Qısaca
Sözü qısaca söyləməyin özü də hünərdir.
Həmin bu qısaca sözlərin biri də yoldaş Muxtar Hacızadənin sözüdür ki, “Kommunist” qəzetəsinin 64-cü nömrəsində çap olunan məqaləsində söyləyir:
Hacızadə nə deyir?
– Deyir ki, əkinçilərə kömək etmək lazımdır və kömək etmək də ibarətdir ondan ki, əkinçiyə pul borc vermək lazımdır, kotan vermək lazımdır, toxum vermək lazımdır. Nə qədər ki, bu şeylər kəndlilərə verillməyibdir, ruznamələrdə gördüyümüz dedi-qodular qurtarmayacaqdır.
Muxtar Hacızadə deyir:
Kənd camaatı hökumətin bütün tələblərinə artıqlaması ilə əməl edir. Bunu bizə ərzaq vergisində kəndlilərin göstərdikləri mərdlik isbat etdi ki, iki milyon pud ərzaq verdilər. İndi də onların tələblərinə əməl olunmalıdır ki, gələcəkdə də yenə öz vəzifələrini bitirə bilsinlər.
Bu sözlərdən savayı Hacızadə bir söz də deyir ki;
– Qabaqlarda fağır və kasıb əkinçilər bir dövlətli şəxsdən pul borc götürərdi və bu pula öz vaxtında toxum ya qeyri mayəhtac alardı. Taxılını ələ gətirəndən sonra borc sahibinin də borcunu verərdi.
Biz belə güman edirik ki, əkinçi aləminə mənsub olan idarələrimiz bu sözləri çox artıq bir mənalı hesab edələr və hesab etdikdə də söz sahibinin arzularının əmələ gəlməyi yolunda artıq ciddi cəhd edələr.
Bu sözlərin sahibi sədaqəti və həqiqəti ortalığa qoyub, təmiz bir niyyət ilə başa düşdüyünü deyir.
Əgər qabaqlarda kənd əhalisi bir yandansa borc pul tapa bilirdi və özü üçün bir sovurux maşinası ələ gətirirdi ki, taxılını sovurmaq üçün üç ay yay fəslini gözləməyə möhtac olmasın. İndiki əsrdə həmən kəndli gərək həmən borc pulu dəxi də asan vəchlə, dəxi də yüngül şərt ilə tapa.
Hər kəs yoldaş Muxtar Hacızadə kimi bu həqiqətləri lazımınca düşünür və düşündükdə də mərd-mərdanə bunu meydana qoyur.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 mart 1923, №18, səh. 2-3
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qisaca
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lemsə tayfasından Reynqart adlı bir şəxs miladi tarixinin 1892-ci ilində yer üzünü başladı piyada dolanmağa və dörd ilin müddətində belə məşəqqətli səyahətini tamam edib, səfərdə gördüklərini yazıb, bir kitab cəm etdi. Həmin kitabın bir cildini cənab Reynqart idarəmizə göndərib, təvəqqə edir ki, kitabın intişarı naminə onu oxucularımıza tərif edək. Müsənnifin kağızından belə məlum olur ki, kitabdan bir cild “İrşad” və “Həyat” idarələrinə dəxi göndəribdir.Kitabın 895-ci səhifəsindən “Müsəlman içində gördüklərim” sərlövhəsi ilə Qafqaz və İran səyahətnaməsi başlanır. 912-ci səhifə Salahlı qəryəsindən danışır. Səyyah yazır: “Günorta vaxtı iki min əziyyətlə çatdım Salahlı kəndinə və küçədə bir uşaq görüb soruşdum:
İfratın mənfəəti(“Həyat”ın 176-cı nömrəsini oxuyanlarla bir balaca söhbət)Cənab H.K.“Həyatın” söylədiyimiz nömrəsində “İfratın məzərrəti” adında yazdığı məqalədə deyir:
Bir gürcüyə cavabGürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq millətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət…Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm.
Abirin və kilabBir neçə gün bundan əvvəl türk qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krılov “Abirin və kilab” adında bir təmsil yazıb. Çünki mən rusca az-çox oxumuşam və məlumdur ki, Krılovun təmsillərini mübtədi məktəblərdə oxudurlar, çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim yoxdur. Açdım Krılovun məcmuəsini və vərəqləyib, “Abirin və kilab” adında bir təmsil tapa bilmədim. Sonra öz-özümə ha fikirləşdim ki, görəsən, “Abirin və kilab” nə deməkdir?Axırı ərəbi bilənlərin birisi məni başa saldı ki, “abirin” – yəni ərəbcə keçənlər, yolçular; “kilab” – yəni itlər.
Başqa şairlərin şeirləri · Satira
Beləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Hürriyyəti-nisvançılara protestoAy Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.
Təbibləri həcvMehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,