İyirmi yeddinci fəsil
Səhifə 2 / 5 · 20%
– Biz çoxdan heyrət etməyi yaddan çıxartmışıq.
– Mən nə üçün Qəsri-Qacara gətirildiyimi bilmək istəyirəm?
– Əlbəttə, biləcəksiniz. İxtiyarınız var. Demək, sizin heç şeydən xəbəriniz yoxdur?
– Bilmirəm “heç şey” nəyə deyirsiniz?
– Biz “heç şey” hər şeyə deyirik. Dövlət əleyhinə qiyam və əlahəzrətə sui-qəsd hazırlığı. Kərimxan Azadi və doktorla əlaqə. Doktorun oğlunun gizləndiyi yer. Yenə də saya bilərəm... Görürsünüz ki, “heç şey” açıldıqda içindən nə qədər şey çıxır.
– Sərhəng, mən sizin haqqınızda çox şey eşitmişdim, lakin şuxluğu sevən adam olduğunuzu eşitməmişdim.
Sərhəng ciddi hal aldı:
– Yaxşı fikirləşin, ağayi Fridun, mən elə bilirdim ki, əməllərinizi yadınıza salmaq üçün yeddi gün vaxt sizə kifayət edər. Bir gün də artırıram. Gedin. Yaxşı fikirləşin. Onu da bilin ki, bizim iliyi damardan, fikri beyindən çıxaracaq vasitələrimiz vardır. Gedin, fikirləşin, özünüzə yazığınız gəlsin!..
– Mərhəmətiniz artıq olsun!.. Lakin deməliyəm ki, mən hər şeyi fikirləşmişəm. Artıq fikirləşməyə bir şey qalmamışdır.
– Yox, hələ çox şey qalmışdır!.. Gedin, iyirmi dörd saat sonra görüşərik. Güman edirəm ki, ağıllı tərpənərsiniz. Yadınıza salım ki, əlahəzrət və onun bizim kimi həqir bəndələrinin nəzərində həqiqət ali və yüksəkdir.
Sərhəng Səfai zəngi basıb, dodaqlarında istehzalı təbəssüm görünən Fridunu aparmağı əmr etdi. O getdikdən sonra Sərhəngin başında köhnə fikirlər cuşə gəldi. Fridun, Şəmsiyyə, Hikmət İsfahani! Ona elə gəldi ki, müxtəlif işlərin bir-birinə ilişdiyi nöqtə, kələfin ucu əlinə keçmişdir. İndi o, səbir və məharətlə bu düyünü açmağa başlamalı, bir-birinə dolaşmış ipləri ayırmalı və onlardan möhkəm, qalın bir kəndir toxuyaraq, şöhrət və mənsəb nərdivanının yuxarı pilləsinə atmalı idi.
Hikmət İsfahani nə üçün həbs edildiyini heç bir vəchlə müəyyən edə bilmirdi. Əvvəlcə bunun səbəbini əlahəzrətin hələ də ona bəslədiyi kin və qəzəbdə görürdü. Yəqin kobud rəftarı yadından çıxarmamış və ondan intiqam almaq istəmişdi. Saray siçanı Həkimülmülk də altdan-altdan ipləri çeynəyərək öz işini görmüşdür. Lakin başqa bir fikir bütün səbəblərin əvvəllərdə də mövcud olduğunu ona deyirdi. Bəs nə üçün bir il, yaxud yarım il bundan qabaq onu həbs etmirdilər?.. Burada xəyalına daha dərin səbəblər olduğu gəlirdi. Məmləkətin vəziyyəti qeyri-müəyyəndir, dövlət və taxt-tac fırtınalı dəryada çalxanan sınıq bir qayığı xatırladırdı. Bu qayıq kiçik bir daşa dəyərsə parçalanacaq və Rza xan bütün taxt-tacı ilə heç olub gedəcəkdi. Hətta siyasi dairələrdə, xarici səfarətxanalarda, əyan içərisində bu barədə gizli mülahizələr də söylənirdi. Pəhləviyə və onun yaratdığı rejimə müxtəlif olan adamlar və təbəqələr xəlvəti İranın gələcək üsuli-idarəsini müzakirə edir, mütləqiyyət tərəfdarları yeni şah haqqında düşünürdülər. Mister Tomas və mister Haroldun zarafatyana onun başının tac üçün yarandığına işarə vurmaları, şübhəsiz ki, təsadüfi və nahaq deyilmiş söz deyildi. Belə bir şəraitdə Rza xan, yəqin ki, güman gedəcək hər kəsi aradan qaldırmağı qərara almışdı.
Bu fikir qəlbində bir vahimə yaradırdı. O, Teymur Taşın, Sərdar Əsədin məhbəsdə riyakarcasına qətlini xatırlayır və buradan qurtarmaq üçün çabalayıb dururdu. Fikrən heç bir yol tapmadıqda vahiməsi daha da artırdı. “Pəhləvi qurumsaq bütün əmlakı, bütün malikanələrimi zəbt etməklə kifayətlənməyib özümü də həlak edəcəkdir” deyə, acığından yanıb-yaxılırdı.
Yox, bir yol tapmaq lazımdır. Qurbanlıq qoyun kimi başını Pəhləvinin bıçağının altına qoymaq olmazdı. Şəhərlə kiçik bir əlaqə yarada bilsəydi fon Valterə, mister Tomasa, ya mister Harolda balaca bir kağız çatdıra bilsəydi!.. Onlar xəbər tutana qədər məhbəsdə öldürüləcəyindən qorxurdu. İndi o, şəhərdəki dostları ilə rabitə yaradacaq bir adama əmlakının yarısını verməyə hazırdı.
Bu fikirlərə dalmışkən qapını açdılar və “gəl” deyə əmr etdilər. O, müstəntiqin simasında yüzlərcə cəlladlardan birisinə rast gələcəyini güman edir, qorxusundan titrəyirdi. Lakin içəri girib, sərhəng Səfaini gördükdə şadlığından gözləri yaşardı, bununla belə ağa və tacir təbiəti də tez özünü göstərdi. Sərhəngin yanında zahirən də olsa əvvəlki qürur və əzəmətini saxlamağa çalışdı. Lakin boğazına keçmiş kəndirin ucu Sərhəngin əlində idi. Bunu duymuş olmalıdır ki, qeyri-iradi onun qabağında əriyir, təməllüq və yaltaqlığı xatırladan bir mehribanlıq və yumşaqlıq göstərirdi. Odur ki, özünü Sərhəngin üstünə ataraq, əlini iki əlinin içində bərk-bərk sıxdı və:
– Bundan sonra heç şeydən bakim yoxdur, – dedi, – Allaha şükür edirəm ki, mənim taleyimi sənin əlinə salıb. Bu vəziyyəti dilnən demək olmaz, gərək şeirlə deyəsən:
Gər təbibinə biyayi bəsəre balinəm
Be do aləm nə dehəm ləzzəte bimariro.¹
¹ Başımın üstünə təbib olaraq sən gəlsən, xəstəliyin ləzzətini iki aləmə dəyişmərəm Cəlladım sən olasan, yüz canım da olsa verərəm, uf demərəm...
Onun belə əyilməsindən daxili bir ləzzət duyan Sərhəng yarırəsmi bir soyuqluq göstərdi. Bu hal Hikmət İsfahanidə can qorxusundan doğmuş təməllüq hissini daha da artırdı:
– Kişi, vallah düz deyirəm ha, nazənin oğlansan. Sənin əlində ölmək də xoşdur.
Kiçik bir fasilədən sonra:
– Görün bu Pəhləvi qurumsaq axır başımıza nə gətirdi, – deyib şikayətləndi.
Sərhəng:
– Ağayi Hikmət İsfahani, – dedi, – xahiş edirəm harada olduğunuzu unutmayasınız.
Hikmət İsfahaninin qaraldığını gördükdə səsini yumşaltdı:
– Axı bir bizi də nəzərə alın! Vəzifəmizin, mövqeyimizin tələbləri var ki, bir saat da yaddan çıxarmağımız müşküldür. Onsuz da mən burada hər dəqiqə sizin fikrinizi çəkirəm. Çalışıram ki, iş daha da mürəkkəbləşməsin.
– Mütəşəkkirəm, ağayi Sərhəng, səndən çox razıyam. Bircə mənə de görüm, niyə məni gətirib bu dama soxublar?..
Sərhəng belə bir sualı gözləmədiyindən birdən-birə danışmadı. An fikrə getdi və kəskin bir cavab verdi:
– Heç özüm də yaxşı bilmirəm. Əlahəzrətin öz əmridir. Ağayi Həkimülmülk yəqin məsələdən xəbərdardır. Sonra da Fridun...
Sözün dalını demədi. Bu, onun haqq-hesabını poza bilərdi. Heç Hikmət İsfahani də dalını soruşmadı. Ona elə bircə bu kəlmə bəs idi. Dərhal məsələdə Sərhəngin öz əli olduğunu kəsdirdi. Lakin Sərhəngə bildirməməyi qərara aldı. Belə bir fikir başından keçdiyini gizlətmək üçün.
– Kişi, vallah-billah, bu saray siçanıdır bütün aləmi bir-birinə qatan, – dedi, – əlahəzrətdə günah yoxdur. Günah bu tülkü köpək oğlundadır!.. Ağayi Sərhəng, siz mənə kömək edin, mən o qurumsağın işlərini açıb töküm.
– Hazırda siz buradan salamat qurtarmaq yollarını düşünsəniz yaxşıdır. Elə ki, çıxdıq, sonra intiqam nəqşəsini tutmaq olar.
– Bu da ağıllı məsləhətdir. Məndən xırda olanda nə olar. Düz buyurursan. De görüm kömək etməyə hazırsanmı?
– Bu nə sözdür, ağayi Hikmət İsfahani, bu nə sözdür?
Hikmət İsfahani ona tərəf əyildi:
– Nə qədər lazımsa, hazıram. Əlli min tümən, yüz min tümən.
Sərhəng qaşlarını çatdı:
– Bu mahal əmridir, ağayi Hikmət İsfahani, mahal əmridir. Amma yenə mən çalışaram. Fikirləşərəm görüm nə etmək olar.
Onun yumşaldığını görən Hikmət İsfahani bir az da başını qabağa əydi:
– Sən heç fikirləşmə. Məndən bircə tikə kağız çatdır mister Tomasa, vəssalam.
Sərhəng daha da ciddi vəziyyət aldı:
– Belə bir hərəkət əlahəzrətə məlum olsa, mənim başımı kəsdirər, ağayi Hikmət İsfahani! Çox müşkül işdir.
– Bəs mən nə edim, elə nahaq yerə ölüm, məhv olub gedim?..
Sərhəng onu daha da əyməyi, birdəfəlik, qiyamətə qədər özünə tabe etməyi qərara aldı:
– Hələlik sizə heç bir söz deyə bilmərəm. Əlimdən ancaq o gələr ki, burada, məhbəsin içində sizi bitdən, sirkədən gözləyim. Nəyə ehtiyacınız varsa, buyurun, mənim üçün qorxulu olsa da, hər cür köməyə hazıram.
Sərhəng söhbətin qurtardığını bildirmək üçün ayağa durdu.
Hikmət İsfahani də qalxdı:
– Mümkün olsa bir qəlyan, lap ürəyim partlayır.
– Bəçeşm, sizə əla qəlyan gətirərlər.
Hikmət İsfahani ümidsiz və əzgin halda onun yanından çıxdı, əli silahlı nizaminin qabağına düşüb, dodaqaltı söyə-söyə kamerasına getdi. Lakin kimi söydüyünü özü də bilmirdi:
Fridunu ikinci dəfə sərhəng Səfainin yanına gətirəndə uzaqdan gözünə tanış bir adam dəydi. Diqqətlə baxıb Hikmət İsfahanini tanıdıqda təəccüb etdi. Hikmət İsfahaniyə məhbəsdə rast gəlmək ağlasığan şey deyildisə də, həqiqət idi. Hikmət İsfahani də ona baxırdı. Onun nə isə xatırlamağa çalışdığını üzünün ifadəsindən hiss etdi. Görünür ki, Friduna harada rast gəldiyini yadına salmağa çalışırdı, lakin bacarmırdı. Fridun başını yana çevirib keçmək istədi. Hikmət İsfahani ayaq saxladı və diqqətlə ona baxdı. Nə isə xatırlamış kimi:
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
On yeddinci fəsilSərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
On səkkizinci fəsilMister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
On doqquzuncu fəsilTəpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
Başqa şairlərin şeirləri
نخست از فکرِ خویشم در تحیّرچه چیز است آن که خوانندش تفکّر
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
Bir nigarı istərəm aləmlərin əlasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,