Üç ildən sonra
Səhifə 8 / 9 · 78%
Mirzə Rəhim kamal təhəyyür və təğəyyürlə: bala, bəs Təbrizdə bu qədər alimlər nədir? deyə sual edirdi.
Pərviz xan — Ağa, siz alim kimə və nə tövr adama deyirsiniz? Təbrizdə olan mollalar alim deyillər, bəlkə varsa, fəqihdirlər. Alim o kimsədir ki, hamı elmdən xəbəri və hissəsi olsun; bizim Təbrizdə hanı elə molla ki, iki elmi bir yerdə bilsin? Firənglərin nə işləri vardır ki, yüz il beynəlməğ’əd vəz zəkər mübahisə eləsin, gözəl vaxtını itirsin. Bizdə nə vardır ki, özgələrə də hissə verək? Bu sözlər kibr, qürur və bixəbərlikdən başqa bir işə isnad verilməz! Bəli, o vaxtlar ki, ərəblər də maarifcə rövnəqi tam sahibləri idi, o vaxt firənglər dəstə-dəstə gəlib ərəb mədrəsələrində elmü fünun təhsil edirdilər. Tarixdə iyirmi min tələbənin Qərtəbə şəhərində ərəblərdən təhsili-ulum etdiyi isbatla oxunmaqdadır. Bizim o elmlər bir para fəsadçı alimlərin, rənglərin hərəkati-xəbisanəsindən batdı, əcnəbilər bizdən aldıqları elmi saxladılar. Ağa, indi bu sözləri danışmaq əcnəbiləri islama güldürməkdən başqa bir səmər verməz.
Mirzə Rəhim ağa daha bir söz tapa bilmirdi danışsın, axırıncı sözü olaraq; bala, mənim sənə yazığım gəlir, cavansan! Deyirəm məzhəbindən, dinindən çıxma! Yoxsa mənim üçün heç zad yoxdur. Mən bir molla babayam gedərəm işimə. Kafir oldun mənə nə, müsəlman oldun mənə nə? Ancaq Rzaqulu xanın qəbri xatirinə sənə rəhmim gəlir.
Pərviz xan daha cavab verməyib baxırdı, amma Hacı xan sözə başlayaraq deyirdi: Cənab Axund, füzulluq olmasın, bir ərzim vardır. Qardaşım sübhə kimi söhbət eləsə siz də cavab verəcəksiniz, əsla ayağı bir tərəfə çıxmayacaqdır. Çünki sənin altmış, yetmiş sinnin vardır. Hürriyyət nədir, müsavat nədir, firənkiməablıq nədir bilmiyibsiniz! Təvəqqə edirəm ki. bunları boşlayıb bizim işimizi qurtarasınız. Bu tövr sözlər küdurətdən başqa bir iş gətirməz. Allah özü haqqa müavinət edər. Nə işimiz vardır.
Mirzə Rəhim ağa — Bala, gərək kağız parənin içini axtarıb rəhmətlik xanın vəsiyyətnaməsini tapıb əməl edək.
Hacı xan — Xub, vəsiyyətnamə heç tapılmadı sonra nə olsun?
Mirzə Rəhim ağa — Gərək yazıb Nəcəfdən sual eləmək.
Hacı xan — Xub, Nəcəfdən xəbər gələnə qədər biz öz malımıza əl vurmuyaq?
Bu vaxt qapı açılıb Qulam xan mütəkəbbiranə daxil olur və mütəkəbbiranə salam verib yuxarı başda əyləşir. Mirzə Rəhim ağa mütəvazianə rədd-salam edərək təarifat və ibarətpərdazlıq xərcə verirdi.
Pərviz xan və Hacı xan tə’zimən qalxıb otururlar. Sonra Mirzə Rəhim ağa üzünü Qulam xana tutaraq: Oğlum, səni bəylərbəyi yanında olanda bundan çox görürdüm, indi nə üçün belə kəmiltifat olmusunuz?
Qulam xan — Bizim həmişə bəndəçiliyimiz vardır. Lakin ruzkar elə xarab olub ki, adamı dinc qoymurlar. Ancaq bu gün başım ayıldı ki, gəldim, zəhmət çəkib evlərin möhrünü götürüb əlimə tapşırasan.
Mirzə Rəhim ağa — İndi xanlar da ondan ötəri gəlibdir, amma gərəkdir vəsiyyətnaməni tapaq, o da ki, qorxuram itmiş olsun.
Qulam xan — Xub, xanlara nə dəxli vardır ki, möhürü götürmək istəyirlər?
Mirzə Rəhim ağa — Orasını siz özünüz bilərsiniz, amma gərək vəsiyyətnamə tapılsın.
Qulam xan — Ağa, haman vəsiyyətnamə bu saat məndədir. Orada yazılıb ki, bu dövlətin hamısı çatsın Mirzə Rəhim ağaya, ağa ondan bir hissəsini götürüb məsləhət bildiyi yerlərə xərcləsin, doqquz hissəsi də mənə yetişəcəkdir, Qulam xan da, varislər gəlib varisəliklərini isbat edəndən sonra haqlarını versin.
Mirzə Rəhim ağa — Gərək ki, belə olsun! Çünki mənim də xəyalımda vardır, ancaq axtarıb tapmaq lazımdır.
Qulam xan — Başınız üçün bu saat hazırdır, gətirə bilərəm. Sizin öz möhrünüz də üstündədir. Hətta xanın öz möhrü də vardır.
Bu sözlərə Pərviz xan, Hacı xan kamali-təəccüblə qulaq verirdilər. Amma Mirzə Rəhim ağa özünə əqəllən iki yüz min tümən dövlətin yetişəcəyini yəqin edib bülbül kimi danışırdı:
– Əzizlərim, bu şəriətdir, zarafat deyil! Biz bir neçə müctəhid ki, Təbrizdə varıq, hər kəs olsa təfavüt qoymarıq. Sən oldun, Qulam xan oldu, həzrəti-vəliəhd oldu birdir. Bizə vacibdir şəriəti himayə edək, nəinki bir kəsin tərəfini. Ancaq axşam Qulam xan vəsiyyətnaməni götürsün gəlsin bizə mülahizə edərəm sabah o ki, qanuni-şəriətdir hökm edərəm. Xudanəkərdə şəriətə xəyanət olsa mən qiyamət günü peyğəmbər hüzurunda xəcalətimdən dura bilmərəm.
Hacı xan üzünü Qulam xana tutub deyirdi: cənab xan, belə mə’lum olur ki, mənim atam sizin mərhum atanızla şərik imişlər ki, vəsiyyətən əmlakını sizə vermişdir.
Qulam xan — Xeyr, şərakət filan yoxdur, amma get səbəbini atandan xəbər al. Bir də mən səninlə tərəf olmağı özümə həqarət hesab edirəm, ar bilirəm. Çünki sən şəriət əhli deyilsən.
Hacı xan — Əlbəttə, biz sizə müqabil deyilik! Çünki özünüz pişxidmət, atanız vəliəhdin qatırçıbaşısı.
Pərviz xan isə rəngi təğyir tapmış qardaşına deyirdi: Qardaş, gərək insan söhbətində ədəb dairəsindən çıxmasın, heç öylə söz danışmasın ki, birisinin hissiyyat və vicdanına xələl yetirsin; eyb etməz, biz öylə şərir insan deyilik! Şəriət və qanuna müvafiq vəsiyyətnamə çıxarırsa qəbulumuzdur, biz dövləti nə qədər dost tutarsaq, insaniyyəti də o qədər dost tuturuq.
Qulam xan rəngi təğyir tapmış Pərviz xana xitabən deyirdi: Pərviz, qoy Hacı nə danışır danışsın, mənə ar deyil! Allah o adama lə’nət eləsin ki, özkənin malında gözü olar. İndiyə kimi mənim adıma bir öylə söz deyən olmayıbdır.
Hacı xan — Bəli, küldə eyb vardır, səndə eyb yoxdur. Allah anama insaf versin ki, bizi səninlə məcburən qohum elədi.
Qulam xan — Çox da zurnavı kökləmə, qoduğun birisi. Məni aləm tanıyır. Sizin kimi laməzhəb deyiləm! Allaha şükür olsun zatimdə şübhə yoxdur. Çox danışarsınız beş-on da peysərinizə salaram:
Hacı xan — Çox da küy basma, mən bilirəm sən nə quşun yumurtasısan. Sən özüvə ziynət verməkdən başqa bir işə yaramazsan.
Pərviz xan rəngi qaçmış və açıqlı halda Hacı xana deyirdi: Hacı xan, səndən çox eybdir ki, özüvü pisliyirsən. Qulam xan indi hər tövr adamdırsa indi bizə qohum sayılır. Təvəqqə edirəm ikiniz də ədəb dairəsindən çıxmayasınız.
Mirzə Rəhim ağa artıq sülhçüyanə hərəkət edərək deyirdi: bu sözlər lazım deyil! Mal halal Qulam xanın malıdır, ancaq qəllac oğlandır, sizi də naümid eləməz! Böyükxanım da bir ağıllı övrətdir, sabah gələr bizə yerbəyer edərik.
Pərviz xan — Ağa, əvvələ budur ki, bizim bura göndərməli anamız yoxdur. Çünki hənuz iddəsi çıxmayıbdır. O həlalikdə siğə ola bilməz! İkincisi, yüz bu tövr dövlət olsa mən qilü-qala razı olmaram, ancaq Qulam xan əvvəldən bizə zülm elədi, təhsildən qoydu.
Hacı xan — Qardaş, çox da mülayimətdən iş çıxmaz. Mən bu tövr yalançı vəsiyyətnamələrin bahasına bir şahı vermərəm. Mən bu tövr mollaların möhrünə də ehtiram qoymaram. Özüm gedib möhrü götürüb malıma sahib olaram.
Qulam xan xişmnak iki dizi üstə oturub Hacı xana deyirdi: səndə o hünər yoxdur ki, müctəhidin möhrünü bihörmət edəsən. Şəriətin qabağına çıxıb möhrü götürənin atasına od vuraram. Hacı xan atasının adını eşidəndə ağlaya-ağlaya deyirdi: Atamın adını çəkmə! Yoxsa bihörmət olarsan!
Qulam xan ayağa qalxıb revolveri çəkib Hacı xana atdı. Gör mən bihörmət olaram, yainki sən? Al gəldi! Sonra Qulam xanı tanıyacaqsan!
Tapançanın qurşunu Hacı xanın vətən məhəbbəti ilə malamal olan sinəsindən dəyib o biri tərəfdən çıxmışdı.
Hacı xan, ay qardaş, bu zalım məni öldürdü deyə üzü üstə düşüb istirahətkahi-əbədiyyətdə öz atasına yetişmişdi. Pərviz xan isə mərdanə ayağa durarağ, bişərəm, nankor oğlu nankor, mənim qardaşımı öldürdün — deyə çəngələşmək istəyirdi.
Qulam xan kənara çəkilib bir qurşun da zavallı Pərviz xana atdı. Pərviz xan da qardaşının biruh cənazəsinə düşüb qardaşına və atasına yetişmək əməlində idi.
Mirzə Rəhim ağa da qalxıb eşiyə çıxa-çıxa allah sizə lə’nət eləsin, şəriəti bihörmət elədiz deyirdi.
Axşama yarım saat qalmış Rzaqulu xanın ailəsi hər kəs bir guşədə əyləşib. Böyükxanım filkümlə gözünü açıb zamanənin övzaini mülahizə etdiyindən mütənəbbeh olmasa da yavaş-yavaş düşünməkdə idi. Münəvvər xanım da naxoş, isitmənin və mərəzin şiddətindən o tərəf bu tərəfə dönürdü. Kah qapıya, kah da ağuşqalara, ətfi-nəzər edirdi. Öz-özünə deyirdi: Allah, otaq bəxtim kimi qaranlıqladı. Zavallı bədbəxt qardaşlarım gəlmədi.
Münəvvər xanım kah da yerindən sərasimə atılıb çırpınırdı, güya o qarabəxt xanıma bir qəmli xəbər yetişmişdi. Hərdənbir anasına deyirdi: ana, ürəyim tez-tez döyünür. Bilmirəm genə bizim başımızda nə vardır. Anası isə qızım, qorxma, heç zad yoxdur, indi qardaşların da gələr!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-uc-ilden-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır.*Bu yazıq çinlilərin ağlına bir bax, əcəba
Balaca felyetonAmerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.*Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Balaca felyeton«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)*Gər yapmasa Şura sənədin əldə bir alət
İrandan məniİran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
Başqa şairlərin şeirləri
Bu gün bir gözəlin seyrinə vardım,Tutubdu dəstində ağ lamə, Pərim!
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Məni hicran qəminə saldı o məhparə yenəMəni hicran qəminə saldı o məhparə yenə,Zülfü tək eylədi aydın günümü qarə yenə.
KəndimizSalam Kür! Salam Kür! Baba ocağı,Dağıtdın könlümün hər möhnətini.