Biz türklər burada əyləşib ərəb əlifbasını tənqid edənlərin qabağına çıxıb, bu tənqidçiləri pisləyirik və başlayırıq ərəb əlifbasının yaxşı tərəflərini üzə çıxarmağa və pis tərəflərini də inkar etməyə.

Amma pis olmazdı ki, bu barədə sahibkarların özlərindən də bixəbər olaq və ərəblərin özlərinin əlifbaları barəsində rəylərini bilək.

Əvvəla, buradan başlamaq lazımdır ki, hələ Şah Abbas əsrində ərəb hərflərinin bir neçəsinin islahı söhbəti danışılırmış.

Təqribən üç yüz sənə bundan əqdəm bağdadlı Şeyx Hilmi hərflərin bir neçəsinin yazı şəkillərinə təğyir vermiş imiş. Şah Abbasın məscid memarlarının qoltuq ciblərində həmişə Şeyx Hilminin islah olunmuş əlifbası olarmış ki, məscid divarlarının yazılarını təzə üsul ilə yazsınlar.

On birinci əsrin əvvəllərində Mədinədə Mədrəsəyi-Hüseyniyyə müdərrislərindən Məhəmməd ibn İmran əlifbanın nöqsanı və yazıb-oxumaq üçün hər bir babətdən əlverişli olmadığı barəsində yazdığı risalə o vədə xeyli qulü-qal törətmişdi. Hətta bir rəvayətə görə həmin risalənin surəti İran zəvvarı Hacı Səməd Qəzvini vasitəsi ilə İrana daxil olandan sonra mərhum Mirzə Mülküm xanın əlinə düşür. Sonralar məşhur əlifbaçı Mirzə Məhəmmədəli Üveysi, Mirzə Rzaxan Səfir və Mirzə Fətəli Axundovun əlifba inqilabı yolunda çalışmaqlarına səbəb olur.

Hal-hazırda Nəcəf ül-əşrəfdə əlifbaçılar üç məsləkə mənsubdular:

  1. Ərəb əlifbası tərəfdarları.

  2. İslahçılar.

  3. Latın əlifbası tərəfdarları.

Ərəbistanın Məkkə, Mədinə, Kərbala, Bağdad və Nəcəf ül-Əşrəf və qeyri böyük şəhərlərində yeni ərəb əlifbası yolunda böyük danışıqlar var.

Hələ Cahiliyyə əsrində bina olunmuş Məkkə darülfünunun tarix dərsi müəllimi və Paris Sarbon darülfünunda iki fakültə tamam etmiş Ələddin Şəcəri bir neçə il bundan əqdəm müdavimlərinə verdiyi bir konfransda demiş: ey mənim balalarım, mən görürəm ki, bu bədbəxt heroqliflər sizin gözlərinizi piş əz vaxt kor edir və bunun üçün də mənim ürəyim sizə həmişə yanmaqdadır.

Qeyri ərəb şəhərlərində ərəb və latın əlifbası mabeynində belə-belə mübarizə hərdənbir baş verməkdədir.

Demək ərəb əlifbasının bivəch olmağını heç ərəblər özləri də inkar etmirlər.

Amma bilmirəm indi içimizdə ərəb əlifbasını müdafiə edən türk balaları ərəblərin hansından vəkalət alıb, döşlərini qabağa verib, ərəb cızma-qarasını təsdiq etməkdədirlər.

Ləzzət burasındadır ki, ərəblər də bir vaxt bu cızma-qaranı bilmərrə buraxıb, adam əlifbasını qəbul edələr.

Ay keyf ondadır ha!

O vaxt pislik hamısı bizə qalacaq.

“Əbcəd, həvvəz, hütti, kələmən, səfəs, qürşət, təxəs, zəzəc”.

Ay keyf ondadır ha!

Cırcırama

“Molla Nəsrəddin”, mart 1926-cı il, №11

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dəstə

– Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz.– Çeşm, çeşm! Şərəfyab olarıq inşallah. Buyurduz nə vaxt gələk?

2 dəq
Ballı badımcan

Ballı badımcan xala,Qoyma qızı çox qala,

1 dəq
İranda ləqəblər

Bunu heç kəs inkar etməz ki, İranın bu dərəcədə tərəqqi tapmağına və qeyri məmləkətlər içində şöhrət qazanmağına ancaq və yenə də ancaq ləğəblər səbəb olubdur. Vaqeən, bu saat dünyanın hər bir yerində İranın ləğəblənmiş əşxasının söhbəti düşəndə hər bir kəs quruyub qalır və çünki oralarda bu qism böyük adamlar az tapılır, onunçün paxıllıqlarından az qalır canları çıxsın (cəhənnəmə çıxsın, gora çıxsın).İndi mən ərz edim, gör qeyri bir məmləkətdə belə-belə baş sahibləri var, ya yox. Məsələn:

1 dəq
Cağəsbi

Bir gün bir dəlidən soruşdular ki, “cağəsbi, camə ğəsbi” ibarələrini məna eləsin. Dəli bir qədər fikrə gedəndən sonra belə cavab verdi:– Cağəsbi haman ali imarətə deyirlər ki, ibarət ola dörd-beş həyətdən: həyəti-birun, həyəti-əndərun, həyəti-xəlvət, həyəti-ziyafət. Talar talar içində, hovuz, gülkarlıq, təvilə, aşbazxana, ambarlar, zirzəmilər, buzxanası, çayxanası, tiryəkxanası. Və bu ali imarətdə əyləşən bir nəfər adam və beş-altı baş ailəsi və beş-altı nəfər nökəri (söz yox, xədimi də olacaq). Digər tərəfdən də biçizlərin iyirmi-otuz nəfəri tıxnaşa bir qaranlıq rütubətli evə, hələ bəlkə çoxları yağış və qar altında zindəganlıq eləyərlər, yainki mədrəsələrə yer tapılmaya və müftə müəllimlər yüz nəfər keçəl-küçəl şagirdi qata bir qaranlıq təviləyə və orada dərs deyə. Buna deyərlər cağəsbi; yəni qabaqkı ali imarətdə namaz da batildir, hələ bəlkə çörək yemək də sahibinə haram yazılacaq.

1 dəq

Başqa şairlərin şeirləri