Pillə pillədir.

Bir il bundan qabaq millətlər gördülər ki, “bəli, əlbət, müsəlmanların ruhani rəisi belə olar”. Bəli, bir ay keçdi. Nə tövr oldusa, bir biabırlıq üz verdi. Belə olanda bizim qoşunlarımız uzaqdan baxa-baxa dedilər ki, “bəli, əlbət, elə şeyxülislam belə olar”.

Bir ay da keçdi. Yenə müsəlmançılığa bir xəcalətlik üz verdi. Yenə ətrafımızdakı tayfalar kənardan durub, öz-özlərinə dedilər ki, “bəli, nə eybi var? Müsəlmanların ruhani atası belə olar” (yəni atası belə olanda gör oğulları necədir).

Bir-iki ay da keçdi. Yenə bir rüsvayçılıq üz verdi. Axır, vallah bilmirəm nə deyim; adam, doğrusu, utanır. Yenə bu qonşular olmaya, yenə, məsələn, bu işlər Səlmasda, Buxarada, Zünuzda, Danabaş kəndində vaqe ola, – adam deyər ki, “eh, nə eləyək? Cəhənnəmə-gora! Bir özgə adam ki, görmür. Amma bu kafirlər içində, vallah, yaşamalı deyil. Adam az qalır yerə girsin.

Bəli, yenə bir-iki ay keçdi. Yenə həyatımıza təzə bir sədəmə toxundu. Yenə əğyar kənardan baxıb dedilər ki, bəli “əlbət, elə şeyxülislam belə olar”.

Xülasə, sözüm burasındadır ki, bunların hamısı pillə-pillədir.

Dəli

“Molla Nəsrəddin”, 15 mart 1909, №11

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Cəmdək”

Avam arasında “cəmdək” – heyvan ölüsünə deyirlər. Söhbəti burada qoyub, qeyri məsələnin müzakirəsinə keçmək istəyirəm.Dünən küçədə bir müsəlman qardaş məni dayandırıb üzr istədi və soruşdu:

2 dəq
Bitərəflər və din

M. Quluyev yoldaşın “Firqə və din” məqaləsinin dalınca*“Kommunist” qəzetinin altı iyul tarixli nömrəsində çap olunmuş haman məqalədə məqalə sahibi ancaq firqənin din və dinsizliyə nə münasibətdə olmağından bəhs edib, biz bitərəflərdən bir söz də danışmır. Və bunun səbəbini də özü bilər.

2 dəq
Ləkə

Ləkə pis şeydir. Bunun pisliyi iki babətdəndir:Biri budur ki, ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var, – o yer çirkin görsənir. İkinci pisliyi də budur ki, ləkə bir yerə düşəndə, çirkin ləkədən savayı, o yeri yavaş-yavaş deşib yırta da bilər. Onunçün ağıllı və səliqəli insanlar bir yerə ləkə düşən kimi, ciddi-cəhd eləyirlər ki, o ləkəni tezliklə rədd eləsinlər.

2 dəq
Allah

Hərçənd ki, bu məqaləmin adını mən başdan “Allah” – deyə yazıram, ancaq burada mən “Allah”dan danışmaq istəmirəm, yeni hürufatdan və köhnə hürufatdan danışmaq istəyirəm.Başdan “cənab Allahın” adını zikr eləməyimin də iki səbəbi var: bir səbəbi budur ki, ümumiyyətlə, hər bir işə iqdam edən hər əhliimanın borcudur ki, yeri-göyü yox yerdən yaradan xaliqi yada salsın.

2 dəq

Başqa şairlərin şeirləri · Satira