İstifadə
Səhifə 3 / 3 · 67%
3
Rayonda ağır işdən sonra mərkəzə qayıdanda ləzzət verir.
Cavan oğlansan. Yağmurlu havalardan, yalnızlıqdan qəlbin qaradır. "O"nu xatırlayırsan. Maşına oturub bir günlüyə də olsa, görüşmək üçün özünü Bakıya salmaq istəyirsən.
İdarəyə gəlib, icazə istəyirsən. Müdir ərizənə baxır, üzünə baxır, başını tovlayır:
– Heç utanırsan?
Kor-peşman qayıdırsan. Yəqindir ki, işini bitirməmiş Bakıya gedə bilməyəcəksən. Bir var ki, təşkilatı-zadı saymayıb, oğurluqca gedəsən. Onda da addımbaşı "töhmət" gəlir durur göz qabağında. Xalq Bakıya düşüb, mərkəz havası udanda, sən də dalınca gələn "töhmətin" qorxusundan sərin-sərin tər gətirirsən.
Əlac ona qalır ki, işini qurtarıb alnıaçıq üzüağ müdirin yanına gedəsən. Belədə müdir əlini sıxır:
– Hə, kişi oğlu, keflər lap sazdır ki?
İcazə üçün ərizəni verirsən. Gülür. Barmaqları ilə işarə edir:
– Üç gün!
Bu da bəsdir. Ərizəni geri alırsan. Kənarında qırmızı xətt ilə yazılmışdır: "Buraxılsın".
Bakıya çatan kimi hamama qaçdım. Xüsusi təchizat mağazasından aldığım "şəhər" paltarını geydim. Yöndəmə düşdükdən sonra universitetə getdim.
Nə aləm, nə qiyamət ilə "onunla" görüşdük (Bu görüş barədə bir səhifə ötürürəm, özünüz təsəvvür edin). Onu qoltuğuma alıb kinoya qaçdım.
"Proletar" kinosu, "Yad qadın" fılmi.
Salonda iynə salmağa yer yoxdu. Salon qaraldı, səhnənin divarı ağardı. Ekran harada isə daha böyük şəhərlərdən birində olan əhvalatı çəkib gətirir, bizə göstərirdi.
Mərkəz şəhəri, çoxmərtəbəli möhtəşəm binaları, uzun və böyük küçələri, universal mağazaları, qarınca kimi görünən avtomobilləri, maşın kimi fırlanan milisləri, səliqə ilə yazılmış lövhələri, qaynaşan adamları, çiçək bağları, qəşəng xanımları, gümüş fəvvarələri, tunc üfüqləri ilə gəlib gözümüzün qarşısından keçdi.
Bunların hamısı bizi - iki sirdaşı o qədər məşğul etmişdi ki, məhəbbət söhbətlərini unutmuşduq.
Elektrik lampaları yandı. Qabaq cərgədən bir yastısifət qadının geri baxdığını gördüm.
Sevgilim pıçıldadı:
– O kimdisə bayaqdan sənə baxır. Mən bir də baxdım. Boyalı, şişman bir qadın idi. Sifəti tanış gəldi. İxtiyarsız Səadət xanımı xatırladım, qızarıb, üzümü geri çevirdim. Çox keçmədi, onu gördüm ki, bir əl mənim yaxama bənd oldu:
– Vicdansız, məni hamilə qoyub hara qaçırsan, fahişələr ilə gəzirsən? Vicdansız! Cavab ver! Vicdansız! O, ağır, murdar əli ilə məni şillələmək istədi. Mən onu itələdim.
– Vay, - deyə elə qışqırdı ki, camaat biz tərəfə axışdı. Ayaq səsləri ordu hücumunu andırdı. Qadın məndən əl çəkmək istəmirdi. Adamlar onu qaldırdılar. Kənar elədilər. Sevgilimin qolundan yapışmaq istərkən, qoymadı, özü mənim qoluma girdi. Adamlardan aralandıq. O dayandı. Bir üzümə baxdı. Mən açıb hamısını söyləmək istərkən, əlimi sıxdı:
– Xudahafiz! Mən onun dalınca yüyürdüm, qolundan yapışdım, buraxmaq istəmədim. Gözlərimdən iki damla yaş düşdü. Sevgilim biləyimdən bir yumruq vurdu:
– Əl çək! Bu cavab bir zərbə kimi başıma dəydi. Qaranlıqda səndələyib qaldım. O getdikcə gedirdi. Qara, toppuz kimi dolu saçlarını kürəyinə atıb addımlayırdı. Uzaqda, səkiləri gümüşlə suvanan yerdə gözümdən itdi. O gedən getdi...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-istifade
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təmərrə nə bayəd ki, çəndən könəd,*Ki sahibkərəmrə peşiman könəd!*
Kənd “uşaqları”Kəndin geniş, sərbəst mühiti, azad, əngin-zəngin təbiəti, şimşək çaxması, çayların şaqqıltı ilə axması, quşların cəh-cəhi bir aləm, şəhərin izdihamlı həyatı, asfaltlı küçələri, bir-birini çağıran maşın səsi başqa bir aləm!Kənddən ilk dəfə gətirilən "uşaqlar" bir müddət burada qəriblik, biganəlik duyub heyrətlə ətrafa baxınır, ora-bura boylanır, uca daş hasarları aşmağa qol-qanad atırlar...
Bir qəlbin yanğısı– Ay doktor, üstünüzə sağlıq, ürəyim qəfəs quşu kimi hey çırpınıb durur, sakit olmur. Mənim bu dərdimə bir əlac!– Nə olub məgər?
İntizarSevda nadir, bilməzdim.*O da gəldi başıma.*
Başqa şairlərin şeirləri
Sazaq əsdi dağdan, hava bulandı,Xəzan oldu bağlar, yarpaq saraldı.
کو خدا کیست خدا چیست خدابی جهت بحث مکن، نیست خدا
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda