İrəvandan

Biz iki gün də İrəvanda qalandan sonra gəlirik Tiflisə, beş gün də orada qalıb gələcəyik Bakıya.

Ümidvaram ki, məcmuəni adi bir qayda ilə çıxarasan ki, kəm-kəsiri olmaya. Əli Nəzmiyə materialdan yana kömək elə ki, məcmuəni əhəmiyyətsiz material ilə doldurmağa məcbur olmasın. Habelə, şəkillər biməna olmasınlar. Bu barədə Polina Afanasyevnaya da yazmışam ki, sənə desin. Əlbəttə, unutmayasan. Ümumiyyətlə, diqqət ver ki, yaramaz material çap olunmasın.

Söz yox ki, xüsusi bir hal üz verəndə Əhməd yoldaşın rəyini soruşasan. Hələ ki, bu qədər.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Fürsət

Bir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm.Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin.

2 dəq
Barmaq

Əfqanıstan iğtişaş və üsyanından biz hərçənd ki, uzağıq, amma zehn ucilə deyə bilərik ki, burada ingilis barmağı var.Nə sübutla deyə bilərik ki, burada ingilis barmağı var?

1 dəq
Hikmətli sözlər

1. Tapmaca: tap görüm, nə səbəbdən qışın soyuq günündə bir para adamlar üşüyürlər, amma bir paraları heç üşümürlər?2. Bu gün qəzetlərin birində bir nəfər başıboş yazıçı yazmışdı ki, kino idarəsi biletlərin qiymətini yendirməlidir ki, camaata tez-tez kinoya getmək əlverişli olsun.

1 dəq
Zəng orada çalınmır

Ağahüseyn yoldaş günlərin bir günü “Molodoy raboçi” qəzetinin 15-ci nömrəsini alır əlinə ki, oxusun, buradaca yoldaşı yuxu tutur, huşa gedir və yuxuda görür ki, pedaqoji texnikumun müdiri P. Qasımov özü kimi bir əksinqilabçılar dəstəsi düzəldib, Şura hökumətini yıxmaq fikrindədirlər. P. Qasımovun əksinqilabçı yoldaşları bunlarmış:1) Müəllim Cəmobəy Cəbrayılbəyli, 2) müəllim Musaxanlı, 3) müəllim və şair Hüseyn Cavid.

1 dəq

Başqa şairlərin şeirləri