Axalsixdən

Cənab mühərrir!Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, ne de əski!

Ömər Faiq Nemanzadə19001 dəq
Qəribə Qutu

Peterburqda çıxan “Ülfət” qəzeti idarəsindən bu günlərdə Zaqafqaz ruhani İdarəsinin adına poçt vasitəsilə bir yekə qutu “pasılka”göndərilmişdi ki, çəkisi on yeddi put iyirmi altı girvənkə idi. Həmin qutu Tiflis poçtxanasuna yetişən günü poçt qulluqçuları görürlər ki, qutu öz-özünə tərpəşir. Zəmanənin rahatsız olmağı cəhətindən poçt naçalniki lazım bilir hökumətə xəbər versin. Qaradovoylar və soldatlar tökülüb gəlirlər və başlayırlar qutunu ehtiyat ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürlər ki, qutuda üç nəfər qamı yoğun molla əyləşib.Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi “Ülfət” qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy Köçerlinin əvəzinə və birimiz də Rəşid bəy Əfəndiyevinəvəzinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də “Ülfət” göndərdi Ağayevin yerinə “İrşad”a müdir olam və lazım gələndə müsəlman vilayətini gəzəfn və camaata vəz nəsihət edəm, çünki Ağayev başarmır.

Ömər Faiq Nemanzadə19071 dəq
Nə Vaxta Qədər?

Qafil camaatın içində ciddi iş görmək, xüsusilə politikaya – məmləkətin idarəsinə aid iş köçürmək çox çətindir. Həqiqət, bir çox təcrübələr ilə görülübdür ki, nadan camaat yaxşı-yamanı qanmıyan xırda uşaq kimidir. Hər kəsə məlumdur ki, uşağa üstü bəzəkli, içi zərərli konfet verəndə, o saat üstünə baxıb aldanar. Konfet sonra bunu naxoş edəcəkmiş orasını, gələcəyin əsla mülahizə etməz. Halbuki uşağın qızdırması üçün “kinə” verəndə, acılığını eşidib içməyə yaxın durmaz, ağlar, yenə konfet istər. Kinə vermək istəyəndən küsər, ürəyində düşmənlik bağlar. İştə bizim nadan, əsir camaatımızın bir qismidə tamamilə bu uşaq kimidir: səlamət və nicatı üçün, əsirlik və həqarətdən azad olmağı üçün köhnə zülmlü idarənin dəyişilməsini, milli maarifimizin tərəqqisini, hürriyyət və birliyin verilməsini yeganə əlac olmaq üzərə göstərirlər. Mümkün deyil, qəbul edilməz. Hürriyyət və ədalətin nəticəsi “erməni fəndi” zənn edilər. Rusların hürriyyət və insanlıq yolundakı duaları ermənilərin millət dualarına qarışdırılır. Bilinmək istənilməz ki, o hara, bu hara? Bunları qanmadığı üçündür ki, camaatımızın bir qismi ən ziyadə yerə zərərli olan köhnə idarəni candan (?) xahiş edirlər. Bununla bərabər biçarə nadanları çox qınamaq olmaz; insanlığı, güzəranı, məadəti o köhnə rəzalət, o alçaq və əsirlik şəklində görüblər. Dərd budur ki, Rusiyada bizdən çox döyülən, söyülən, bizdən artıq zəlil və həqir olan heç bir tayfa olmaya-olmaya yenə bizdən artıq köhnə zülmləri xahiş edən qafil bir tayfa görünməyir. Bu nə mərtəbə cəhalət! Bu nə mərtəbə cəhalət ki, o köhnə zəlilliyin, o cür əsirliyin, o xalis heyvanlıq, sənəti-rahatlıq və insanlığın ağır dərəcəsi biliniyor. Neçün bilinməsin ki, burunlar o köhnə murdar iy (qoxu) ilə dolub. Qəlblər bir eşşəyə boyun əymək duyğusu ilə bəslənib. Başlar və beyinlər zülm ve istibdadın verdiyi tərbiyə ilə böyüyüb. Arxa dəriləri köhnə idarənin vurduğu matraqlar (qamçılar) ilə qalınlaşıb. Gözlər başa döyülməkdə kor olmaq halına düşüb. Budur ki, bu səbəblədir ki, bu zamanın – bu zamanın ha! bəzi müsəlmanları yenə qədim idareyi-höküməti kor-koranə xahiş edirlər və o qədər özlərini itiriblər ki, Rusiyada “hürriyyət’in hər tayfadan artıq bizə gərək olduğunu zərrə qədər də olsa başa düşmək istəmirlər. Köhnə idarə səbəbilə qonşumuz ermənilərin, piyan rus qulluqçularının başımızda nə oyunlar oynadıqlarını, bizi nə həqarətlərə saldıqlarını birdəfəlik də olsa mülahizə etmiyorlar. Bugünkü iki çürük qəpiklik şəxsi mənfəətlərini gələcəkdəki ümumi mənfəətlə, millətin səlamətliyi ilə əsla dəyişmək istəmirlər. Doğrusu, istəmirlər ki, onlarca tək özlərinin indi iki qəpikləri getməsin, tək indi özlərinin bir xırda başları ağrımasın, gələcəkdə istərsə millətin cümlə malı yox olsun, bütün övladi-millət qırılsın! Kimin nə işinə? Öz çulunu məskincə sudan çıxaran zəmanəmizdə əqilli igid hesab edilir?!.Ey oxucu! Zənn etmə ki, “Ümidvar” bu kimi sözləri düzəldib tənbeh üçün yazır. Yox vallah! Dayana bilməyib odlanıram. Hələ bir para oxumuşlarımızın xeyir-şərini qanmayıb bəzi avama qatışıb islamın əsası olan hürriyyət və müsavata lənət oxuyub köhnə idareyi-zaliməyi arzu etdiklərini duyub parçalanıram. Bilməm nə vaxta qədər böylə kor və qatil qalacağız? Nə vaxta kimi siyasət və ticarətdə özgələrə uşaqlar təki əsir olacağız? Neçün öz politikamızı, milli xeyrimizi qanmayırıq? Nə dəlil ilə aramızda hürriyyət və müsavat istəyənlərə lənət oxuyuruq?.. Görürsünüz, ermənilər 20 ildən sonra özlərinə zərər gələcək deşikləri indidən nə tez qapayırlar. Görürsünüz, ermənilər – Rusiya rusların olmaq şərti ilə Rusiyada hürriyyət və müsavatı əsla istəmiyorlar. Neçin də istəsinlər ki, əvvəl vaxt biz də onlar ilə bərabər olarıq. Xeyr, bəlkə biz çox işlərdə onlardan artıq ixtiyar sahibi olacağız! Hər yerə, hər idarəyə kök salan ermənilərin bugünkü hiylə və təpiklərindən qurtaracağız. Buna görə gərəkdir ki, ermənilərin tərsinə öz millətimizin səlamətliyi naminə Rusiyada hürriyyət və müsavatın “doğru” vücudunu, idareyi-məşruteyi-amiyyunun həqiqi təşkilini cani-dildən arzu edək. Lakin burası var ki, idareyi-məşrutənin şirin meyvələrini dadmaq üçün bir neçə il gözləyəcəyik. Hərçəndi burası bizim xasiyyətimizə bir az ziddir, çünki biz hər şeyi əcələ görməyə, əcələ yeməyə öyrənmişik. Gələcəyi əsla mülahizəyə almarıq. Gözümüzün qabağındakına baxarıq. İstədiyimiz tez əmələ gələrsə, nə yaxşı! Olmazsa min-min yaman sözlər ilə pisləməyə, nöqsan tapmağa hazırıq. Yox, yox, əzizlər, böylə olmamalı! Böyük bir hökumətin hər tərəfə, xüsusilə avam camaatın qəlblərinə kök salan köhnə idarənin dəyişilməyi, düzəlməyi asan deyil! İndi bəlkə bir neçə il köhnə sənədən daha zəhmətlər çəkəcək, daha çox pullarımız gedəcəkdir. Amma burası bilinməlidir ki, köhnə zəhmətlərimiz, pullarımız, başımıza vurulan yumruqların qüvvətlənməsinə, özümüzün, tərsinə, zəiflənməyimizə xərc olunurdu. Lakin indi və sonrakı zəhmətlərimiz, xərclərimiz gələcəkdə millətimizin rahat və səlamətliyinə bais olacaqdır. Görürsünüz aradakı təfavütü, elm ilə cəhalət arasındakı təfavüt nə qədər böyükdür!

Ömər Faiq Nemanzadə19064 dəq
Pişik *

Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi, o nağılın başı bu idi ki, bircociyi var idi, birceciyi yox İdi, bircə qan var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə. Dedi:Ay buz, sen nə zalunsanmış?

Ömər Faiq Nemanzadə19103 dəq
Diləklərimiz

Maarif vəkillərimizin diqqətinə!Yaxınlarda Tiflisdə müsəlman maarif yığıncağı olacaq. Namestnik divanxanasında olmağından anlaşılır ki, bunu hökumət lazım bilib meydana gətirir.

Ömər Faiq Nemanzadə19164 dəq
Milliləşmək

Canlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir.Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz.

Ömər Faiq Nemanzadə19195 dəq
Cavablar

Axısxadan:“Cənab “Molla Nəsrəddin” 1 -ci nömrə məcmuəsində 9 maddə sual edib cavab verənlərə bir il məcmuəsini pulsuz göndərməyini nəzir edibdir. Buna görə bu aşağıda dərc olunan cavablan verib təvəqqe edirəm ki, əgər qəbul olunursa əvəzində birinci nömrədə “Molla Nəsrəddin” qabağında yatan cənabları yuxudan durğuzsun.

Ömər Faiq Nemanzadə19061 dəq
Bakı cəmiyyəti-xeyriyyəsinin diqqətinə

Bakı cəmiyyəti-xeyriyyəsi öz bəyannaməsində Qars və Ərdəhan tərəflərində qalan arvad-uşaqların Bakı və Gəncəyə gətirilməsi fikrində olduğunu bildirir və oralardan gətirilən yetim uşaqların birər, ikişər bəzi ərbabi-həmiyyənin himayəsinə veriləcəyini də əlavə edir. Bu bəyannaməsindən anlaşılır ki, Bakı cəmiyyəti-xeyriyyəsi bu günə qədər olan durğunluqdan daha açıq bir fəaliyyətə keçmək, bədbəxtliyin, ehtiyacın böyüklüyünə, əcələliyinə nisbət iş görmək istəyir.Şükür, buna da şükür!

Ömər Faiq Nemanzadə19155 dəq
Şəkidən

Bəzi şəhərlərdə üsuli-cədid məktəblərindəki şagirdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə, ya ki mədrəsələrə girməyib, ya ki girəməyib babalarının əski sənəti ile iktifa edirlər. Məlumati-elmiyyə və fənniyyələri az olduğundan nə baba sənətlərini tərəqqi etdirə bilirlər, ne de yeni ve müfid bir iş tuta bilirlər. Bu hallar mülahizə olunub qeyrilerə bir nümunə olmaq üzərə Şəki məktəbində bu ildən etibarən senaet şöbəsi təsis olunacaqdır. İbtidai halda şagirdlərə ipək qurdu, ya ki böcəyi xüsusda əməli və nəzəri dərs veriləcəkdir. İşbu təşəbbüs cənab qazının və camaatın hümmətindən meydana gəldiyi irəlidə məktəbimizdə səbilərə bir qaç dürlü iş gösteriləcəyinə kafidir.Müəllim Nemanzadə

Ömər Faiq Nemanzadə18981 dəq
Son bir-iki söz

Müqəllid əfandi’Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir.

Ömər Faiq Nemanzadə19042 dəq
Qayırma Hədislər

Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.

Ömər Faiq Nemanzadə19071 dəq
Bədnəzər

Molla dayı!Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bizə də. Dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb.

Ömər Faiq Nemanzadə19071 dəq
Bakı Dəryası

Nə gözəlsən, ey Bakı dəryası! Və nə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdur, nə dərya kimi dəryasan, ey Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!

Ömər Faiq Nemanzadə19072 dəq
Ümidvaram

Çox ümidvaram ki, bəradəri-həmiyyətpərvərim Firudin bəy Köçərlinin meydana çıxardığı “Müəllimlər” məsələsi digər min bir dərdimizin cərgəsinə tullanmaz. Ümidvaram ki, ikmal etməyə çalışdığımız nöqsanların üst pərdəsinə bir az əl sürülüb yenə köhnə sayağmda buraxılmaz. Ümidvaram ki, həqiqətin meydana çıxmağına çalışan həmiyyətli yazıçılarımız qədim adətimizə uyub zorlarını, qələmləriniyalnız gücləri çatdıqlarını tapdalamağa sərf etməzlər.Bəli, etməzlər də işin kökünü; bulanan suyun mənbəyini axtararlar. Mənim qanacağıma görə darülmüəllİmindəki şagirdlərimizin türkcə bilməməklərinə, məlumati-islamiyyətdən baxəbər qalmaqlarına, ürəklərində millət və vətən məhəbbəti olmamağına, bir sözlə, “yarımçıq” qalmalarına səbəb məhz müsəlman müəllimlərinin yavaş tərpənişləri deyildir. Bəlkə bizlərə rəva görülən zülm və ədalətsizlikdir. Və bir də böyük qulluqçuların çıxardığı “sirkulyar”lardır. Padşahdan savayı hər kefi gələnin öz eqlincə çıxardığı hədsiz, saysız”qərardadsızlardır”.

Ömər Faiq Nemanzadə19065 dəq
Nə Deyim

Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı ve gündə biri qabağımı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki oxuyurlar: “Ay şiələr, gelin şuri-nəvaya…”

Ömər Faiq Nemanzadə19101 dəq
Pişik (2)

Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım.Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik.

Ömər Faiq Nemanzadə19114 dəq
Rüstəm və Söhrab

Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nüfuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də orasıdır.Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur. Mətbuatı olmayan millətin və məhəbbəti-vətəniyyəsi, nə qeyrəti-milliyə və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola bilər.

Ömər Faiq Nemanzadə19085 dəq
Yardım təcili lazım

Müharibə münasibətilə Qafqaz müsəlmanlarının düçar olduqları fəlakəti kiçik hesab etməyiniz. Qars oblastında üz verən bədbəxtliyi Bakıya, Gəncəyə qədər gələn 40-50 ev ilə, Axısxa kəndlərinə can atan bir neçə yüz müsəlman azlığı ilə müqayisə etməyiniz. Fəlakət təsəvvür etdiyinizdən daha müdhiş, xəyal edə bildiyinizdən daha çəkərsuzdur.Fəlakət və səfalət Qars, Ərdəhan, Kağızman, Olti okruqlarını tamamilə tutmuşdur. Oralarda yüz minlərcə müsəlman camaatı yardıma möhtac bir haldadır.

Ömər Faiq Nemanzadə19153 dəq
Eşq və məhəbbət

Hörmətli oxucular, bəlkə “Nə eşq və məhəbbət vaxtıdır, qiyamət qopur, aləm bir-birinə dəyir, millətlər can çəkişir. Biz indi də eşq və məhəbbət itəmi oynayacağıq” – deyəcəklər.Doğru, doğru!

Ömər Faiq Nemanzadə19154 dəq
Fürsət az, ehtiyac böyük

İki-üç ay əvvələ qədər hər kəsin ürəyində müfti və şeyxülislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardı. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, ürəksizliklərindən qəsdlə görməməzlik, eşitməməzlik edirlər. Deyirlərdi ki, müfti və şeyxülislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbəsinin üzvləri olub hər həftə sərdar sarayındakı məclisdə bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur.Deyirlərdi ki, bu qədər böyük bir camaatın rəisləri əgər istəsələr nələr eləməzlər, nələr tapmazlar?

Ömər Faiq Nemanzadə19153 dəq
Qurban bayramı

İstər oda, bütə, istərsə kitaba inananların nəzərində olsun, yaradan, yaşadan, öldürən, özbaşına iş görən, tükənməyən, ölməyən, güclü və böyük bir qüvvə, bir “vücud” təsəvvür olunardı ki, o da “Allah” idi.Allah hər zamanda, hər yerdə və hər qövmdə bir əsas, bir məqsəd və bir fikir üzərinə tapınmış, şəriətlərin hamısında allahlıq sifətləri haman bir rəng və bir çeşid bilinə gəlmişdi.

Ömər Faiq Nemanzadə19154 dəq
Bilməli Xəbərlər

“Molla Nəsrəddin” nəzir edib məcmuəsini il başınadək göndərsin o şəxslərə kİ, bu aşağıda yazılan suallara cavab yazıb göndərə darəmizə:1. O hansı şəhərdir ki, qlava divanxanasınm on iki nəfər müsəlman vəkilinin cümləsi bisavad və məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir?

Ömər Faiq Nemanzadə19061 dəq
Axır Çərşənbə

“Köhnə günə gün çatmaz, çalasan günü günə”. Doğrudan belədir. Hanı o keçən günlər? Bir vaxt var idi, Allah ölənlərinizə rəhmət eləsin, axır çərşənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, əlində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyə, hamı camaat, ağsaqqal, qarasaqqal dövrhadövr əyləşərdilər, Kor Muqdusi koxa başlardı “Koroğlu”nu. Vallah, elə zurnaçı hələ dünyaya gəlməyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax bayram belə olar.Doğrusu, bu çərşənbə menim xoşuma gəlmədi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüfəng, tapança, fişəng, taraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: ne qoç döyüşdürmək, ne at çapmaq, nə güləşmək. Bunlar olmadı. Deyəsən, camaat lap dinlərindən və məzhəblərindən çönüblər. Belə bayram olar? Heyif o zamanlar! Elə, aşna, xeyir-bərəkət də onlaman getdi. Genə az-çox xeyir-bərəkət varsa da, bu müsəlman övrətlərinin ucundandı. Bacılarımız heç öz dinməzhəblərin əllərindən ötürməyiblər: çərşənbə axşamı yaxşıca çərşənbə dinşemək, sübh tezdən yeddi dəyirmanın suyuna çimməyə məşğuldular, qəbiristanda köhnə rəhmətliklərin başdaşını çox qabiliyyətləri çöndərərdilər. Allah o bacıların qəlbindəki mətləbini yerinə yetirsin. Bax, bayram belə olar!

Ömər Faiq Nemanzadə19071 dəq
Sirkə

Bu arvadların məkri ve hiyləsi olmasa, adam min il yaşar! Mən özüm çox yaxşı bilirdim ki, bizə sirkə qoymaq düşməz. Rəhmətlik nənəm deyərdi: bizə sirkə qoymaq düşməz.Rəhmətlik nənəmin bir ağ xoruzu var idi. Rəhmətlik sağlığında onu çox istərdi. Çünki bu xoruz xoruzların seyidi idi. Hansı evdə o olsa o evə cin gəlməz, bəla enməz, həmişə təhnə-tabaqda bərəkət olar. Bir neçə gün bundan qabaq nənəmin xoruzu ağacdan yıxılıb öldü. Gecə mən yəqin elədim ki, bir ziyan toxunacaq, çünki gecə sağ gözümün üstü elə uyuşurdu. Allaha təvəkkül deyib yatdım. Sabahdan ki, xoruzun meyitini yerdə gördüm, fikirnən bağçanı gəzirdim, bir də gördüm, bağçada bir küpə, içində sirkə. Bədbəxt arvad məndən xəlvət sirkə qoyub. Vay, evin yıxılsın, yıxdın mənim evimi! Tez gəlib “üç talaq, məndən boşan” – deyib arvadı evdən qovdum. İndi uşaqlar mələyə-mələyə qalıb. Bunların hamısı sirkənin xeyri oldu. Amandı, Molla dayı, buna bir əlac.

Ömər Faiq Nemanzadə19071 dəq
Qorxuram

“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”.Men həmişə bu haray-dadlan eşidəndə yanımda oturanlara deyirdim “qorxuram”.

Ömər Faiq Nemanzadə19071 dəq
Çəhrəci Xala

Cənab Molla əmi!Neçə vaxtdır ki, səndən xəbərim yoxdur. Uzaq yerə – Dağıstan tərəfə yun almağa gəlmişəm. Nə qayırım, bizim yun ahş-verişçilərinin üzlərini mürdəşir yusun, heç insafları yoxdur, satdıqlan yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içinə yumru daşlar da qoyurlar ki, çəkidə ağır gəlsin, bununla belə atalarının qiymətini üstünə qoyurlar, Allah onlara min təsbeh lənət eləsin ki, məni diyarbədiyar salıblar! Qərəz, sözüm onda deyil, bizim yerin adamlarının nainsaflığmı sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvadlarından sənə bir para əhval söyləməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürək piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzirimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yanmçıq sözlü, tez-tez danışan və danışanda bir-birinə macal verməyən xalalar, bacılardır. Bir xasiyyətləri de budur ki, biri söz eşidəndə “buy, Xanbacı” deyib içlərini çəkirlər, özləri de bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışıb söylədilər ki, gecə məni qara basdı ve yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sındı, yuxuda cəhrə sınmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalalardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini göıdünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan sen elə bağlanmalısan, çünki pirlərə, ocaqlara ve biz arvadlara çox dolaşırsan, amma genə dərdimizə qalan sənsən, qənimət adamsan.

Ömər Faiq Nemanzadə19073 dəq
Bakının əlacı

Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan soııra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və alemə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzürr həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanın fikrini çaşdırır.Cavanlarımız özlərini Bakı qoçulanna oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərim Bakı müəllimlərinə oxşadırlar.

Ömər Faiq Nemanzadə19072 dəq
Poçtxana

Men indiyə kimi hele qana bilməmişəm ki, bu poçtxananı unıs neden ötrü icad eləyib. Deyirlər kl, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Genə dəmiryolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçüıı bəlkə poçtxana elə bil İri, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var, Tiflisdən Gəncəyə gedən var, Şokıdən Şırvana gedən var – dəxi poçt neyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – ver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar hu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim seliqemdi, onlar da elə rəftar eləyirlər.

Ömər Faiq Nemanzadə19095 dəq
Əzizin Cənazəsi

Müsəlman sosial-demokratlarınlan ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicə öldürüb yolun kənarına tulluyublar.Mərhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Nəşinin tapıldığı yerdə qan əsəri olmadığından görünür ki, mərhum özgə tənha bir yerə bir bəhanə ilə aparılıb, beş-on adam birdən üstünə tökülüblər.

Ömər Faiq Nemanzadə19063 dəq
Ey İran!

Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırdınız, firengmeab cavanlara yol verib, qırmızı saqqallılan dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri, fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın!Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamlan köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır… Azəbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxaym ol! Arxayın ol ki, no baş çapmağına, nə mərsiyəxanalarma, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.

Ömər Faiq Nemanzadə19111 dəq