Ruzi-aşura
Ağama ərz olsun ki, məhərrəmül-həram ayının onuncu günü aşura günüdür və həmin gün – illərin və ayların ən müəzzəm günüdür; ondan ötrü ki, aşura günü İmam Hüseyn qətlə yetişibdir. Həmin günün dəxi də bir neçə fəziləti var ki, bu gün matəmi-İmam Hüseyn münasibətilə aşuranı möhtərəm qarelərimizə tərif etməyi fərz bilirik.
Əvvələn, tarixi-müqəddəsə müraciət edib görürük ki, məhərrəmül-həramın onuncu gününə bari pərvərdigarın qədimdən iltifatı var imiş. Belə ki, Adəm peyğəmbərin tövbəsini Allah həzrətləri o qədər qəbul etmədi ki, məhərrəmin onu daxil oldu və məhz onuncu günü qəbul etdi.
Adəm peyğəmbərdən keçəndən sonra gəlib çatırıq Nuh peyğəmbərə və burada da baxıb görürük ki, Nuhun gəmisi məhərrəm ayının onunda Cudi dağının təpəsinə dirənib orada qərar tutdu.
Sonra İbrahim peyğəmbər də və İsa peyğəmbər də məhərrəmin onunda təvəllüd tapıblar və həmin gündə Yusif quyudan xilas olub, Yəqubun gözləri işıqlanıb və Yunis peyğəmbərin qövmü əzabdan xilas oldu.
Dübarə, tarixi-müqəddəsdən belə məlum olur ki, ac toyuq yatıb yuxusunda darı görüb və ingilis peyğəmbəri Çemberlen də yatıb yuxusunda Bakı neftini görübdür; amma hər ikisi yuxudan ayılıb baxıblar ki, nə darı var, nə Bakı nefti.
Yenə qədim tarixə əl atanda görürük ki, Suraxanıda iki kükürd hamamı var: birində nəğd pul verib çimirlər, o birində sığorta idarəsindən kağız gətirib “mən ölüm”ə çimirlər. Qabaqkında camaat qayda ilə və ədəb ilə çimib öz vaxtında hər kəs qoyub gedir evinə, amma sığorta hamamında qabaqca kişiləri çimdirirlər, qadınları lap axşama saxlayırlar ki, bunlar qaranlıq düşəndə Suraxanı səhrası ilə evlərinə qayıtsınlar. Və həmin gün də məlunlar imam Hüseyni qətlə yetirdilər, onunçün də Bəni-Üməyyə aşuranı bayram saxlayırlar.
Və eyzən cənab studəadab Ağa Məhəmməd və onun bə-radəriərciməndi Ağa Qulam Hüseynin rəvayətinə binaən məhərrəmül-həramın onunda gözə sürmə çəkmək həramdır və aşura günü Süleyman peyğəmbərin əmlakını özünə qaytarıblar (xanların paxıllığı tutacaq ha!) və məhərrəmül-həramda Buzovna kəndində kəndliləri nə məscidə qoyacaqlar ki, orada baş yarsınlar, nə də sabit Nobelin bağına qoyacaqlar ki, orada gəzib dolansınlar və kino şəklinə tamaşa eləsinlər.
Fəda olum sənə, ey gözə görünməyən pərvərdigar! Rəhmin gəlsin təşnələb bəndələrinə!
Fəda olum sənə, ey məzlumi-Kərbəla!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 iyul 1927, №28
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ruzi-asura
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Buzovna və Zuğulba əhalisinin fikrinə gələ bilər ki, bu günlərdə Buzovna və Zuğulbada keflənib biabırçılıq salan və axırda böyük cinayət törədən Sesin və onun həmtayları Lenin firqəsinə sitayiş edənlərdir.Hər kəs bu əqidədə olmuş olsa, böyük qəflət etmiş olacaqdır.
Artel müdiriAkstafa artelinin müdiri barəsində bu saat qəzetlərdə çox danışıq gedir.Danışığa səbəb budur ki, necə ki, məlumdur Ağstafada bir artel düzəlibdir və bu arteli idarə etmək üçün bir nəfər seyid seçibdirlər.
Qarğa-quzğunlarQarğa-quzğunlar həmişə çöllərdə cəmdək axtarmaqda olurlar.Çin tərəfindən də insanların qarğa-quzğunları qulaqlarını qırpıdıb müharibə gözətləməkdədirlər. Çünki acdırlar.
Din və millətAxır zamanlarda “millətçilik” sözləri tez-tez qəzet sütunlarında danışılmaqdadır.Amma bircə şey mənim nəzərimdə xeyli təəccüb görsənir; o da budur ki, “din” və “dinçilik” söhbətlərinə çox az-az rast gəlirik. Halbuki “millət” və “millətçilik” məsələsi “din” və “dinçilik” və dindarlığa çox yapışıqlıdır, çox əlaqədardır (ərəblər demişkən).
Başqa şairlərin şeirləri · Satira
Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
Oğulun cavabıMəni təhrik eləmə alverə, vicdansız ata!Qəlbsiz, duyğusuz, anlaqsız ata, şansız ata!