Məzmun
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Səhifə 11 / 15 · 67%

Mahi-səfərin 15[-i]. Sübh namazın qılıb karvan yola düşdü, namaz əvafların edib gəlib on dörd saatlıqda Kəsvə adlı [mənzilə] yetişdi. Bu mənzildə Diruzi Səid bəy, Hevranlı İsmayıl Ətraşi və ingilis qonsulu gəldilər.

Kəsvə qəryəsi Kütəyyibədən on dörd saatdır. Yolu çox daşlıqdır ta Kəsvəyə iki saat yol qalınca. Kəsvədən gəldikdə yolun sağ tərəfində xaraba Buni adlı qəryə vardır. Üç saatlıqda genə bir xaraba Qəbağəb adlı qəryə vardır. Dörd saatlıqda Sənmin adlı bir bövük qəryə vardır sol tərəfində. Adamları qaçıb fərar edibdirlər. Əsli-qədim də şəhər imiş. Ətrafında qalanın uçmuş divarı və qıraqlarında bürclər hala qalıbdır. İçində bir məscid var divarları uçmuş, günbədi əhəngsiz, torpaqsız; ancaq daşdan yapılmışdır. Tərəfindən axar suyu var. Bir az gəldikdə sol tərəfdə, dağın təpəsində bir qübbə var, Qübbeyi-firon təbir edirlər. O qübbənin qarşısında qəryə tərəfdə, yolun kənarında bir çahar hovuz var; içində suyu var. Hüccacları Şamdan qarşılayanlar orada oturub məkulat bey edərlər.

Kəsvəyə bir saat qalmış yolun sol tərəfində bir xan vardır (yanından su axır), onda şeylər hazır edib hüccaca bey edərlər.

Bu mabeyndə dörd-beş yerdə daş döşənibdir palçıq olanda karvan yürümək üçün. Çuxur olan yerdə daş ilən körpü yapıbdılar üç gözlü, beş gözlü.

Kəsvə qəryəsi bir bağçalı qəryədir. İçində çay axır. Tərəfləri təpə-dağlardır. İçində çərçi bazarı vardır.

On altı, yekşənbə günü Kəsvədən gecə ilə saat doqquzda yola düşdük. Sübh səhərdən Şama çatmaq qəsdiylə gəlib saat beşdə Şami-şərifə yetişdik. Bais bu ki, biz mənzildən qalxıb bir rüb qədəri yol gəldik. Xudayi-təala cəllət əzəmətin mərhəmətindən bir az yağmur olub yollar palçıq oldu, dəvələrin ayaqları yer tutmadı. Cəmi hüccaca və hükkamlar mabeynində çox zəlzələ düşdü. Kimi “Allah hafiz”, kimi “Ya rəsulillahi-seyyidi, mədəd!”, kimi “Ü di”, kimi “Seyyidi-Yəhya, mədəd!”, kimi də (fəllah dəvəçilərdən): “Vallahü nəhnümüslimi yarəbbi vərhəm” deyü təzərrö edərək, kiminin taxtı, kiminin kəcavəsi, kiminin dəvəsi yıxılıb palçıqda qalaraq bu növ ilə dörd saatlıq yolu səkkiz-doqquz saatda gəldik.

Şami-şərif Kəsvədən dörd saatdır. Yolu, Şama girincə düz yerdir, şəhərə daxil olduqda daşlıqdır. Şəhərin içi döşəmə daşdır.

Şami-şərif

[Səfərin 16-sı]. Dünyada insanın is[tədiy]i çox və məramı müxtəlifdir. Ona binaən biz dəxi Hicazın yandırıcı gününün altında duman, bulud və yağış arzusun çox çəkirdik və ayaq yandırıcı qum və tozun rütubətli olmağın arzusun edirdik. Bunlar həpsi müyəssər oldu Şamın iki saatlığında, bir belə məkanda ki, biz havanın açıqlığın və yolun quruluğun tələb edirdik ki, şövq ilən çatdığımız Şami-şərifə nəşət ilə daxil olaq.

Həqiqət, Qədəmgah qəryəsinin bir saatlığında bir gunə yağış yağıb, tamam libasımızı suya döndərib və yolu palçıq edib bizi sərgərdan qoydu.

Çün dəvələr özləri yorğun, dallarında yük giran və yağışdan bilmüzaəf ağırlaşıb, ayaqları sürüşüb, yolun sağ və soluna və ortasına an qıra-an qıra sirişt urdular. Bir hay-huy düşdü hüccaclar arasına. Kimi qışqırıb: “Qaldım”, kimi çağırıb: “[Dəvə] getdi”, kimi deyir: “Yüküm batdı”, kimi deyir: “Mən nə çarə edim?”. O cümlədən bizim Hacı Əli [əfəndi] də qalmışdı. Hərçənd bizim taxtların dəvəsi də bir qaç yerdə yıxıldı, [...].

Qədəmgah qarşısında Əhməd paşa təkyəsinə çatıb, [...] və abadanlıqlar gördükdə şad olub, [...]. Yağmur dökülə-dökülə gəlib Şamın [...] girdik. Kimi həcc qabağına [...]. Misir qapısından girib meydan məhəlləsinin bövük küçəsinə düşdük. Küçə nə qədər vase olsa da yolçu ilə dolmuşdu və küçənin sağ-sol tərəfində olan evlər[d]ə və dükanlar da səğir-kəbir və ünas-zükur məskən tutub hüccacın qafiləsinə seyr edirlərdi.

Biz bu nəhv ilə qapıdan girib, meydan küçəsindən Tağ bazarına girib Qanəvatda qonağımız miralay Məhəmməd Xosrov bəyin mənzilinə düşə[nə] qədər dörd-beş saat çəkdi. Hərçənd arası azdı, lakin izdihamlıqdan və palçıqdan sürməyə mümkün olmayırdı və buna [binaən] bizə fürsət oldu ki, taxtdan sağa və sola dəxi seyr edək.

Müqəddəm Şamın tərifin çox eşitmişdik, lakin bizə ol qədər xoş görünmədi. Olur ki, havanın müxtəlif olmağından və küçələr palçığ olub, biz palçığda məəttəl olmağımızdan böylə göründü. [Bir] dəxi küçə ilə gedərkən damları və dükanları kəm səliqə [gördük]. Divarları sadə, palçığ ilə suvaq olmuşdur. [...] [bəzi] yerdə xaraba kimi uçub-dağılmış [...], gah-gah görünməsə zahirdən Şam şəhər kimi [...] oxşayır. Amma bir imarətin qapısından içəri girdikdə zahiri batinə müvafiq gəlməyir. Həyatın mərmər daş ilə və sair yonma rəngbərəng daşlar ilə döşəməsi, yaxşı çarhovuzu və limu, türünc ağacları və evlərin çölü nəqqaş və içərisi qayətdə lacivərd, tila və nəqqaş karlı və əlvan şişələr ilə pəncərələri — bunlar qayətdə gözə xoş gəlir. Yayda gərək sərin olsun. Xüsusən hər həyatda çarhovuz var və böyük odalarında dəxi fəvvarələr vardır. Amma suyun bu çoxluğu qışda qayətdə rütubətli edir evlərin.

Hava yağmur olub və əlahiddə mənzil aramaqda olub, iki gün Xosrov bəyin müsafiri olub sonra Bəni-Ümmeyə came[sinə] [getdik] və bazara yaxın bir mənzil tutduq [...] quruşa, köçdük içinə. Qışın ortasında həyatımızın ortasında limu və narınc və ağac qəvin ağaclarının üstə meh qayətdə insanı fərəh edir və [...].

Mənzildə farağat olduqda Rusiyyə dövlətinin Şamda vəkili Leonid Telatenidi gəlib bizi apardı paşalar ilə mülaqat etməyə. Misirli İshaq paşa (Şamın valisi olmadığına) qaimməqam rütbəsində işləri dolandırır. Bizə qayətdə mehribanlıq etdi, çün on iki sənə müqəddəm Tiflisdə bizim ilə mülaqat etmişdi.

Sonra gedib dəftərdar Xəlil bəy ilə görüşdük. Bir şişman və kamalına və hesab bilməyinə məğrur [adamdır]. Şamın malısın dolandırandır.

Ordu müşiri Məhəmməd paşanın xidmətində bir para diruzilərdən söhbət oldu. Firəng lisanında qayətdə fəsih danışıb və üsuli-dövlətə layiq bir cavablar verdi.

Ərəbistan ordusu məclisinin rəisi fəriq Davud paşa-[nın] yanına getdik. Ol bir qədər [...] söhbət etdi. Onun yanında üləmadan dəxi bir qədər gö[rünürdü]. Cümə günü Bəni-Üməyyə camesində cüməni qılıb, izdihamlıq ilə çıxıb, atları minib Salehiyyə tərəfinə [getdik]. Şəhərdən çıxıb yarım [saat] yol [bağçalar] arasından keçib girdik Salehiyyəyə. Orda [...] Əbdül[məcid xan] [...] ziyarət edib, Salehiyyə məhəlləsindən İbrahim təpəsinə çıxıb Şamın şəhərinə və ətrafında olan bağçalara seyr etdik.

Şam Salehiyyə dağının ətəyində düzdə bina olmuş. Rəbva boğazından ayrılmış yeddi çaylar gəlib Şamdan və ətrafındakı bağlardan keçib qiblə və şərq tərəflərinə axır. Və şəhər köndələn bu çayların üstə oturmuş. Dağdan Şamın imarətlərinin üstdü görünür; necə ki, küçədən qara suvaqlı divarları.

Böylə bilirəm ki, Şamın uzunu iki saat olsun və eni bir saat, lakin məğrib və məşriq tərəflərinə üç-dörd saat yol bağlardır. Şimali və qiblə tərəflərinə dəxi birər saatdan ziyadə[dir]. Və bağçalar arasında xırda qəryələr vardır. Və çox yerdə xaraba məscid və günbəddirlər; qədimdən qalmış vardır.

Salehiyyə dağından Şamın çölgəsi və bağları və axar suları qayətdə gözəl gözükür.

Bir gün dəxi atlara minib gözəl bağçalar arasından (ki, sağdan və soldan limu və narınc və balın ağacları — üstündə mövcud meyvələrilə — başımın üstə sallanmış) keçdik.

Əvvəla, Şeyx Xalid həzrətlərinin türbəsinə ziyarət edib, onun nüfusi-bərəkətindən bir qədər təfəkkür edib qəlbimiz aram tutdu. Türbədar Şeyx İbrahim əfəndi Fəraqi ilə mülaqat etdik. Onu öz yolunda iyi görüb şad oldum, lakin bir qədər qəzəbnak və tünd olduğuna, eyib gəlir. Xeyli söhbət etdi həzrətin əyyamından və türbə təmir olmaqdan.

Sonra Panbuqlu babaya ziyarət etdik. Onun barəsində xeyli kəramət söyləyirlər.

İkinci. Bizi Üçlər və Yeddilər məqamına apardılar. Cəbəlin nisfində məqamlar yapmışlar — üstlərində otdan. Cərrarlar gunəgun kəramətlər söyləyirlər. Ən əsl kim bilir onların məkan-məqamın?! Qırxlar daha üskək olduğuna və özümüz də yorulduğumuza, ona çıxmadıq. Və on[un] üstə də dəxi Qabil Habili öldürən yer deyü söyləyirlər.

Üçüncü. [Bağlar arasından keçib] bir saatdan ziyadə Rəbva boğazına çatdıq. Deyirlər ki, İsa əleyhüs salam bu mağaralarda kafirlərdən gizlənibdir. Haman boğazdan Şama gedən yeddi çay ayrıldığın gördük. Qayətdə nəfis yerdir.

Dördüncü. Çay[ın] sağ tərəf[in]ə keçib Məzəh qəryəsinə düşdük. Orada Dəhyə həzrətlərinə ziyarət edib, Məzəh içindən keçib, bağçalar arasından dolanıb Göy meydan kənarına düşdük. Səkidə durub xeyli seyr etdik meydanın sağ və sol tərəflərində olan səkidəki bağçalara və həm Göy meydanın özünə.

Bu yer qayətdə nəfis görünür. Meydan çök[ək]də olduğuna daim yaşıl otluqdur — ətrafında bağçalar (dəxi üstlərində hənuz yarpaqları yaşıl) və gah yerdə bağçalarda evlər.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri