Adətimiz daş idi dəva günü,Tullarıdıq əldə sapan qıjhaqıj.

Hər kəsə dəysəydi, edərdi hamanBir neçə gün ahü fəğan, ufhauf.

Mərhəm olurdu, sağalırdı yara,Əldə qalırdı yenə can sappasağ.

İndi revolverdi, dönüm başına,Nagəh olur gülləfəşan partapart.

Onda, görürsən, yıxılıb yanbayanBir neçə növrəstə cavan laybalay.

Tüf belə dövranə ki, bədtər olurSeyri-fələk, dövri-zaman ilbəil!

Milləti-islam qırır bir-birin,Allah aman, bu nə yaman qırhaqır!

Qardaşa bax, qardaşını öldürür,Vəhşi olub əhli-cəhan sərbəsər.

Milləti gördükcə belə hərcü mərcKönlüm olur dopdolu qan qatbaqat.

Böylə gedərsə, Bakı əldən gedər,Qalmaz o məvadə aman hiç, hiç!

Bari, Xudaya, özün islah qıl,Ta edələr pirü cəvan sülh, sülh!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən