Dünya duracaq yer deyil, ey can, səfər eylə!Aldanma anın alına, andan həzər eylə!

Bir halə qərar eyləməz əyyam, keçər ömr,Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!

Payəndə degil dövləti, ey xacə, cahanın,Əsbabinə aldanma, gəl andan güzər eylə!

Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəlCan ilə cahan ortaya qoy, tərki-sər eylə!

Düşdü saçının zülmətinə könlüm, ilahi,Şol hali pərişanə bu şami səhər eylə!

Çün hüsnünə xətm oldu bu gün dövri-məlahət,Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə!

Gər Musiyi-Imran kimi şol narə sataşdı,Gəl, tabişini göstərü şərhi-şəcər eylə!

Dünya evinin səltənəti beş gün imiş çün,Bünyadını yıx, ər kimi, zirü zəbər eylə!

Məqtə — şairin təxəllüsü olan son beyt. Şol püstədəhanın xəbərin bildi Nəsimi,Şirinlərə şol tüngi-şəkərdən xəbər eylə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri