Məzmun
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Səhifə 13 / 15 · 80%

Qüdsi-şərif[dən İzmirə qədər]

В ИЕРУСАЛИМЕ

Гефсимание (türbeyi-həzrəti-Məryəm ana)

Иордан

Пустынно-(...)

Юдоль плачевная

Лавра Св. Саввы

Иосифатова долина

Храм Воскресения

Часовня Св. Ероба

Собор

Голгофа

Обитель апостола Якова (həzrəti-Yəqub məqamı)

Сион

Гора Элеонская (Tur dağı)

Геенна

Царские пещеры

Монастыри Иерусалимские

Вифлеем.

Rəbiül-axirin beşində nemsə vapurun tutub, axşama bir saat qalmış minib və axşamdan [...] [saat keçmiş] yola düşdük. Ol gecə rahatlıq ilə durub sübhdən üç saat keçmiş Yafə şəhərinə çatdıq.

Rəbiül-axirin 6[-sı]. Yafədə zöhrü qılıb, qonsul vəkili cənab Mir Əbut hazır edən atlara süvar olub şəhərdən çıxdıq. Bağçalar arasıyla və kəndlər kənarından, gözəl çəməngah və laləzar düz ilə dörd saat yol edib, axşama Rəmlə qəsəbəsinə çatdıq. Rum monastrına düşdük. Ay işığı və hava gözəl olduğuna, dam üstə oturub ətraf cəvanibə seyr etdik. Bizim məmləkətdə çillənin otuz beşində evdə oturmağa kürksüz mümkün deyil. Şimdi biz böylə, çöldə oturmuşuq.

Rəmlə bir qaç yüz evli qəsəbədir. [Ço]x monastrlar var. Müsəlmanı azdır, amma ətrafında xaraba minarə[li] məscid görünür. İsa əleyhüs salam bu məkanda bir qədər olubdur, ona binaən [isəvi] buranı ziyadə şərafətli tutur. Yolda gəlirkən bir məscid var. [...] biz dəxi ziyarət etdik. Və sağ və sol tərəfimizdə su quyuları və mal və qoyun, otlayan sürülər görünürdü. Və həm su bərgəsi də vardır. Və haman yolda dəvə ilə cüft sürəni də gördük.

Rəbiül-axirin 7[-si]. Sübh namazın qılıb yola düşdük. İki saat yol düzlə gedib, sonra dərə arasına düşüb başladıq dağ çıxmağa. Sağ və solda qaç ziyarətgahlar gördük. Dərvişlər baydaq və dəf ilə gəlib, üstə zikr edirlər idi. Çox kəndlər görünür və həm ziyadə bağçaları var; zeytun və incir və üzüm ziyadəraqdır. Və üç saat qədəri dağ çıxıb, Abi-qoç qəryəsinə çatdıq. Bulağ üstə düşüb namaz qıldıqda Abi-qoç [bəyi] Hacı Mustafa bəy özü gəlib bizi tanıyıb, qəhvə və nahar gətirdi bizə və [mənzilinə] təklif etdi.

Rəmlə və Qüds beynində olan kəndlərin bəyliyi Abi-qoç nəslin[in]dir. Hacı Mustafa bəy şimdi dəxi onların bəyidir.

Bu qəryədə Üzeyir peyğəmbər yuxuya g[edə]n məkanı göstərdilər.

Burdan üç saat genə dağlar ilə gedib, Qüdsi-şərifə çatdıq. Oranın paşası Hafiz paşa bizə qayətdə hörmət etdi. Oğlun və kahyəsin qabağımıza göndərdi öz atıyla. Başıpozuqlar dəf çalır və qapıda [...] və yerə tamam xalq tamaşaya çıxmışdılar.

Bu nəhv ilə bizi gətirib bir iyi mənzildə düşürdülər. Orada paşa bizi müsafir etdi. Axşam namazın qılıb getdik hərəmi-şərifə. Həyatına girən də bir əlahiddə müfərrih insana hasil olur. Girib hərəmdə namaz qılıb, dəlilimiz qarşımızda Səxrətüllaha ziyarət edib və [rəsulillah əfəndimiz] qədəmi-mübarək basan məkana ziyarət edib, tamam ənbiyalar üçün yapılmış məqami-mübarəklərə dua edib, müraciət etdik mənzilə, çün qayətdə yorulmuşduq.

Rəbiül-axirin 8[-i]. Sübh namazın hərəmdə qılıb, genə şərafətli məkanlara ziyarət edib və Səxrətüllah altında iki rükət sünnət qılıb getdik Məscidi-əqsaya. Orada dəxi namaz qılıb, ətrafında olan məqamlarda dua edib çıxdıq həyatına. Haman əzim həyatda nə qədər məqamlar var isə tamamına ziyarət etdik. Onları müfəssələn bilmək olur Qüdsi-şərifin tarixi və şərafətindən ki, bir balaca kitab basma[q] olmuş.

Sonra gedib, paşa ilə mülaqat etdik. Bizə hörmət və mehribanlıq etdi. Köhnə vəzirdir və bir yaxşı adamdır.

Zöhr namazın qılıb, atlara minib, qalanın gündoğan tərəfindəki qapısından çıxıb, Yusifət dərəsindən çıxıb, Turi-Zeyta dağının qiblə tərəfindən keçib bir xaraba qəryəyə düşdük. Orda bir qayanın içində Üzeyir əleyhüs salam türbəsinə ziyarət edib, müraciət etdik Turi-Zeytaya.

Cəbələ bir qədir çıxdıqda incir və zeytun ağaclarının dibində durub seyr etdik ətraf cəvanibə. Oradan iyi görünür Bəhri-Lutəleyhüs salam və Vadiyi-Musa və irmaği-Yordan və onlardan məşriq tərəfə ündür cəbəllər. Bu məkanlar ənbiyalar və övliyalar məbədgahları olduğundan, qayət şərafətli görünür. Bir qədər durub, o yerlərə seyr edib və keçmiş tarixlərdə gördüyümüz əhvalları xatirimizə gətirdik.

Tamam aləmdən yəhudilər Beytül-müqəddəsə ziyarətə gəlib qəsdləri bu olur ki, Vadiyi-Musaya düşüb oraya da ziyarət etsinlər, lakin ürbanların qorxusundan gedə bilməyirlər. Xaçpərəstlər Bəhri-Lutəleyhüs salam kənarında bir qayada Savva adlı kənisə qayırıb, daşa girənlər oturmuşlar. Və müqəddəmən özlərinin təzə sənələrindən altı gün keçmiş tamam Qüdsi-şərifdə[n] və sair ətrafdan ziyarətə gələnlər cəm olub, irmaği-Yordan kənarına gedib, xaçların suya salallar imiş, lakin ətrafda olan ürbanlar bir qaç dəfə onları taraş edibdir. Ona binaən şimdi-şimdi kənisələr də ol məzhəblərin də ol üsullarına əncam verirlər. Bu gündə haman gün olduğuna, xaçpərəslərin əksəri Beytül-ləhmdə cəm olub, xaçı suya salmışlar və bövük pəhrizlərindən sonra tamam xaçpərəslər də cəm olub, üzərlərində dövlət tərəfindən əsgər təyin olub gedib Yordan irmağının kənarında bir gün qalıllar.

Sonra çıxdıq Cəbəli-Zeytanın başına. Orada həzrəti-Ömər əyyamında islam təsərrüfünə keçən vaxta şühədaların və övliyaların qəbirlərinə ziyarət edib keçdik məscidə. Haman məscidin dairəsində bir günbədi içində İsa peyğəmbərin səmaya üruc etdikdə ayaq basan yerinə dua edib və Musa əleyhüssalamın əsasın basan yerdə dua-niyaz qılıb, çıxıb Beytül-müqəddəsə və hərəmi-şərifin və qalanın dairəsinə cəbəl üstündən durub bir qədir baxıb düşdük Gidron dərəsinə. Orda keşiş[ə] həzrəti-Məryəm türbəsin açdırıb, girib ziyarət edib və iki rükət namaz qılıb çıxdıq dərə aşağa; gəlib əskidən qalan günbədlərin yanında körpüdən keçib, hərəmi-şərifin qiblə tərəfindən Davud əleyhüssalamın türbəsi olan dairəyə gəldik. Orada ziyarət edib və onun türbədarı olan şeyx ilə bir qədər söhbətləşib, şəhərin içindən keçib, mənzilimizə gəldik.

Rəbiül-axirin 9[-u]. Sübh namazın öz camaatımız ilə səxrənin altında qılıb, genə hər məqamlarda dualar edib çıxdıq hərəmi-şərifin mərmər fərş olunmuş dairəsinə, bu dairədən qayətdə təşəkkür ilə gözəl yapılmış cameyə və səki üstündə yapılmış çox ənbiyaların məqamına və hərəmi-şərifin bövük olan məhəlləsinə (ki, bəzi [yeri] çəməngah və bəzi yeri mərmər daş ilə döşənmiş və bəzi yeri ağaclar görünür) seyr etdikcə insanın qəlbi müfərrih olur. Və güşad olduğuna, Turi-Zeyta tərəfindən və həm sair tərəflərindən gözəl ruzgar əsir.

Bir qaç saat bu sayaq ilə durub, fərəh götürüb mənzilə döndük. Sonra burada olan əsgərin min başısı Məhəmməd bəy ilə əsgər qışlasına getdik. Orada qaimməqam Məhəmmədəmin bəyin şərbətin və qəhvəsini içib, piyada bəy ilə şəhəri gəzib getdik rumların monastrına. Oraya çatmamış həzrəti-Ömər namaz qılıb tikdirdi[yi] minarəni gördük. Şimdi bir qədər başı dağılmış, lakin genə səlat vaxtında azan oxunur.

Monastrın həyatında zəvvarlar çox idi və xırda-xuruş füruxt edənlər dəxi vardı. Sonra paşa tərəfindən təyin olan qapıçılar kəlisəyə girməyə bizə yol göstərdi. (Çün burada xaçpərəstdən dörd mənsəbin kəlisəsi var və bəzi ovqat nizaları olduğuna, paşa tərəfindən mühafiz oturur). Biz kəlisəyə girdikdə Rusiyyəli tərəfindən burada olan keşiş arximandrid Parfiri gəlib, qabağımıza düşüb tamam kəlisələrin ziyarət etdiyi yeri göstərdi. Bir qədər onlara tamaşa edib getdik monastr dairəsinə. Onun üstündən şəhər və ətrafiyi gözükür. Orada Patrik və naibi arxiyerey Milti ilə mülaqat edib çıxdıq üstə, seyr etdik ətraf cəvanibə. Qışın ortasında tənəkdə saxlanmış üzüm gördük. İki salxım bizə verdilər. Hər salxımı iki girvankə olurdu. Oradan qalanın bürcünə çıxdıq. Qayətdə üksək. Tamam şəhər ordan gözükür.

Şəhərdə dörd-beş yerdə monastrlar var. Və firəng əhalisindən dəxi burada oturub ticarət edirlər.

Bürcdən düşüb, Misirli İbrahim paşa yapdırdığı qışlaya girdik. İyi qışladır və əsgər təmiz oturur. Sonra şəhərə seyr edə[-edə] mənzilə müraciət etdik. Ol gecə gedib, paşa həzrətlərinə mülaqat edib və vidalaşıb genə cameyə getdik.

Qüdsi-şərif neçə min sənəlik şəhər olub, neçə ənbiyalar və neçə bövük padşahlar paytaxtı olduğuna, əski binalar çoxdur və olur ki, qaç dəfə bina üzrə binalar yapılmış. Xüsusən Beyti-şərifin binası və Süleyman əleyhüs salamdan qalmış binalardır. Şimdi də altında bövük-bövük sütunlar və yonma daşlar gördük. Şəhərin qalası dəxi ol əyyamdan qalmış isə də sonra tədric ilə başqa padşahlar dəxi artırıb və təmir etmişlər. Şəhərin yapıları və çarçusuiyi olsa da soqaqları təmiz deyildir və içində xarabalar dəxi görünür.

Əhalisi hər miləldən var. Müsəlmanı ziyadəraqdır. Xaçpərəs və yəhudi qış mövsümündə buraya çox cəm olub, “qızıl yumurta” dedikləri eydlərindən sonra dağılıb hər kəs öz məmləkətinə müraciət edirlər. Bir bu vaxtlarda Qüdsi-şərifdə izdihamlıq, alış-veriş ziyadə olur, bir dəxi mövludi-Musa günündə. Ətraf cəvanibdən, qəryələrindən və həm ürbanlardan buraya ziyadə xəlayiq cəm olur. Osmanlı və Ali-Osman dövlətinin torpağından müsəlmanlar buraya ziyarətə az gəlirlər. Amma Məğrib və Misir tərəfindən çox gəlirlər. Və Buxara və Dağıstan və Qazan hüccaclarından gah-gah Beyti-şərifə ziyarət etmək üçün gəlirlər. Onların yolları budur: həcdən Şam məhfili ilə gəldikdə Məan qəsəbəsindən ayrılıb, dörd mənzilə Xəlil-ərrəhmana gəlib oradan bir günə Qüdsi-şərifə gəlirlər; yainki Şami-şərifdən qara ilə [gəlib], Təbəriyyədən və Nablus şəhərindən keçib, altı-yeddi mənzilə [Qüdsə] çatır və yainki Şamdan qara ilə üç-dörd mənzilə Beyruta gəlib və oradan on iki saata vafur ilə Yafə şəhərinə çatır və Yafədən iki günə Qüdsi-şərifə rahat gedilir. Əgər Misir yolu ilə gəlsə İsgəndəriyyə şəhərinə gəlib, vapur ilə dəxi bir gün-bir gecədə Yafə şəhərinə yirişilir. Oradan fövqdə yazılan sayaq üzrə Qüdsi-şərifə gedilir.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri