İşçi teatrı
Axır vaxtlarda belə qulağıma çatır ki, guya Türk-işçi teatrı ilə Opera teatrını dəyiş-düyüş eləmək istəyirlər. Guya istəyirlər Türk-işçi teatrını Opera teatrının binasına köçürtsünlər, Opera teatrını da bulvardakı Türk-işçi teatrının səfalı binasına köçürtsünlər.
Hər kəs nə deyir-desin, mən ki deyirəm, əgər bu iş baş tutsa, iki tərəf də, yəni bu teatr da və o teatr da qazanar.
İki tərəf də belə qazanar ki, Bakıda bir işçi, şəhər işçisi, rayon işçisi, yaxud kənd işçisi işçi teatrını axtarmaq istəsə, ən əvvəl onun xəyalı şəhərin ən böyuk və ali teatr binasına gedəcəkdir və o işçinin yolu indiki Opera teatrının binasına düşəndə, haman dəqiqə inanacaq ki, bura gərək işçi teatrı ola; səbəb bu ki, hər şey əvvəlcə işçilərindir və onlardan ötrüdür.
Opera teatrının da indiki Türk-işçi teatrının dərya kənarındakı səfalı binasına köçməyi xeyli münasibdir; səbəbi budur ki, həmin teatrın səhnəsi həmişə qaranlıq olur və o qədər ki, axır vaxtda Paric şəhərinin fahişəxanalarının lotubazlıqları açıq surətdə Opera teatrında göstərilir, bizim məktəb cavanlarını bihəya nümayişlərdən uzaq saxlamaq naminə, indiki Opera teatrını bundan da artıq qaranlıq yerə köçürtməlidir.
Bunu da qeyd etməliyik ki, əgər Parij şantanlarını səhnələrimizdə diriltməkdən məqsəd oralara yolu düşən çar generallarının çürüyünü çıxartmaqdır, bunu da gərək unutmayaq ki, haman generallar Peterburqda guruldayan zamanın özündə də zir-zibil kimi puç bir şey idilər.
Ancaq bu var ki, haman lotu generalları biz səhnədə Parij şantanlarında çılpaq fahişələrin məclisində açıq-açığına göstərəndə unutmamalıyıq ki, tamaşaçıların yarısı məktəb tələbələri və sayir cavanlardır.
Az qalıram deyəm ki, həmin murdar şəkillərlə biz şura teatrını lap əbəs yerə zibilləyirik.
Axır günlərdə Moskvadan gələn “Muzikalı komediya” dəstəsinin nümayişlərindən “Ağ gənə” bu barədə dadi-bidad edir.
Heyif teatrlarımıza!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 18 aprel 1929, №16
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-isci-teatri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür.Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar.
Din əleyhinə təbliğatDünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.
Pasport “get-gəli”İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.
Ölüm axtaranQoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur.Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr.
Başqa şairlərin şeirləri · Satira
Yatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
QorxaqƏhvalımı pozmayındamağım çağ olanda,
Ar qıl!Kəmalü elmi xoşlama, cavansan, oğlum, ar qıl,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!