Cəlil Məmmədquluzadə · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.
Pillə-pilləPillə pillədir.Bir il bundan qabaq millətlər gördülər ki, “bəli, əlbət, müsəlmanların ruhani rəisi belə olar”. Bəli, bir ay keçdi. Nə tövr oldusa, bir biabırlıq üz verdi. Belə olanda bizim qoşunlarımız uzaqdan baxa-baxa dedilər ki, “bəli, əlbət, elə şeyxülislam belə olar”.
ÇaqqalMeşə çaqqalsız olmaz.*Atalar sözü*
MuştuqBu urus tayfası doğrudan, çox xamdı.Məsələn, məlumdur ki, urus məktəblərində falaqqa saxlamaq qadağandır və həmçinin uşaqları ağacnan döymək də qadağandır və hələ bundan savayı, uşuqlara çor demək də qadağandır.
YamaqÇürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o biri yandan cırılacaq.Bu gün görürəm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, Məhəmmədəlişah tərəfindən məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər.
Dörd yüz qızOxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.
QənaətAtalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.
Qurddan çoban“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.
Üsuli-cədidBu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur.Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər.
MətbəəMən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi
PapaslarMən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.
Əyyami-mahMüsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?
AhənrübaAhənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:
Evi yıxıldıNaxçıvanda şəhər idarəsindən dörd min manat pulu aparanların evi yıxıldı.Məlumdur ki, indi Naxçıvanda heç kəsin xəyalına gələ bilmir ki, dörd min manat bağlı dəniz sandığın içindən necə olub və kim aparıb. Bir rəvayət budur ki, pulları suçqan yeyib. Bir rəvayət də budur ki, pullar dura-dura birdən özləri yox olub. Xülasə, bir yana güman getmirdi.
TərəkəməBir yandan o biri yana keçmək, bu il burada, gələn il bir ayrı yerdə yaşamaq, yay fəsli yaylaqda, qış fəsli qışlaqda güzəran etmək əyyamdan başlanıb. O vaxtlar sənət və ticarət yox imiş və insanlar heyvanların südü və əti ilə zindəganlıq edirmişlər. Heyvanları da bir gün bu çəməndə, o biri gün o çəməndə otara-otara özləri heyvanların dalınca hərəkət edərmişlər.Bu sayaq yaşayan adamlar yer üzündə indi yenə azmaz tapılır. Qeyri yerlərdə bunlara “qaraçı” deyirlər, bizim içimizdə bunların adı tərəkəmədir. Rusiyada qaraçıların vətəni Bessarabiya səhrasıdır. Qafqazda da tərəkəmələrin mədəni Qarabağdır.
Kərbəlayı“Tərəqqi”nin 201-ci nömrəsi xəbər verir ki, uşaqlarımız küçələrdə toz-torpaq içində gəzirlər və məktəbə getmirlər.Hərçənd söz köhnə sözdür, amma bu məsələyə dair mənim bir təzə sözüm var və bu təzə sözün xatirəsi üçün istəyirəm bu köhnə məsələ barəsində bir qədər söhbət edim.
Əvvəlinci sözErmənilərin katalikosu bir neçə gün bundan qabaq Üçkilsədə qırx min erməni camaatının içinə çıxan kimi əvvəlinci sözü bu olub:– Balalarım, məni buraya gətirən bircə şeydir, o da məktəbdir. Məktəbdən savayı dəxi dünyada özgə bir niyyətim yoxdur.
“İrani-nov”“İrani-nov” qəzetinin 23-cü nömrəsində “Əhlül-elm Məhəmməd Əli Tehrani” imzası ilə bir felyeton dərc olunub ki, ibarət olsun “Təcəddüdi-aləmi-islam” adlı uzun məqalədən.İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyziyad oldular, amma bizim Qafqaz oxucularımız da bu xoşbəxtlikdən binəsib olmasınlar, – deyə biz [özümüzü] borclu bildik məqalədən heç olmasa iki kəlmə danışaq.
DağarcıqPişiklə nə tövr rəftar eləyirsən, elə də arvadla lazımdır rəftar eləmək.Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. Əvvəl dəfə bircə məzəmmət kifayət elər; lazımdır demək ki, “ay heyvan, rədd ol!”. Əgər gördün ki rədd oldu – çox əcəb. Yoxsa sənin nəsihətini qəbul eləməyib, başladı hələ bir qatığı da yeməyə, – o vədə götür “səndal” ağacını və bir neçə dəfə vur pişiyin başından ki, mavıldaya-mavıldaya çıxıb cəhənnəm olsun. Elə ki, gördün ki, sənin pişiyin özünü qoyub bihəyalığa və evdə nə qatıq qoyur, nə ət qoyur, nə sözə baxır, nə utanır, nə Allahdan qorxur, – o vədə o binamus pişiyi tut qat bir dağarcığa, ağzını bərk bağla, al əlinə haman “səndal” ağacını, o qədər vur ki, canı çıxsın! Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmaya: əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar.
TəmizləməkBizim Cəfərin anası bu gün ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı. Birdən gördüm, zibilə bir-iki qəzet də qarışıb. Tez səsləndim ki: “Ay Cəfərin anası, ay çaşğın, onları atma, gətir görək bəlkə lazımlı sözlər yazılıb”.Sözüm yabana. Arvadım qəzetləri gətirdi; aldım, baxdım. Biri “Sabah” qəzetinin 7187-ci nömrəsi idi. Qəzetin bu yanına, o yanına göz gəzdirdim ki, oxumalı bir zad yoxsa verəm, yenə tullasın; gördüm iri xətlə yazılıb ki: “Təsfiyeyi-lisan əzbül-bəyani-osmani”. Bunu oxuyan kimi ürəyimdə dedim ki: “Məgər, arvadın da ruhu duyub ki, bu zamanda bunların yeri zibillikdir?”.
Kəc qabırğaNorveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır.Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər.
Bikarlar bayramıMəhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küsə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə və doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə.Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqdan bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar.
Nə deyimAx, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımızı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar:
Təzə ilTəzə il gəldi yetişdi. Amma, doğrusu, köhnə ilə çatmaz. Məsələn, keçən il məscidlərimizin ehtiramı artıq dərəcədə idi, amma bu il Bakıda da, Gəncədə də müsəlmanları məscidə zornan çəkib gətirirlər. Keçən il İrəvan məscidində məhərrəmlikdə elə bir cəlal var idi ki, əcnəbilər uzaqdan baxıb həsəd aparırdılar.Məsələn, keçən məhərrəmlikdə iki zaviyədə və iki şəbistanda yüz pul şəkər işlənib, bir gecədə samovarlara min beş yüz sənək su daşınıb. Hər gecə iki boçka neft yanıb, iki put qəlyan tənbəkisi məsarif olunub. Amma bu il, rəvayətə görə, o qədər hazırlıq görsənmir. Hacı Həcmüddövlənin təqvimində də bu təzə ili pis yazıblar. Genə bərəkət keçən ilə.
DüşmənlərBizim oxumuşların bəzisi aşura günü düşür baş yaranların qabağına və ağlaya-ağlaya dəstələr ilə bərabər dolanır. Bunlar iki qismdir:Bir qismi mömün çinovniklər və yarımçıq qoca “intelligent”lərdir ki, ölümün yaxınlaşmağını görüb, istəyirlər bəlkə asan vəch ilə bir qədər savab qazanalar. Bu qism “intelligent”lərimiz filcümlə yaxşı adamdırlar. Amma heyif ki, bir az axmaqdırlar.
NəcasətAxtılı Hacı Əbdürrəhman əfəndi “Əsasüddin vəl iman” adında bir kitab yazıb, “Səda”nın da “Bir nəfər”i bu kitabı açıb görsün ki, bu fazil iqtisad və siyasət məsələlərini necə şərh etmiş. Və kitabı açan kimi “Bir nəfərin” gözünə “babül-hədis və fəslün fi adabül-xəla və babülğüsl və babül-heyz” sözləri sataşıb.Biçarə utandığından kitabı büküb qoyub kənara.
MənfəətMolla Nəsrəddinin müsəlmanlara zərəri dəxi aşkardır, bu barədə heç bəhs də ola bilməz.Amma bir para müsəlman qardaşlara jurnalımızdan hərdənbir böyük mənfəət də hasil olur. Belə ki, məsələn, Tiflisdən bu axır vaxtlarda iranlıların Əncüməninə üzvlər seçiləcək idi. Məlum şeydir ki, bizlərdə o kəslərə rəy verirlər ki, Allah bəndəsi, mömin və müqəddəs adam ola (və qayda belədir və belə də gərək olsun).
İrsİrs iki qismdir. Yaxşı, ali imarət, gözəl bağ içində növ-növ meyvə ağacları, evin içində hər qism əşya. Və belə də ola bilər ki, birisinin atası ölən gündən üç gün sonra borc sahibləri gəlib deyələr ki, “çıx evdən, buranı atan bizə satıb”.İranı indi biz o halda görürük ki, borc sahibləri gəlib durublar iranlıların başının üstündə və deyirlər: “çıxın buradan, buranı atalarınız bizə satıblar”.
Paklar“Məkkeyi-mükərrəmdə, Səfa ilə Mərvə arasında, Mədineyimünəvvərədə küçələrdə iki nəfər hacı gördükləri ədəmi-nazafəti elə bir lisani-təəssürlə anlatıyorlardı ki, ciddən dilxun olmamaq qabil deyildi”.Bu sözlər yazılıb İstambulda çıxan “Tənin” qəzetinin 559-cu nömrəsində və mənası budur ki, iki nəfər hacı, Məkkədə və Mədinədə gördükləri çirki və zibili eli bir dil ilə nağıl edirlər ki, müsəlmanın qəlbi qan ilə dolur.
Kimlərdir?Kimlərdir rus qoşununu indiyədək İranda saxlayan? Mən deyəcəyəm: “Belə bizim başı əmmaməli müctəhidlərimiz və övladi-peyğəmbərlərimiz” amma sən deyəcəksən: “Yox”. Mən deyəcəyəm “hə”, sən deyəcəksən “yox”.Bundan nə çıxacaq? Mən belə deyəcəyəm, sən elə deyəcəksən. Yaxşısı budur, əzizim, bir az hövsələni dər, mən nağıl edim, sən də qulaq as, dəxi niyə ürəyini sıxırsan?