dedi-qodulara son qoymaq üçün məsləhət budur ki, sən subay qalmayasan.
Xurşidbanu
Qorxmuram mən onların böhtanlarından, Mirzə! Onsuz da, mən heç bir zaman onlardan yaxşı söz eşitməmişəm.
Mirzə Ruhullah
Məsələ qorxmaqda deyil, Banu bəyim. Bir tikə vaxtından mən sənin müəllimin olmuşam. Ona görə də, açıq danışdığım üçün üzr istəyirəm. Sən cavansan... Bütün ömrün boyu subay qala bilməzsən. Bir də ki... Sənə kömək lazımdır. Həqiqi rəfiq lazımdır.
Qısa pauza.
Xurşidbanu
Yaxşı, Mirzə, mən o barədə fikirləşərəm.
Mirzə Ruhullah təzim edərək çıxır. Pauza. Hiss olunur ki, Xurşidbanu dərin psixoloji sarsıntı keçirir. Və birdən zəngi səsləndirir. Bəyim daxil olur.
Xurşidbanu
Get Seyid Hüseyni bura çağır, Bəyim. (Bəyim çıxır. Qısa pauza. Seyid Hüseyn daxil olub təzim edir) Seyid Hüseyn! Mənə xəbər verdilər ki, siz hər gün bağçanın qalınlığında dayanıb, mənə gizlin tamaşa edirsiniz. Nə üçündür bu maraq? (Pauza) Niyə dinmirsiniz?
Seyid Hüseyn
Qəbahətimi əfv buyurun, Banu bəyim.
Xurşidbanu
Siz mənim sualıma cavab vermədiniz...
Seyid Hüseyn
Banu bəyim! Mən ancaq sizdən üzr istəyə bilərəm...
Xurşidbanu (qəsdən)
Bəlkə, siz, İrandan göndərilmiş bir casussunuz... Bəlkə, həbsdən qaçmış bir canisiniz?
Seyid Hüseyn (yalnız indi Xurşidbanuya kəskin bir cəsarətlə baxaraq)
Mən namuslu adamam, Banu bəyim! Mən sizə yalan ərz etməmişəm!
Xurşidbanu
Bəs, onda, sizin o qəribə hərəkətlərinizi nə ilə izah etmək olar?
Seyid Hüseyn
Əfv buyurun, Banu bəyim! Onsuz da, mən gecə-gündüz cəhd edirəm bu günahkar məhəbbəti ürəyimdən çıxarım!
Xurşidbanu
Nə üçün siz o məhəbbəti günahkar hesab edirsiniz? Yoxsa, siz sufisiniz?
Seyid Hüseyn
Mən özümü bu məhəbbətə layiq bilmirəm.
Xurşidbanu
Nə üçün? Siz belə gözəl, sağlam, savadlı bir oğlan...
Seyid Hüseyn
Mən kimsəsiz, yoxsul bir adamam...
Xurşidbanu
Məgər, yoxsulların sevməyə ixtiyarı yoxdur? (Qəribə bir tənə ilə) Cənab Seyid Hüseyn! Mən, İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı Xurşidbanu, Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi qanun üzrə sizin zövcəniz olmaq istəyirəm. Siz buna razısınızmı?
Seyid Hüseyn
Banu bəyim!
Xurşidbanu (əsəbi)
Bəsdirin! Məgər, mən də öz vətənimdə kimsəsiz deyiləmmi? Məgər, bizim səsimiz Qaf dağında tilsimə salınmış əfsanəvi Zümrüd quşunun səsi kimi bir yana gedib çıxırmı? Yox, Seyid Hüseyn, tale bizi əbəs yerə bir-birimizə rast gətirməmişdir! Biz indi əlacsız da olsaq, çərxi-dövranı geriyə döndərə bilməsək də, mücahidik! Qoy böyük Yaradan bizim izdivacımızı vətənimiz üçün uğurlu eləsin!
Seyid Hüseyn
Amin!
İşıq sönür
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-xursidbanu-natevan-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağıYay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.