Xəstə Qasımın Dağıstan səfəri
Səhifə 10 / 10 · 90%
– Xan sağ olsun, müşseyidin alimləri haq kömbəsi yeməyiblər.
Ancaq Xəstə Qasım düşündü ki, doğrudan da, dərinə getmək lazımdır, belə şeylər Ləzgi Əhməd üçün tapmaca kimi şeydir. Ona görə də bu dəfə Ləzgi Əhmədi çətinə salmağı qərara aldı:
Dörd dərviş istərəm, Əhmədi Ləzgi,
Dünyanın boyunca yaşı bir ola.
Yeməz, içməz zikir, şükür eyləyər,
Onların kəlməsi, işi bir ola.
Ləzgi Əhməd baxdı ki, iş müşkülə düşdü. Belə şeyi nə eşidib, nə də bilir. Mizrabı simə sürtə-sürtə başladı fikirləşməyə. Xəstə Qasım sözün arxasını dedi:
Bir otaq istərəm gümüşdən kanı
Onun kərpicini gətirən hanı?
Bir heyvan istərəm qırx iki canı,
Başı qoltuğunda, döşü bir ola.
Bir nər istərəm ki, götürə dağı,
Ovsarını çəkə Əliynən Nağı,
Altmış min bostanı, yetmiş min tağı
Səksən min binanın daşı bir ola.
Xəstə Qasım deyər neçə min neçə,
Səksən min darvaza, doxsan min küçə,
Bir alim istərəm bu sirri aça,
Hər biri min kəlmə, başı bir ola.
Ləzgi Əhməd bağlamanı aça bilməyib naçar qaldı. Məcbur olub sazı Xəstə Qasımın qabağına qoydu. Onun uduzmağına hamıdan çox Mirzəli xan sevindi, çünki Şah Abbasın yanında etibarı birə beş artacaqdı. Xəstə Qasıma dedi:
– Xəstə Qasım, Şah Abbas sənə nə verəcək özü bilər, mən isə sənə üç yüz qızıl verirəm. Yüzü özünün, yüzü nişanlının, yüzü də bacının.
Amma o məclisdə Xəstə Qasım Ləzgi Əhmədin sazını götürməyib özünə qaytardı, özü də zarafatyana dedi:
– Ləzgi Əhməd, burdan Tikmədaşa neçə günlük yoldur, mən bir sazı zorla aparıb çıxara bilərəm, sazını mənə yük eləmə.
Hamı alicənablığına görə Xəstə Qasıma afərin dedi. Məclis şadi-xürrəm başa çatdı.
Bəli, o gündən Dağıstan vilayəti yenidən Şah Abbasa xərac verməyə başladı. Şah Abbas üstəlik yeddi ilin xəracını da aldı. Xəstə Qasıma isə çoxlu ənam göndərdi.
Ustad dastanı bu duvaqqapma ilə tamamladı:
Biri nuru, qəlbi duru,
Açır gövhər-kanı gözəl.
Daşı, qaşı, al qumaşı
Hər ləli, mərcanı gözəl.
Təxti, bəxti, zərü-rəxti,
Mənzili, məskəni gözəl
Al yanağı, güllü bağı,
Xanası, eyvanı gözəl.
Hüsnü bahar, yaz
Boyu sərvinaz,
Gəl əyləş bir az,
Əhli vəfadar,
Qoynu dolu nar,
Diyarbədiyar,
İşıq salır, ilham alır,
Gözəllər sultanı gözəl.
O, hal-hazır, yaxşı yazır,
Gözəli tanı mötəbər.
Üzü-gözü, doğru sözü,
Əhdi-peymanı mötəbər.
Səyi, rəyi, xoş diləyi,
Vicdanı, qanı mötəbər.
Zərrəsi tər, zərlə bəzər,
Səddi, səhranı mötəbər.
Xoşdu dövranı,
Geyir əlvanı,
Gəzir hər yanı,
Quş kimi uçur,
Könüllər açır
Gur işıq saçır,
Zatı əsil, pak, müddəsil,
Aşkarı, pünhanı gözəl.
Miskin Vəli, var əməli
Yazır bu dastanı verir.
Həqiqəti, xoş niyyəti,
Güllü gülüstanı verir.
Gör nə göyçək açır çiçək,
Dərdlərə dərmanı verir.
Hər nə ki var, hüsnü bahar
Cansızlara canı verir.
Rəsmi-pərzadın,
Bu xoş muradın,
Kim çəkər adın,
Görür xidmətin
Açır söhbətin,
Deyir hörmətin,
Bir mehriban, ruhi-cahan,
Bəsləyir dünyanı gözəl.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-xeste-qasimin-dagistan-seferi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.
Bakım mənimBu torpağa ibadətim,Bu dünyaya səyahətim.
Ekranda görüşOğul şəhərdədir,Anasa kənddə,
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.