Məzmun
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Səhifə 5 / 15 · 27%

[Qırmızı dəniz sahillərində]

[Şəvvalın yeddisi].

... yaxşı ...

məşriq bir qala v...

Bunun da qabağında bir ba[laca]...

Gəmiçilər ondan qorunurlar. P...

Deyirlər ki, onda şeytan o...

durmağa qoymayır.

Şəvval[ın səkkizində]...

sübh yola düşdük. Ol günü hava...

və gecəsi də sürdük. Sübh vaxtı cəzirəyə...

gəldik. Haman cəzirədə yüz [ev olar]. Bu axşa[m] təzə ayı gördük. İstdi...


[Şəvvalın] doqquzunda Vəşy qəryəsinə [...] ağac yol edib, günortadan müqəddəm [...]yə düşüb, bir sirt üstə çardaq altında qurulmuş qəhvə xananı iyirmi quruşa tutub oturub və qoyun tapıb kababından yeyib, Nildən gəlmiş ilıx suyu içib sakit olduqda bizim vətəndə olan imarətlərdən və bulağlardan bu vaxta [qədər gördüklərimizdən] bu yer bizə ləziz və xoş gəldi.

Axşam vaxtı genə gəlib gəmidə qaldıq. Otamız da qayətdə şənnik oldu, çün yeddi gəmidə ol axşam hər tərəfdən buraya gəldilər. Bu axşam rütubət qayətdə ziyadə oldu.

Və Vəşəng limanı bir iyi limandır. Kənarında iki yüzə qədər ev Misirdən və bədəvilərdən bina salıb oturubdur.

[Şəvvalın onu (?)].

... hava qaiz olub...

Neman adasın...

düşüb, gecə çöldə qaldıq...

Sabah yola düşüb, hava...

zəhmət çəkdik. Bir tərəfdən isti...

gəminin yeriməməyi darıxdı[rdı]...

İlkindi vaxtızüb də liman da...

məks etdi və kənara çıxmaq mümk[ün]....


...[adamla]rımız süvar olub, bir təpə...

... [...]ub, qabağına bir cəzirə çıxdı.

... [...]rüb, süvar olma[dıq]. Yorulduqdan

... [...]i olmuş Hacı Əli əfəndi eşik (?)

[...] oğurlayıb minmək qəsdinə düş[dü].


Bu sayaq üzrə getdik hamama. Dağın dibindən bir-iki bilək yoğunluqda su çıxır istdi və bir qədər kükürd ilə. Lakin biz təzə Abbas paşa qayıtdıran hovuza girdik. Çəndan istdi deyil idi; [bəlkə] savuqsu qarışmış, yainki təzə hamamlar qayırmaqdan suyun xasiyyəti dəyişilibdir. Həqiqət, Abbas paşa himmət edib bu su üstə yaxşı imarət yapdırıb gəlib-gedən üçün.

Burada bir saat qədəri çimib, genə qayıtdıq iskələyə — kimi eşşək ilə, kimi piyada.

[Şəvvalın on yeddisi].

... dəniz kənarında (bir yanıqəryədir əlli-altmış evli və on üç xanə nəsra[nilə]rdir) qaldıq. Müsəlman və bədəvilərdən ətrafın dalif (?), yada xurmalıq bağları [ola]n iki saatlıq kənarı düzdür. Sonra Nurs[əid] (?) [...] [...]ləridir. Burdan Nurs[əi]d evləri (?) gö[rünü]r, lakin ona getmək bizim üçün müyəssər o[lmadı] [i]ki günlük yol olduğuna görə. Biz uzaqdan baxıb ziyarət etdik. İskələdən yarım saatlıq da [...] ilə müsəmma (?) olmuş bir istdisu[...]. [...] eşşəklər götürdük. Birinə o[turub] [...]. Hacı Əli əfəndi Qəbələ m[...]. [...] [saat] [alt]ı[da]n [qalxıb] səhərdən [...]di ki, bizim üçün qaraul etsinlər. Yolda, ev[lər]də başları açıq, ayaqları yalın, çıplaq, bellərində bir fitə, əllərində zoğal ağacından dəyənəklər. Bizim məmləkət adamlarından bizim bu nəhv ilə gedib-gəlməyimizi görs[əydi]lər xeyli gülərlərdi.

Ol gecə burda q[aldıq]. Quyu və bərkə suyu al[...]. [...] düşdük yola. Ol günü axşama qədər [...] yol sürüb, [...]. [...] Məhəmməd Rəis adlı yerdə qarışan məka[na] [...] keçdik; çün bu dəryada bura bir qorxulu yer]dir. [...] axirül-əmr Şəb dəryasın sağ tərəfdən sol tərəfə keçir. Günorta vaxtı Neman adasına düşdük. [...] kimi yer [...]yinə, qayətdə zəhmət çəkdik. [...] limanına girənə qədər orada [...]. [...] yanımızda qaraullar ilə [...]. [...] olmağına [...].

Böyük qındırqa ağacları görünürdü və kölgəsinə təməğ (?) hərəkət edirdi, lakin bədəvilər qorxusundan kənar[a] çıxmadıq. Haman saat [bədəvilər] xəbər olan tək dəvə ilə tuluğda neçə gündən qalmış [qu]yu [suy]u gətirdi və hind qozu satmağa [başladı]. Bu kənardan bir [qədər] uzaq bədəvilər o[lur]lar. Və Misir həmləsi qaradan gedən yola yavıqdır.

Axşım olduğuna, rütubət başladı. Tamam libasımız suya batmış kimi oldu. Hərçənd dəyişdik, lakin sübhə qədər dübarə libasımız və yorğan-döşəyimiz su oldu və hansı libasa əl vuranda ələ yapışırdı. Axşam bürkü olub, sübh duman oldu günçıxana qədər.

Şəvvalın onsək[kizində]...

... olur və üstündə gecə [...]. [...] gələn gecə azmasın. Və bu [kəndin] ətrafında [...] çoxlu (?) — əlliyə qədər bədəvi evləri var. Haman [evlərin] (?) dirəkləri əl ağaclarıdır ki, evlərini köç[ürəndə] əllərinə alırlar. Çox vaxt oniylə dava edir. Və Vəşəng (?) [...].

Hər evdə bir tuluğ, ya bir [...]q görürsən.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri