Məzmun
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Səhifə 3 / 15 · 13%

Qutais şəhəri Əryon çayının üstündə salınıbdır. Ətrafı qalın meşəlik olsa da aralarında yaxşı damları və yaxşı bağları vardır. Və çayın üstündə də təzə tikilmiş bir yaxşı körpüsü var. Körpüdən keçən vaxt düz yola düşüb Xoni adlı qəsəbəyə üz çevirdikdə bir gunə düz və rast yoldur ki, baxanda bir ağaclıqda adamlar görünür. Və Xoni qəsəbəsi də arana mail bir düz yerin ortasında salınan bir qəsəbədir — içində bir yaxşı su quyusu. Və yanı, ətrafları da xırdaca meşələr və meşələrin ağaclarının dibləri çəməngah və otlaq. Və baxanda könüllər şadüxürrəm olan kimi yerlərdir. Və meşələrinin arasında tək-tək damlar və bağlarda vardır (ta sular qarışığı Oruperi adlı yerə qədər).

Əryon çayı bu gün gəldiyimiz yolun sol tərəfindən axıb və Sixins xali sağ tərəfdən axıb, Minqrel məmləkətiylə İmeretin sərhədi olub, Oruperi məkanında bir-birinə qarışıb, bir bövük çay olur. Bu halda Oruperi çaylar ilən gələn qayıqlar təmir olunmuş. Haman yerdə bir polkovnik oturur. Onun zirdəstində iki-üç yüz ax da saldatlar işləməyə və bir qədər incinar çayın yolun rast etmək üçün vardır. Və bir qədər damlar və dükanlar vardır.

Şəbanın on üçündə Minqrel vilayətinin ğuladetlin (?) knyaz Dadian xan[ın] mehribanlıq məqamı ilə bizim qabağımıza göndərən knyaz Denitrin[lə], Dadian[ın] hazır etdiyi qayıqlara minib Əryon çayı aşağı hərəkət etdik. Səkkiz saat yarım çay ilə axıb Çiradid qəryəsinə düşdük. Çiradid qəryəsində knyaz Maqsim Qucakidze [nin] evində qonaq olduq.

Şəbanın on dördündə genə başladıq su axarı axmağı. İki saat dəxi Əryon çayı ilə gedib bu çayda Sivə çayı ilə qazılmış arxa düşdük. İki saatda bu arx ilə muzdurların qalaqlarının zoru ilə gəlib, Sivə çayının kənarına düşüb, bir qədər istirahət etdikdən sonra Sivə çayı ilə üç saat axıb, Redutqala — ki, yəni Qulab ola — ona çatdıq.

Oruperidən Qulaba çay ilə on altı ağac yoldur. Çayın sağ və sol tərəfi qayətdə meşədir. Amma abadanlıq və kənd çoxdur. Qışda maaş etməyə çox yaxşı yerlərdir. Çay ilən gedəndə meşənin qalınlığından uzaq yerlər görükməyir, məgər sol tərəfdə Quriyer mahalının dağları və meşələri.

Qulaba çatdıqda [xanın] evinə düşüb, Dadian xanın qövmü knyaz Denitrin ilə kağız yazıb, yola salıb özümüz öz tədarükümüzə məşğul olduq.

Xiyopi, çay dəryaya tökülən yerin kənarında bina olmuş. Çayın iki tərəfindən damlar və evlər tikilmiş, ortasından çay axır. Çün bu evdən o evə gedəndə xırdaca gəmilər ilə gedirlər, o çayı şəhərə sulu küçə hesab eləmək olur. Trabuzan vadisi, Qrım tərəfindən hərçənd buraya gəmilər və qayıqlar gəlirsə də alış-veriş ol qədər yoxdur, çün gələn şeylər Tiflis tərəfinə ötür.

Bir neçə gün müntəzir qaldıq, sonra Qulab şəhəri havası pis və rütubətli yer olduğundan və iddəmiz fövt olmaq qorxusundan, səbr etməyib, bir neçə atlar kirayə tutub, barxanamızı atlara yüklətdirib və özümüz də atlarımıza süvar olub, yağış havası qalmaqlıq ilə şəbanın on yeddisində şəhərdən çıxıb dəryanın kənarı ilə Osmanlı ilə rusun sərhəd[i] olan Şəfqətil adlı qəsəbə tərəfinə rəvan olduqda qəzayi-ilahi bir ruzgari-müvafiq büruz etdi. So[n]ra Allaha şükür-səna edib, haman gəmiçi Mustafaya əmr etdik gəlib Şəfqətildən bizi alıb getməkliyə.

Bədə bizdə ətbalarımız və barxana ilə məhz dəryanın qırağı aşağa (sağ tərəfimiz dərya və sol tərəfimiz alçaq meşə və meşələrində dibləri yaxşı-yaxşı çəməngah ola) gəlib, saat yarımlıqda bir balaca suyun kənarında həm istirahət və həm barxana gəlib çatmaq üçün yarım saat qədəri istirahət etdik. Və o suyun qırağında bir-iki qaraul xana evləri tikdiribdirlər — qaçaq-quçaq malları saxlamaq üçün.

So[n]ra oradan qalxıb yolumuza düşdük. Dəryadan bir vers yol kənar olub, sağ və sol çox qalın meşələr və əla (hündür — Ə.T.) ağaclar [...] dən vardır. Bir saat yol gəlib, haman Qutaisdən keçib və Maran çaparxanasının qabağından qayıqlara minib, Qulaba gəldiyimiz Əryon adlı çaydan borum ilə keçib [...] adlı qəsəbənin qabağında çaparxananın üstündə iftara düşdük. Və o qəsəbədə Osmanlıdan qalan bir balaca qala vardır. Hala o qalanını içində [...] [yaxşı bağ saldırıb]. Yaxşı nizam ilə əkilmiş limu ağacları və zeytun ağacı və qeyri qəribə çiçəklər vardır. Və köhnədən bir məscid (yanında minarəsi və hücrələr) və hamam vardır. Və o qalanın xaricində bir balaca bağ içində bir yaxşı ev (və içində bir qəməndat oturubdur). İçində qızıl gülləri və üzüm tənəkləri (və ətrafı çəməngah) [olan] və çox aran yerlərdir.

Günorta vaxtı namaz qılıb, oradan qalxıb Şəfqətil qəsəbəsi tərəfinə (ki, sərhəddir Osmanlı ilən rus arasında) rəvan olduq. Saat yarım yol dənizdən qıraq düşüb, sağ və sol tərəfimiz çox qalın və iri meşələr və yolun kənarlarında və ağacların arasında çox zirinc və fındıq ağacları vardır. Yol ilən gedəndə meşənin qalın olduğundan, [ağacların] başları bir-birinə keçib üstümüzə gün düşməyirdi.

Bir saat qədəri belə gəlib, genə dəryanın [qırağına] çıxıb (sağ tərəfi [...] və sol tərəfi bərk meşələr ola) gəlib Maltafqa adlı yerin suyundan bor[umla] keçib, dəryanın kənarı ilə başı aşağa yola düşüb getdik — sağ tərəfimiz gah dərya, gah balaca meşə ola. Və sol tərəfimiz qalın meşələrdir.

Maltafqa bir yerdir ki, bir neçə evlər var və içində qazaq və qeyri kəslər vardır (qaçaq-quçaq malları və adamları tutmaq üçün).

Bir saatlıq yol gedib, axşama üç saat qalmış gəlib, Kirğoryob adlı yerin suyundan borum ilə keçib, Şəfqətil tərəfə yola düşdük. Bir az meşəlik ilə gedib, genə dəryanın kənarına çıxdıq. Sağ tərəfimiz dərya və sol tərəfimiz bir gunə meşə ki, guya üstündə çardaq kimi gəzmək ola. Və o meşədə yaxşı şümşad ağacları və qeyri ağaclar vardır. Yolun qırağından baxanda Səlmə dağ[ı] kimi görünür. Yeri düz olmaq ilə iki saat yarım qədəri belə yol gedib, yarım saatlıq yol dəryadan kənar olub, meşə ilə gəlib, axşam namazı olmuş. Şəfqətilə yetişdik.

Kirğoryob bir balaca yerdir; qazaqlar oturur. Və qeyri evlərdə əhalidən dəryadan sandallar gəlib çıxar — iskələ kimi. Və oraya gələn sandallarda çox lazit (yəni qar qudalı) gətirillər o ətraflardakı köylərə satmağa.

Redutqala ilə Şəfqatilin arası on saat yoldur. Burada Osmanlı dövləti ilə rus dövlətinin sərhədi zənn olur. İyirmi iki il müqəddəm Poti qalası sərhəd imiş; üstündə xeyli davalar olub, Osmanlı[nın] əlindən çıxıbdır. Özü xeyli bərk qala imiş. Osmanlılar ona “Poşa qala” deyirlər.

Şəfqətil bir ba[laca qəsəbə] kimidir. Ruslar adına “Əsvani-Niqolay” deyirlər. Burada bir əfsər qəməndatdır. Neçə dükan-bazarları var. Və qəra[n]tin və gömrükxana da var. Sərhəddən gələn adamları qəra[n]tinə oturdub və malının gömrüyün alıb buraxırlar. Hərçənd qəsdimiz bu idi ki, buradan gecə qalıb at ilə azimi-məqsəd olaq, lakin hava xoş olduğuna, biz gəmidə kira etdiyimiz sandal bizdən neçə saat müqəddəm [Şəfqətilə ye]tib, əyal [...] binaən dərya ilə getməli olduq.

Şəbanın on doqquzunda təzkirələrimizə qol qoydurub, gün çıxanda əşyalarımızı sandala doldurub, özümüz kənara çəkilmiş fluqə ilə sandala gedib əyləşdik.

Fluqə bir kiçik gəmidir. Beş-on nəfər içində otura bilir. İki-üç nəfər qalaqcı aparır. Bunla[r] xırda olduğuna, hər yerdə quruya çıxa bilir.

Onun ilə böyük gəmilərə qaradan mal və adam daşıyırlar, çün böyük gəmilər və sandal hər yerdə kənara çıxa bilməz — məgər iskələ və liman olmasa.

Sandal fluqədən böyük və gəmidən kiçik bir gəmidir. Onun altını doldururlar ağırlıq və yük ilə və üstündə qırx-əlli adam oturur. Bir danə yel kanı var. Bir rəis dalda oturub sandalı yeridir və beş nəfər fəhlə (?) qalaqlar ilə qabağa yeridirlər. Hava yaxşı və külək daldan olanda yel kanı açırlar, özü öz başına, qalaqsız gedir. Bir saatda iki və ziyadə [mənzil] yer gedir.

Sandal yola düşüb getdikcə sağ tərəfimiz dərya olur və sol tərəfimizdə əvvəla Quryal vilayətinin dağları və Acara sancağın dağları görünür. Aşağa, dərya kənarında Çürük su (ki, imdi orada Osmanlının nizami-qoşunu durur) və Siqəntəz qalası görünür. Ol xaraba olmuş qalada da xeyli davalar olmuş qədim vaxtlarda. On saat yol....

Şəbanın iyi[r]mi birində axşama qədər yağ[ış yağıb], hava pis oldu.

İyi[r]mi ikisində hava dəyişilib, gün çıxdı. Şad olub, günorta vaxtı sandal yola düşdü. Bir qədər yol gedib, axşam namazı vaxtı Visə və Atana qəzalarının qabağından keçdik. Günortaya bir-iki saat qalmış Rizə şəhərinə çatdıq. İki gün və iki gecə sandal sürüb, buraya çatdıq.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri