Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Səhifə 1 / 2

1

Narzan vannalarının qabağında, böyük bir qarağac kölgəsində, uzun skamyalarda adamlar cərgə ilə oturub dincəlir, növbə gözləyirdilər.

Yenicə vannadan çıxan, enli üzü pörtmüş, çiynində tüklü dəsmal olan ortaboylu, çalbaş bir kişi sanki güclə özünü skamyanın üstünə, yenicə boşalmış yerə salıb ufultu ilə dedi:

– Bürküdən nəfəs almaq olmur ki... Buranın istisi Bakını da keçib... Qabaq skamyada papiros çəkən dolusifətli, ağ zolaqlı sarı pijama geymiş kök bir kişi çalbaş adamın sözünə gülümsədi, qabağa əyilib, yaxın bir ünsiyyətlə soruşdu:

– Yoldaş, deyəsən, Bakıdansınız?

– Bəli!

– Həqiqət, Kislovodsk bu il çox istidir.

Çalbaş kişi sözünün təsdiqini görüb bir az da ucadan dedi:

– Bürküyə baxırsınızmı, yarpaq tərpəşmir.

– Bakı heyif deyil! Dəniz kənarının əvəzi yoxdur. Axşamlar həmişə bir mehi var.

Kök kişi yavaşca yerindən qalxıb, çalbaşın skamyasına keçdi. O da bir az çəkildi, təzə müsahibinə yer elədi. Kök kişi xəlvət bir söz soruşurmuş kimi, yavaşca dedi:

– Bağışlayın, Bakıda harada işləyirsiniz?

– Ticarət sistemində çalışıram.

Kök kişinin marağı daha da artdı. Qıçını qıçının üstünə aşırıb çalbaşa yaxın oturdu, sualında davam etdi:

– Mən özüm də ticarət sistemindəyəm. Necə olub ki, rast gəlməmişik?

– Sistem böyük, iş çox...

– Deyəsən, mən sizi görmüşəm.

– Yəqin, iclaslarda-zadda.

– Ola bilər. Amma. Siz Aztorq, ya Baktorq üzrə?..

Çalbaş onun sözünü kəsdi:

– Xeyr, mən nazirlikdə oluram.

Kök kişi daha dözmədi. Papirosu sol əlinə alıb, bir az da yaxına çəkildi, sağ əlini təzə tanışma uzatdı:

– İzin verin, tanış olaq. Mənim familiyam Əfzəlovdur, adım da Kəmtər.

Çalbaş kişi əlini uzadıb, ehmalca dedi:

– Məlikzadə.

Kök adam Məlikzadə familiyasını eşidəndə diksinən kimi oldu, ayağa qalxdı, bir qədər heyrətlə müsahibinin üzünə baxdı:

– Məlikzadə, belə nazir müavini Məlikzadə?

– Bəli, o vəzifədəyəm.

– Ay səni xoşbəxt olasan, yoldaş Məlikzadə! Mən sizin barənizdə çox eşitmişəm, qəzetlərdə oxumuşam. Özümə çox fəxr bilirəm ki, indi sizin kimi bir məsul yoldaşla tanış oldum. Nə gözəl təsadüf oldu! Çox əcəb! Çoxdanmı buradasınız?

– Çoxdandır. Üç-dörd günə vaxtım qurtarır.

– Yox əşi, bu istidə Bakıya nahaq gedirsiniz, bir qədər qalın, gəzin, havalar da qoy bir az sınsın.

– İşlər çoxdur.

– Düz buyurursunuz, özü də məsul vəzifə. Sizlər çox işləyirsiniz. Əlac nədir, hər adama qızmaq olmaz.

Əfzəlov qələm, kağız çıxartdı. Məlikzadənin sanatoriyasını, palatasını, müalicə diaqnozunu öyrənib tələsik evə gəldi.

O, sanatoriyada müalicə olunmurdu. Mərkəzə yaxın yerdə ayı 400 manata bir otaq tutmuşdu. Özünə də, arvadı İzzətə də bir seans narzan vannası almışdı ki, "xarab olmuş əsəbləri yumşalıb qaydaya düşsün."

İzzət eşidəndə ki, əri nazir müavini ilə, özü də ticarət nazirinin müavini ilə tanış olub, əvvəl inanmadı:

– Görəsən kim imiş, sənə rast gəlib... Nə çoxdu Bakıda Məlikzadə!

– Lap zamministrin özü idi. Bəyəm, onu mən iclasların qabağında nitq kürsüsündə az görmüşəm? Bəyəm, tanımıram? Ancaq bu cür yaxın tanış deyildim.

İzzət dedi:

– Elə yaxın idisə niyə nahara qonaq çağırmadın? Yaxşı kabablıq ətimiz də odur duzda-soğanda...

– Fikrimə gəlmədi. Yaxşı deyirsən, İzzət, gərək çağıraydım. Amma duranda heç ağlıma gəlmədi.

– Gəlməz. Bir qıza, ya arvada tuş olsan, yeddi verstliyəcən ötürərdin. Amma belə lazımlı adamın qədrini bilməzsən. Xalqlar işi aşan yerdən dördəlli yapışırlar. Çex basanojkasınm birini qoyub, birini götürürlər. Handa bir parçadan don geyirlər. Sən xeyir-şərini bilən adam deyilsən! Əvvəldən əfəlsən...

2

İkinci gün Əfzəlov vannalar qabağına gəldi. Birdən yadına düşdü ki, narzan vannası günaşırı verilir. Bu gün Məlikzadəni burada axtarmaq nahaqdır. İstədi müsahibinin yanına - sanatoriyaya getsin. Bunu da məsləhət görmədi. Əvvələn, sanatoriya lap uzaqda, dağın kəlləsində idi. İkincisi də, müsahibinin bu zaman orada olacağına inanmırdı. Dumduru, süd kimi hava var. Nazir müavini də cibidolu adamdır. Kislovodski şə hərində, kim bilir, bu zaman "Pobeda" maşınına oturub, hansı səfalı dağın hansı seyrəngah yamacına çəkilib... Ümid qalıb sabaha.

Sabah Əfzəlov bir qədər də tez gəldi. Həmin skamyanın yanında çox oturdu, çox durdu. Gəlib-gedən bəzi tanışları ilə də salamlaşdı. Ancaq Məlikzadə görünmürdü. Handan-hana, lap axşama yaxın Məlikzadə gözündə ağ gözlük, əlində gümüş yazılı qəhvəyi əsa, çiynində tüklü dəsmal, əynində həmin pijama gəlib çıxdı.

– Salam!

– Salam!

– A sağolmuş, hardasan, səhərdən burada yolunuzu gözləyirəm. Məlikzadə təşvişə düşdü:

– Necə, nə var bəyəm, xeyir ola?

– Xeyir olmamış nə var.

Məlikzadə maraqlandı:

– Buyur görüm, yoldaş Əfzəlov!

– Doğrusu, sən məni xataya qoymusan, yoldaş Məlikzadə!

Məlikzadənin üzündəki ciddiyyət daha da artdı, saatına baxıb irəli yeridi:

– Bəyəm, nə olub?

– Nə olacaq, ötən gün sizinlə görüşümü danışanda evdəkilər mənim abrımı ətəyimə bükdülər ki, niyə filankəsi götürüb nahara gətirməmisən? Burada bizim ondan əziz qonağımız kim olacaq idi!

Məlikzadəni gülmək tutdu:

– Çox razıyam.

– Xeyr, məsələ onda deyil. Evdəkilər sizin burada olmağınızı indiyəcən heç bilmirdilər. Mən özüm də bilmirdim. İndi necə olsa, gərək bir kababa oturaq.

Məlikzadə bir də saatına baxıb dedi:

– Mənim çekim beş qırx beşədir. Siz necə, vanna götürmüsünüzmü?

– Xeyr, mənim bu gün vannam elə sizi görməkdir. Ancaq sizin dalınızca gəlmişəm ki, qonaq aparam.

– Mən indicə nahar eləmişəm, qonağınız çox olsun.

– Eləyəndə nə olar, buyurun, vanna qəbul eləyin, mən də oturub Kislovodski xanımlarına bir az tamaşa edərəm. Sonra gedərik bizə.

– Çox sağ olun, başqa bir vaxt.

– Yoldaş Məlikzadə, qorxuram məni evə qoymasınlar, çünki arvad hazırlıq görüb, özü də ki tapşırıb...

Məlikzadə üzr istədi:

– Bilet dalınca gedəcəyəm. Özünüz bilirsiniz, indi nə qədər çətindir. Sağlıq olsun, ayrı bir vaxt görüşərik. Xanımdan çox üzr istəyirəm. Mənim dilimdən deyərsiniz.

Kislovodsk vağzalını görənlər bilir ki, çox səliqəli, nizamlı, qaydalı bir yerdir. Xüsusən, yay mövsümlərində minlərlə deyil, on minlərlə yaylaqçmm axıb gəldiyi aylarda burada bəzəkli, yaraşıqlı, yumşaq vaqonların peydərpey adam daşıdığını görərsiniz. Dəmiryol idarələri yayda hər şəhər üçün xüsusi qatar ayırırlar: Moskva-Kislovodsk, Leninqrad -Kislovodsk, Bakı-Kislovodsk, Soçi-Kislovodsk...

Saat olmur ki, vağzal səkiləri boşalmış olsun. Qatarın biri gedir, biri gəlir. Gələnləri gül dəstəsilə qarşılayanlar, gedənləri mədən suları, cürbəcür mürəbbələr, meyvələr, şirniyyatla yola salanlar da dəstə-dəstə, öz qaydası ilə.

Əfzəlov əlində kağız bükülü özünü vağzal səkilərinə salanda qatarın tərpənməyinə dörd dəqiqə qalırdı. Təzə dostlarına nə hədiyyə aparmaq üstündə İzzətlə deyişməsi o qədər uzanmışdı ki, mağazaları axtarmağa vaxt qalmamışdı. Bir banka çiyələk mürəbbəsi İzzət almışdı, Məlikzadənin uşağı üçün bir yastı şokolad da Əfzəlov özü götürmüşdü.

Onlar vaqon pəncərələrinin qabağına baxa-baxa, tövşüyə-tövşüyə yeriyirdilər. Beşinci vaqonun ağzında, başına çətir tutub dayanan bir xanımın Məlikzadə ilə danışdığını seçən Əfzəlov sevincindən bərk qışqırdı:

– İzzət, bəri gəl, tapmışam! Buradadırlar!

Məlikzadənin yaxın adamları Əfzəlovu bu ətrafda birinci dəfə görür və dostlarının üzünə baxırdılar. Məlikzadə gülümsünərək başa salırdı:

– Əfzəlov yoldaş mənim Kislovodsk tanışımdır, bir yerdə müalicə olunmuşuq.

Kim idisə əlavə etdi:

– Xəstəliyiniz bir imiş!

Əfzəlov tez cavab verdi:

– Bəli, xəstəliyimiz də bir idi, müalicəsi də bir yerdə oldu.

– T ə k i olsun!

Bu söhbət əsnasında İzzət mürəbbəni vaqon pəncərəsinə qoymuşdu. Əfzəlov əlindəki kağız bükümünün yaxşı görünmədiyini hiss edib, uşağa tərəf yanaşdı:

– Qadası, al bunu!

Məlikzadənin oğlu altı yaşını təzəcə qurtarmış, sağlam, iri gözlü, yaraşıqlı bir uşaq idi. Ona təklif olunan bir şeyi icazəsiz almazdı. Əfzəlov şokoladı ona tərəf uzadanda uşaq geri çəkildi, atasının üzünə baxdı. Məlikzadə cəld dedi:

– Dişi ağrıyır, ona şirniyyat olmaz, saxlayın, saxlayın, yoldaş Əfzəlov!

– Uşaq üçün almışam.

– Ona ziyandır, yeməz o!

Əfzəlov əlindəkini bilmədi nə etsin, ixtiyarsız İzzətə verdi. İzzət vaqona keçib şokoladı mürəbbənin yanına qoydu:

– Yolda çayla içərsiniz. Çayla heç bir ziyanı olmaz!

Məlikzadə konduktoru çağırdı:

– Xozyayka, - dedi, - götürün bunları, samovarın yanına qoyun, çayınız hazır olanda içərik. Kislovodsk hədiyyəsidir, yoldaşlar gətiriblər, sağ olsunlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Havapərəstlər

Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.

1 dəq
Kəhərin son günləri

Bir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...

19601 dəq
Gözəl barəsində

Müasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:

8 dəq
Gənc şairin ərizəsi

Bu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.

19607 dəq

Başqa şairlərin şeirləri