Üzünü surəti-rəhman oxurlar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Üzünü surəti-rəhman oxurlar,Xətini sünbüli-reyhan oxurlar.
Əliftək cövhəri-yekta boyundur,Dodağın çeşmeyi-heyvan oxurlar.
Boyun Tuba dedilər əhli-mə’ni,Belin incə, ləbin mərcan oxurlar.
Əzəldən çün üzündür Misri-came,Üzünü sərbəsər Qur’an oxurlar.
Üzün bağında bülbül, tuti, qumruHəzaran suz ilə dastan oxurlar.
Üzün nuruna hər kim oldu münkir,Ana lə’nət, adın şeytan oxurlar.
Bu gün çün hüsnünüzü yad edənlər,Üzün şəmsü məhi-taban oxurlar.
Nə hikmətdir, əya, ey hüsnü ziba,Səni aləmlərə sultan oxurlar?
Məqtə — şairin təxəllüsü olan son beyt. Fəda qıl canını sən, ey NəsimiKi, canı yar üçün qurban oxurlar.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-uzunu-sureti-rehman-oxurlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təalallah ki, sün’idən sənintək xoş camal eylər,Yenə bədr ayın üstündə qara qaşlar hilal eylər.
Tutdu gülzari-cahanı əbri-gövhərbar barTutdu gülzari-cahanı əbri-gövhərbar bar,Bar darəd əbri-neysan yüz şəqayiqvar var.
Ümmana girən eşq ilə, dürdanəyə uğrarÜmmana girən eşq ilə, dürdanəyə uğrar,Şükrana verən canını, cananəyə uğrar.
Üzün güldür, ləbin ləli-şəkərbarÜzün güldür, ləbin lə’li-şəkərbar,Gözün cadu, saçındır mişki-tatar.
Başqa şairlərin şeirləri · Eşq
Cismim kimi incəlməmisən, möhkəmsən.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
VətənKönlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.