Ayaz
Səhifə 4 / 4 · 75%
5
Son günlər göydə böyük bir hadisə oldu. Səhər camaat yerindən qalxıb, havanı kükürd rəngli gördü. Günəşin üzünə ləkə gəlirdi. Ləkə get-gedə böyüyür, günəşin üzünü örtürdü. Xalq əl-ayağa düşdü. Günəş, qəlblərdən qopan həyəcanı, yaşamaq arzusunu duymuş kimi, qüdrətli əlini üzünə çəkdi, ləkələri təmizlədi. Dünyada ən böyük və ən müqəddəs olan vəzifəsinə davam etdi.
Həmin gün yerdə də böyük və heyrətli bir hadisə oldu: axşam Əkbər bir xəbər eşitdi:
– Uşaqlı ailələrə iki mindən tutmuş beş minə qədər pul bağışlayırlar. Qərar çıxıb.
Bunu Əkbərə ilk dəfə deyən qonşusu montyor Məhər olmuşdu.
Əkbərin səkkiz uşağı vardı. İkisi böyük idi, uzaq şəhərlərdə oxuyurdu. Böyük qızı tramvay sürən idi. On dörd yaşa qədər olan kiçiklər məktəblərin müxtəlif siniflərində oxuyurdular.
Əkbər işdən qayıdanda uşaqları küçədə pilləkən üstündə dayanıb, onu gözləyən görərdi. Onu görən kimi, qabağına yüyürüşərdilər. O, uşaqların hərəsinə bir şey verməklə sevindirər, özü isə hamıdan artıq şadlanardı. Onlar ətəyindən tutub, qollarından sallandıqca o xoşhallanar, yorğunluğu çıxardı.
Həmişəki kimi bu gün də uşaqları başına yığıb pilləkənlərdən düşürdü. Montyor Məhər ona rast gəlib, yuxarıdakı xəbəri deyəndə Əkbər zarafat sayıb ötdü.
Nahardan sonra qapıya çıxanda Məhər Əkbəri təbrik etdi.
– Demək, iki min manatı alırsan!
– Nə iki min?
– Sənə demədim, hökumətin qərarı var. Yeddi uşağı olan külfətə mükafat verirlər.
Əkbər başı ilə rədd işarəsi etdi:
– Sözdür!
– Qəzetdə var, nə deyirsən? Bizə iş vaxtı dedilər! Qərar var.
– Qərar?
– Bəli, qərar! Qərar var! Qəzet başdan-ayağa bundan yazır. Abort eləyənə də cərimə gəlir.
Əkbər oğlunu səslədi, bir abbası verdi:
– Qaç, - dedi, - Tahir, ordan bir "Yeni yol" al gətir.
Əkbər aldığı qəzetin hər maddəsini oxuduqca dayanıb fikirləşirdi. Çoxuşaqlı külfətlərin məsələsinə çatanda əlini əlinə çalıb, ayağa qalxdı.
– Pah! Pah! Gözüvə dönüm, a hökumət!
Ömründə unuda bilməyəcəyi üçüncü heyrətini soyutmaq üçün qəzetin o yerini bir də oxudu, ayağa qalxdı. Evinə girdi, sevincdən uşaq kimi Ayazı qucaqlayıb öpdü:
– İki min manat! Ay arvad, birdən iki min tapsan, nəyə verərsən?
– Lağ-lağ danışma. Qoy görüm, çaynik daşdı.
– Nəyə verərsən, arvad?
– Sən iki mini gətir, xərcləməyə yer çoxdur! Özümə bir qol saatı alaram, uşaqların da hərəsinə bir dəst paltar alaram. Təki pul olsun.
– Pul var. Pul olacaq. Hökumət qərar çıxarıb, ildə iki min pul verəcək.
– Mükafat var sənə, hə?
– Mənə yox, bu dəfə sənə!
– Mənim nəyimə mükafat olacaq? Əlimdən nə gəlir?
– Ay-hay! Əlindən nə gəlir? Sənin əlindən çox iş gəlir, heyif ki, qədrini bilmirsən!
– Nə iş?
– Doğmaq işi.
Ayaz zarafat sayıb, yaxasını qurtarmaq istədi. Əkbər buraxmadı:
– Sən öl, düzünü deyirəm. Yeddi uşağın varsa, iki min, on üç uşağın varsa, beş min pul bağışlayırlar.
Qadının üzündəki inanmamazlıq bir dəqiqədə həvəs və sevincə çevrildi:
– Əkbər, sən mənim canım, elə şey varmı? Gerçək sözündü?
– Ağzımda söz deyirəm... Hökumətin qərarı var... Özüm oxumuşam. Bizim hökumətin sözü bir olar: deyib - eyləyəcək.
Ayaz inanmışdı. Sevincdən uşaqlannı qucaqlayır, alınlarından öpürdü.
Əkbər evdən çıxdı. Fikrində tutmuşdu: dosta, tanışa rast gəlsə, dayandıracaq, bu şad xəbəri çatdırmaq üçün qəzetlərdən söz açacaq, söhbəti gətirib, mükafat məsələsinə çıxacaqdı.
Şəhər bağına girəndə şənlik səsi onu aldı. Yüzlərlə uşaq meydançada qaçışıb-oynaşır, yıxılıb-qalxır, gülüb-qışqırışırdı. Bu kiçikboylu, zərif üzlü, müxtəlif paltarlı balalar baharın laləli, bənövşəli çəmənliyini andırırdı. Böyüklər isə kənarda əyləşib, qəzet oxuyurdu. Onlar qəzeti əldən-ələ ötürür, danışırdılar.
Əkbər göylərin böyük hadisəsini yadına saldı. O səhər hamı göyə baxıb, qaralan günəşə heyifsilənirdi. İndi hamı yerlərin böyük hadisəsini qəzetdə oxuyur, fərəhlənirdi.
Əkbər bu ümumi sevinc içində hər uşaq səsində mənalı bir nəğmə duyurdu. Ürəyində isə yeni-yeni arzular doğurdu.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-ayaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.
Qanadlı qızlarDünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.
Ad günüDeyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.
Fərəh məclisiDostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.
Başqa şairlərin şeirləri
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,