İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan.

Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.

Müzəffər və Münəvvər kənddən gələni, demək olar, istirahət eləyirlər: tez-tez Nina Antonovna Blaqovidovaya qonaq gedirlər; kinoya da gedirlər. Mənim üçün onlarla yaxşı keçir, yoxsa uşaqlar məktəbə gedəndə mən tamam yalqız qalıram.

Bakıda havalar hələlik soyuqdur, qış paltosu geymədən küçəyə çıxmaq olmur. Bir də çox bahalıqdır: mal əti 1 manata, qoyun əti 1 manat 40 qəpiyə, yağ 2 manat 40 qəpiyə, kartofun kilosu – 60, kələmin kilosu 80 qəpiyədir. Bircə çörək kifayət qədərdir. Çay və qənd əvvəlki kimidir.

Ənvər daha sağalıbdır. Aprelin 7-də xəstələnib yatağa düşdü: qızdırması 38, 5-ə qalxmışdı. Qızdırması gecə də oldu və ayın 8-də düşmədi. Əmir bəy Aslanova zəng vurdum, gəlib diqqətlə baxdı. Axşamçağı qızdırması keçdi və 9-unda səhəri evin içində gəzməyə, 11-də isə məktəbə getməyə başladı.

Bu gün Əliş Əmirovdan (Ağdam) kağız aldım. Yazır ki, yağ və pendir göndərib. Hələ almamışıq. Burada toyuq almaq mümkün deyil. 5, 6, 7 manatdır, dünən isə dedilər biri 15 manata çıxıb.

Hələlik. Sağlıqla qal.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təzə xəbər

Tükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?

2 dəq
Quzu

Məmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.

8 dəq
Molla Fəzləli

Minbərin dibində bir qərib molla oturmuşdu. Helə ki, mərsiyə tamam oldu və məscid sovuşdu, mən də camaatla çıxdım küçəyə, gördüm ki, haman tanıdığım molla mənim dalımca gəlir. Mən buna tərəf çönüb baxanda bu mənə çox ədəblə dedi:– Axund Molla Nəsrəddin, bu gecə sizə qonağam.

7 dəq
Nigarançılıq

Tiflisdə “İslamiyyə” mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü; ikisi də naxçıvanlı idi: biri bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulamhüseyn idi.Həmin gün mehmanxanaya bir nəfər də gəldi düşdü, bu da şirvanlı Məşədi Məmmədbağır idi ki, özgə nömrələrdə yer olmadığından qabaqkı məşədilərin razılığı ilə həmin üçüncü nömrəyə bir kravat qoydurdu, bunlara yoldaş oldu.

8 dəq

Başqa şairlərin şeirləri