Parisdə görüş
Səhifə 4 / 4 · 75%
Tarixi hadisələri xatırlamaqdan başqa muzey xadimləri bu sarayda əcaib və gülünc mətləbləri də böyüdüb danışırlar. Kralın yatağında nələr olurdu: yorğan-döşək salıb-yığmaq mərasimi necə keçirilirdi. Kimsə bu otaqda qara çiçək tutub öləndə xidmətçilər necə kənara qaçıb, saray adamlarının "Öküz gözü" salonundakı qeybəti (bu salonun yuxarı, dairəvi pəncərəsi öküz gözünə çox oxşayır) necə yayılır, təsir bağışlayırdı. Kraliça Mariyanın oynaşı ilə gəzib kef çəkməsi tarixi hadisə kimi səyyahlara bütün təfsilatı ilə danışılır. Qəribədir ki, indi də Kraliça adına küçə var.
Versalın gözəl parkı var. Buranın arxitekturasına da söz yoxdur. Burada üç min gül növü yetişdirilir. Böyük kanal, zəngin restoran, tamaşa yerləri var.
Per-Laşez deyilən məşhur Paris qəbiristanlığına getdik. Kommunarların xatirə lövhəsinə baxdıq. A.Barbüsün, Jolio-Küri, Marsel Kaşenin, Dmitrovun müdafiəçisi Marşal Vlaarın, faşist cəlladlarının qurbanı olan bir çox fransız vətənpərvərlərinin məzarım ziyarət etdik. 1940-cı ildə alman-faşist işğalından sonra Fransanın çəkdiyi iztirabları bu qurbanların xatirəsində də aydın görmək olar. Faşistlər vətənpərvər qadınları 1944-cü ildə dəstə-dəstə qırmışlar, Fransanın indiki baş naziri De Qollun qızı da bu qurbanların içində olmuşdur.
Faşistlər Maut Hauzen konslagerində 12.500 adam öldürmüşlər. Burada dustaqların necə işgəncə ilə saxlandığını göstərən bir heykəl var. Fransız dustaqlar 186 daş pilləkəndən qalxmalı, çiynində ağır daş daşımalı idi. Sənətkar Şuşenin yaratdığı bu heykəl olduqca canlı və təsirli idi. Ona görə təsirli idi ki, həmin qurbanların ana, bacıları, arvadlan əzizlərinin qəbri ətrafında əkilən gülləri sulayır, dəhşətli günlərin on beş illiyini qeyd etməyə hazırlıq görürdülər. Həmin qadınlar bizi tanıyanda, böyük bir ölkədən, xalqları faşist zülmündən xilas edən qüdrətli Sovet 290 İttifaqından olduğumuzu biləndə minnətdarlıq hissi ilə köyrəldilər, gözləri yaşardı, bizim də gözlərimiz yaşardı. Biz onlarla səmimi görüşdük.
Kommunarların divardakı sadə xatirə lövhəsi günəş, yağışlar nəticəsində solub, silinib getməkdədir. Qəbiristanlığın ən təntənəli, abad hissəsi varlıların sərdabələri olan yerdir. Buna baxmayaraq, böyük tarixi simaların məzarları da abaddır. Barbüsün qəbrinin qırmızı mərmərini Ural fəhlələri vermişlər. Fransızlar bunu təşəkkürlə yad edirdilər. Bizim səyahət proqramımız çox gərgin idi. Hər iki tərəf (sovet-fransız turist təşkilatları) çalışırdı ki, az vaxtda çox mətləb əhatə edilsin.
Vaxt azlığından çox yerə getmək mümkün olmur. Proqramda Parisin Sorbon darülfünunu yox idi. Ancaq bizim dəstədə alimlər olduğu üçün oraya getməyi təkid etdik və getdik. Təəssüf ki, Pasxa bayramı münasibətilə bütün Fransa məktəbləri, universitetlər müəyyən müddətə bağlanmışdı.
Sorbon Parisin sıx küçələrindən birində, köhnə stildə tikilmiş ağır bir binadır. Balaca, səliqəli həyəti var. Dərs zallarından birinə baxdıq, bu, divarları qırmızı taxta ilə örtülmüş 400 adam tutan bir zal idi. Opera teatrı stilində, sıralar mərkəzdən uzaqlaşdıqca yuxarı qalxırdı. Mühazirəçi hamıdan aşağıda, tələbələrin əhatəsində durmalı olurdu.
IX Lüdovikin ruhanisi Robert Sorbon tərəfindən 1253-cü ildə düzələn bu universitet əvvəl kasıb tələbələrin və müəllimlərin yurdu idi. Burada dini dərslər və ibadət öyrədilirdi. XIII əsrdən ruhani hazırlayan məktəb olub, 1808-ci ildə Napoleon bu binanı universitetə verib, incəsənət muzeyi kimi saxlayıblar. 1469-cu ildə kitab çapı da bu müəssisənin təşəbbüsü ilə olub. 1821-ci ildə müstəqil dini məktəb olub. Sonralar ədəbiyyat, təbiət fakültəsi qalıb. Deyildiyinə görə, burada 3 min tələbə oxuyur. Parisdə 3 universitet hüquq, tibb, təbiət, ədəbiyyat, əczaçılıq fakültələri var. Bunlarda 61 min tələbə təhsil alır. Bu məktəblərdə dini fakültələr də mühüm yer tutur, katolik, protestant və s. Demək lazımdır ki, Sorbon, bizim qiyabi nəzərimizdəki əzəmətindən çox aşağı, köhnəlmiş bir binadır. İndi Parisdə yeni universitet tikilməkdədir. Sorbon isə tarixi əhəmiyyəti olan bir yer kimi qiymətlidir. Sorbonda həyətdə və otaqlarda bir çox böyük simaların, o cümlədən, Hüqonun, Molyerin, Paskalın, Zolyanın heykəl və büstləri saxlanır.
Luvr Parisin ən məşhur mənzərəli yerlərindən biridir. Şəhərin 2 91 mərkəzində yerləşir. Bura XII əsrdə normandlardan qorunmaq üçün qala olub, sonra kral sarayına çevrilib, Fransa inqilabından sonra isə muzey olub. Mürəbbe şəklində tikilmiş sarayın qabağında general La Fayetin at üstündə heykəli qoyulmuşdur. 1515-ci ildə saraya hər iki tərəfdən yeni qanadlar - hissələr tikilib əlavə olunub. Fransa renessansının cürbəcür əlamətlərini bu tikintilərdə görmək olar.
Naxışların bəzilərində simfonik hərflər nəzərə alınıb, hərflər də başqa-başqa tərəflərdən müxtəlif şəkildə oxunur, ayrı-ayrı müqəddəs, ya tarixi şəxslərin adına işarə edir.
Bu naxışı latın əlifbasında həm D, həm H kimi oxumaq olar və hər ikisi düzdür, burada kiminsə xatirəsi nəzərdə tutulmuşdur.
Luvr sarayı 600 il müddətində tikilib, 1793-cü ildən xalq muzeyi adlandırılıb. Burada dünyanın ən yaxşı sənət abidələrindən nümunələr tapmaq olar. Antik sənətin bəzi şah əsərləri (Venera) burada saxlanır.
Veneranı 1820-ci ildə yunan adasında kotan sürən bir türk kəndlisi tapıb. Kotan heykəlin bəzi yerlərini zədələyib. Fransa konsulu adadan keçəndə heykəli görüb alıb - Venera Milosskaya mərmərdən düzəlmə bir heykəl olaraq gözəllik nümunəsidir. Bu, yunan sənətinin Elinist nümunəsi sayılır.
Luvrda bir-birindən gözəl, zəngin sənət zalları vardır. Bunların hamısına ecazkar sənət nümunələri düzülmüşdür.
Uşaq atasının ayağından tikan çıxarır. Bu heykəli iki min il bundan əvvəl Roma sənətkarları elə canlı yaradıblar ki, daşa yox, diri, iztirab çəkən insana baxdığını güman edirsən.
Antik "Telefon" adlandırılan iki hovuza baxdıq. Bunlar bir-birindən çox uzaqda olsa da, birinə deyilən söz o birisində eşidilir. Hovuzların biri hökmdar xanımın yanında, o birisi ilə qullann yarımda imiş. Qullar hovuza baş əyib əmr gözləyirlərmiş.
Saraya zəhmət çəkən, kömək edən adamların da heykəlləri, şəkilləri burada var. Uca gözəl rəsm zalının uzunluğu 257 metrdir. Burada İtaliya, İspaniya, Fransa rəssamlarının əsərləri çoxdur. Dahi rəssam Leonardo da Vinçinin on səkkiz məşhur əsərindən altısı buradadır. Məlum olduğu üzrə, Leonardo İtaliyadan qaçmış, əsərlərini Fransaya gətirmişdir. Luvr böyük bir ansambldır, arxitektor Petro, Levo, Lesko və başqalarının əli ilə əsrlər boyu tikilmiş, zənginləşmişdir. Hər hakim bu saraya bir şey əlavə etməyi özünə həm dövlət, həm də vətəndaşlıq şərəfi saymışdır.
Bizim səyahətimizdən iki həftə əvvəl fransızlar Sovet dövlətinin nümayəndələri ilə görüşmüşdülər. Bu görüşün təsirini biz kitablar, qəzetlər, lövhələr, şəkillərdən başqa sadə insanların, fransız zəhmətkeşlərinin simasında, hərəkət, rəftarında, qonaqpərəstliyində də görürdük. Biz iftixar hissi ilə deyə bilərik ki, həm Parisdə, həm də başqa şəhərlərdə sovet adamlarma dərin hörmət edirlər. Fransız xalqının sülh və əmin-amanlıqda yaşamaq arzularının hər şeydən güclü olduğuna bir daha inandıq.
Bizim yoldaşların bəziləri özləri ilə Sputnik, Kreml, Qızıl Meydan, Sülh göyərçini suvenirləri aparmışdılar. Bunları tanış olduğumuz fransızlara bağışlayırdılar. Yerlilər həmin suvenirləri böyük sevinclə qəbul edirdilər.
Cənubdan Parisə qayıtdığımız qatarda bizə xidmət edənlərə hədiyyə verəndə aşpazı da unutmadıq. Aşpaz iş paltarında qarşımıza çıxdı. Sovet səyyahlarını bir-bir qucaqlayıb öpdü, aldığı nişanı döşünə taxdı.
Səyahətimiz sona çatırdı. Aprelin 21-də Parisdə son günümüz idi.
Biz, uşaqdan böyüyə qədər fransız zəhmətkeşlərinin hamısında qüdrətli Vətənimizə, xalqımıza dərin bir hörmət, dostluq hissi duyaraq səhərçağı Parisdən, Fransa torpağından ayrıldıq.
Ölkəmizdən gələn rahat hava gəmisinə - "İL-18" təyyarəsinə əyləşdik.
– Dostlar, hələlik!
– Hələlik, dostlar!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-parisde-gorus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Qəşəm kişi küsənərək deyirdi:
Qocaların uşaq söhbəti1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.
Qəbul imtahanıDövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.
Neçə cür salam var?Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!
Başqa şairlərin şeirləri
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,