Üç qara xəbər
Bu gün mən üç xəbər eşitmişəm. Doğrusu, başımdan deyəsən, bir ağrı tutub, az qalıram özümü öldürəm.
Biri budur ki, Məhəmmədəlini taxtdan yendirdilər. Hələ bu məlum. İkinci xəbər budur ki, Bakıda hər nə qədər adlı müsəlman var, – hamısını bir-bir qatıblar “qazamata”. Ay, vay, nə yaman günə qaldıq! Dəxi Bakının nə ləzzəti? Dəxi bundan sonra ümidimizi hara bağlayacağıq? Heyif, heyif, evimiz yıxıldı. Dünyada az-çox şöhrətimiz Bakı ilə idi. Tamam yer üzündə Bakı yada düşəndə hamı bilirdi ki, bəli, yer üzündə müsəlman da var imiş. Amma indi, amma indi? Vaveyla! Əgər bir az belə getsə, dəxi heç, heç və heçdən də heç.
Üçüncü xəbər də budur ki, deyirlər, şeyxülislamımızı istəyirlər çıxartsınlar və yerinə özgə şeyx təyin eləsinlər.
Bax, doğrusu, mən bu dərdə tab gətirə bilmərəm.
Yəni çe? Bu nədir? Məgər bizim şeyxülislamımız yoxdur? Məgər bundan yaxşısını tapacaqlar? Yox, yox, biz heç vədə buna razı ola bilmərik.
Bunlar keçəndən sonra axır arada gərək bir vilayət təəssübü də olsun. Mən bu saat yazdım İrəvana, Naxçıvana, Vənəndə, Danabaş kəndinə, durmasınlar, öz aralarından vəkil seçib göndərsinlər sərdarın hüzuruna, təzə şeyxülislam söhbətlərinin aradan götürülməsini təvəqqə eləsinlər. Yazdım ki, hər şəhərdən, əqəllən, on vəkil, hər kənddən beş vəkil göndərsinlər və bu vəkillərin hamısı darülfünun qurtarmış olsun ki, böyük yanında rusca və frəngcə danışmağa aciz olmasınlar (amma deyəsən uzaq getdik).
Allah cəmi dərdə giriftar olanlara təsəlli versin.
Pənah bər xuda.
Dəli
“Molla Nəsrəddin”, 12 iyul 1909, №28
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-uc-qara-xeber
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kəs həmin bu sözlərdən bir mətləb anlamaq istəyirsə gərək 7-ci səhifədəki Hindarx məktəb müdirinin idarəyə cavabını oxusun.Əhvalat bu qərar ilədir:
BayquşlarOxuculara mövcibincə məlumdur ki, bu yavıq vaxtlarda hökumət qərardadı möcibincə İlxıc kənd mollası İranlı molla... ni Şuralar torpağından çıxarıb İrana göndərdilər.Mən də burada bu keyfiyyətin təfsilini möhtərəm oxucularımıza bəyan etmək istəyirəm.
İnsan və heyvanOrucluğun yavuqlaşmağı münasibətilə*Bir var insan, bir də var heyvan.
Beynəlxalq qadınlar günüOn yeddinci ildə, mart ayının səkkizində Piter, (Peterburq) şəhərində işçi qadınların küçəyə çıxıb çörək tələb etmələrindən və ərlərinin cəbhədən qayıtmalarını tələb etmələrindən on il keçir. On il bundan əvvəl qaniçici Nikolay milyonca əməkçilərin başına kefi istədiyi oyunu gətirirdi. O vədə Nikolayın rejimi sayəsində guruldayan qazi və şeyxülislamların qorxusundan Şərq qadınları pərdə altında yox kimi idilər və o vaxtlar qadın azadlığı sözünü danışmaq mümkün deyil idi və danışanda firqəyə bir fənd ilə soxulan Mir Bağırağalar, bazar və dükanı bağladıb bir məsuliyyət altına çəkirdilər. Çünki o vaxtlar fazillərimiz və şəriətmədarlarımız deyirdilər ki, qadın hara, azadlıq hara və məişət meydanında çalışmaq hara. Və dedikləri sözlərə də tarixdən dəlil-sübut gətirirdilər ki, dünya yaranandan cəmi peyğəmbərlər qadınlara məhz “məşğuliyyət” tərəfindən yanaşıblar; məsələn, lap bütpərəstlərin peyğəmbəri Buddadan başlamış, sonra İncili və Quranı şahid çəkirdilər. Guya Budda özü bir küçə ilə keçirkən bir evdə gözəl qadın olduğunu duyanda, evə daxil olmamış keçməzdi və guya İsanın həvariyunundan Petro deyirmiş ki, ancaq gözəl qadınlar axirətdə nicat tapacaqlar, nəinki çirkinlər. Məhəmməd peyğəmbər də ki məlumdur, bir gözəl qadına ki rast gəldi, “fətəbarəkəllahü əhsənül-xaliqin” deməyi kifayət idi ki, o övrəti özünə halal buyursun. Girəm övrət özgəninki də olmuş ola.Amma indi nələr görürük! İndi hər işçi qadın ölkəni idarə eləmək işini öyrənir, nə bilim seçkilərə qarışır, mədəniyyət və maarif dairələrində sayları gün-gündən artmaqdadır.
Başqa şairlərin şeirləri · Satira
Həcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,
El deyir:Canın çıxsın anlayaydın həddini,Keçmiyəydin özgənin sərhəddini,
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Rüşvətlə mübarizə zamanıAr eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.