ویحک! ای قبهٔ زمرد رنگکه ز جانم همی زدایی زنگ

Sən ey zümrüd çadır, sənə min əhsən!Sən mənim könlümdən pası silirsən.

کارگاه تر از کونی توکس نداند که: از چو لونی تو؟

Sənsən bu dünyanı qaydaya salan,Nədən olduğunu bilməyir insan.

بودنیها ز تست و آیینهابه تو گویی حوالتست این ها

Səndəndir olmuşlar, qayda-qanunlar,Sənə tapşırılıb elə bil bunlar.

باده‌ای گر نخورده‌ای ز کجاست؟که چو فرزین همی روی چپ و راست

Şərab içməmisən, söylə bir nədən,Fərzin tək hey sağa-sola gedirsən?!

در تو این گردش چنین دایمهم ز شوقیست، تا شدی قایم

Sən qaim olalı gəlib ilhamaDönür, fırlanırsan belə daima.

مینماید که نطق و جانت هستروشی داری و روانت هست

Sanki, dilin, canın vardır canlı təkHərəkət edirsən ruhun var, demək.

گر چه دانا به عمر پیرت گفترو، که از صد گلت یکی نشکفت

Qoca desələr də bilənlər, yeri,Hələ yüz gülündən açmayıb biri!

در چه کاری که خود درنگت نیست؟یا چه چیزی که هیچ رنگت نیست؟

Nə iş görürsən ki, durmursan bir an?Nəsən ki, rəngindən yoxdur bir nişan?

دیده آب معلقت خواندوهم دریای زیبقت خواند

Göz səni asılmış suya bənzədir,Xəyalsa civəli dəniz zənn edir.

هم به دشت تو گاو در غلههم به کوه تو گرگ در گله

Tarlanda taxılı öküzlər otlar,Dağında sürüyə düşüb canavar.

فارغ از فقر و احتشامی تودور از انبوه و ازدحامی تو

Gəzirsən dünyada var-yoxdan iraq,Hər cür toplaşmadan, həmlədən uzaq.

تو و آن اختران چون ژالهباغ پر میوه، دشت پر لاله

Şehləri andıran ulduzlarla sənSanki meyvəli bağ, laləli çölsən.

جوهرت را عرض زمین و زمانروشت را غرض همین و همان

Zatının nişanı yerlə, zamandır,Getməkdə məqsədin həmin, hamandır.

چار عنصر ز گردشت زادهتیره و روشن و نر و ماده

Bu getmək törətdi o dörd ünsürdənErkək, dişi, işıq, qaranlıq həmən.

تنت از خرق و التیام برینفست از شهوت خصام عری

Bədənin yaradan, səhhətdən uzaq,Nəfsinsə tamahdan, şəhvətdən uzaq.

گشته مبنی دوام انجم تواعتدال مزاج پنجم تو

Beşinci məzacın olmuş mötədil,Bununçün ulduzlar əbədidir, bil.

رخ در آسودگی نداری هیچخبر از آسودگی نداری هیچ

Heç vaxt rahatlığa düşməz nəzərin,Məhv olub getməkdən yoxdur xəbərin.

میکنی در جهان اثر بیخواستخواهش خود به کس نگویی راست

Dünyaya xahişsiz təsir edirsən.Bəs öz xahişini demirsən nədən?!

کسی از سر دورت آگه نیستهیچ دانا ز غورت آگه نیست

Kimsə sirlərindən deyil xəbərdar.Bilmir intəhanı aqil adamlar.

در نداری، که آیمت بر بامسر نداری، که آیی اندر دام

Qapın yox damına gəlib çıxam mən,Başın yox damıma özün gələsən.

چیستند این بتان رنگارنگ؟که در آغوششان کشیدی تنگ

Al-əlvan geyimli bu bütlər nədir,Neyçün qucağında olublar əsir?!

رخشان دلپذیر و جان افروزگوهر تاجشان جهان افروز

Üzləri sevimli, könül oxşayan,Tacının dürründən nurlanır cahan.

فرقشان را برسم بختاقیافسر و تاج خالد و باقی

Şahlar qaydasilə papaq qoyarlar,Başda cıqqaları, tacları da var.

دایم این شمع‌ها فروزندهبنکاهند هیچ و سوزنده

Bu şamlar hey yanır işıq saçaraq,Yanır şölələnir, əskilmir ancaq.

سبزهٔ این چمن دروده نشدوز بهارش گلی ربوده نشد

Bu çəmən otları biçilmədi heç,Yazında çiçəklər seçilmədi heç.

نو عروسان کهنه کاشانهخوش خرامنده خانه در خانه

Bu köhnə sarayda təzə gəlinlər,Keçir evdən-evə hər axşam-səhər.

در سر هر کرشمه‌شان کاریهر نگه کردنی و بازاری

Hər nazın başında bil ki, bir iş var,Hər baxış bir sevinc, min də intizar.

اندرین خیمه کار سازانندچست و چابک خیال بازانند

Bu çadır altında iş görənlər var,Çox çevik oyunlar göstərir onlar.

همه کم گوی و پر نیوشیدهمهره پیدا و حقه پوشیده

Hamısı az deyib, çox eşidəndir,Möhrəni göstərib, sirr gizlədəndir.

در شبستان چرخ دولابیچشمشان گشته مست بیخوابی

Yataq otağında göylərin onlar,Yuxusuz qalmaqdan olmuşlar xumar.

همه چشم چراغ این دیرندراهب آسا همیشه در سیرند

Onlar bu kilsənin görən gözləri,Rahibtək seyrdən doymur özləri.

متنفر ز نقشهای ردیمتوجه به حضرت احدی

Gözəl şəkil kimi göydə bərq vurur,Tanrı dərgahına göz dikib durur.

دیده اندر پس کریوهٔ غیبرب خود را به دیدهٔ «لا ریب»

Qeyb zici dalından baxır gözləri,Allaha yönəlmiş dalğın üzləri.

سر بسر جان و تن به تن خردندهمه جویندهٔ اله خودند

Təpədən dırnağa ağıl, candılar,Öz allahlarını arayandılar.

گر چه از داد و ده جدا باشندمدد سایهٔ خدا باشند

Əgər olsalar da alverdən uzaq,Tanrı kölgəsidir onlara dayaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri