Pambıq
Hələ payız vaxtı mənim yolum düşdü bir böyük idarəyə, gördüm orada bir adam oturub, ətrafına da bir neçə adamları yığıb məşvərət edirlər. Məlum oldu ki, bunlar pambıq barəsində danışırlar, məşvərət edirlər ki, necə eləmək ki, üzümüzə gələn il kəndlilər pambıq əksinlər. Hələ mən özüm də bilirdim ki, bu adamların məşvərətindən bir şey çıxmayacaq; çünki mən o vədə gördüm ki, bu adamlar pambıq sənətindən xəbərdar deyillər. Çünki onların biri dəmirçi idi, biri dərzi şagirdi idi, biri yarımçıq dərsdən qaçanlardan idi, birisi də bunların tayı.
Mən onlara o vədə lap açıqca dedim ki, siz camaata pambıq əkdirə bilməyəcəksiniz və buna mənim iki dəlilim var:
Dəlilimin biri budur ki, siz nə pambıq əkmək elmindən xəbərdarsınız, nə əkinçilər sizi tanıyırlar ki, sizdən dəlil-nəsihət qəbul etsinlər.
And olsun Allaha ki, mən bu sözü o vədə həmin adamlara dedim.
Və axırda mənim sözüm göyərdi: çünki indi bu saat gərək pambıqçılar zəmiləri də hazırlamış olaydılar, pambıq toxumunu da alıb əldə hazır saxlamış olaydılar və bunlar keçəndən sonra hələ bəlkə hökumətdən avans babətindən bir qədər qızıl pul da borc almış olaydılar ki, dəxi həvəslə işə başlayaydılar.
Amma indi hamı bunu bildi ki, bu danış[ıl]anların hamısı boş-boş sözlərdir.
Və onunçün heç kəs pambıq əkmək fikrində deyil və olmayacaq da və hər nə qədər yazılarsa və danışılarsa pambıq belə gəldi, çiyid belə getdi, – hamısı faydasız qalacaq.
Və nə qədər ki, pambıq işinin başında duranlar yuxarıdakılardır, pambıq əkilməyəcək, əkilməyəcək, əkilməyəcək!..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 17 mart 1923, №17
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-pambiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhməd bəy Ağayev cənablarına(Müştəri məsələsi)
Şirin rusi danışanBu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər:Rus – Nu, master, kak pojivayete?
İranlılaraDünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən.Dedim:
İran fəhlələrinin pulu hara gedir?Keçən vaxtlarda Culfa qəsəbəsinə mənim çox vaxt yolum düşərdi. Hər dəfə orada olanda gömrükxana həyətinə girib, gömrükxana əməllərinə tamaşa edərdim.Məlumdur, İrandan Rusiyaya və Rusiyadan İrana keçənləri axtarırlar ki, sərhəddən o tərəfə, ya bu tərəfə kondrabat malı keçirtməsinlər. Çox vaxt payız fəsli görərdim ki, gömrükxana məmurları Rusiyadan İrana qayıdan İran fəhlələrini düzüb, bunların ciblərini axtarırlar. Fəhlələr özləri ciblərindən şeylərini çıxarıb və dəstmallarını açıb, düzərdilər yerə ki, qulluqçular gəlib görsünlər.
Başqa şairlərin şeirləri · Satira
“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
Səndə yoxBoşboğazlara*Dostuna qəlbində hörmət, məndə vardır, səndə yox,
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!