Dilbər ("Ey dilbəranə tərzdə cövlan edən cocuq!")
Ey dilbəranə tərzdə cövlan edən cocuq!Yeksər musurmanın ürəyin qan edən cocuq!
Hər taifə baxar sənin əqlü kəmalına,Əxlaqına, xisalına, fikrü xəyalına,Ancaq musurman aşiq olur gül cəmalına,Yetmək dilər nə növ ilə olsa visalına,
Ey həsrətin çəkənləri nalan edən cocuq!Ey dilbəranə tərzdə cövlan edən cocuq!Ey tifli-sadə, gəzmə soqaqlarda boylə fərd,Alicənab əmulərini bilmə çox da mərd,
“Ey kəbki xoşxüram, koca mirəvi bekərd?Ğürre məşo ki, qorbe-ye abid nəmaz kərd!”*Yoxdur nəmazə sidq ilə iman edən, cocuq!Ey dilbəranə tərzdə cövlan edən cocuq!
Hər guşədə sənə tapılır min fədayilər,Rişi hənalı, sürməli gözlü vəfayilər1,Sofi, müridlər, məşədi, kərbəlayilər,Can tək səni kənarə çəkər pullu dayilər,
Hər yerdə az deyil səni mehman edən, cocuq!Ey dilbəranə tərzdə cövlan edən cocuq!Tə’rif edər səni görə hər möhtərəm kişi,Təqdim edər sənə bir ovuc səbzə, kişmişi,
Xam olma, alma, anla nədir bunların işi,Mə’sum olan məzac ilə yox səbzə sazişi,Olmaz dübarə dərdinə dərman edən, cocuq!Ey dilbəranə tərzdə cövlan edən cocuq!
Çox nüktə var, sən anlamasan, anlar aşiqin,Ol nüktəyə çəkir sərü samanlar aşiqin,Ol baxəbər, olub neçə ə’yanlar aşiqin,Molla Həbiblər, Hacı Qurbanlar aşiqin,
Əlqissə, çoxdu canını qurban edən, cocuq!Ey dilbəranə tərzdə cövlan edən cocuq!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-dilber-ey-dilberane-terzde-covlan-eden-cocuq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
— Nə xəbər var, məşədi?— Sağlığın!
ƏninUçdun, ey ruhi-pürfütuhi – Həsən!Uçuşun iztirari-təndənmi?
XaqaniUlularımızdan eşitdiyimiz*Şirvan xaqanlarından, xaqani-kəbir Mənuçöhr olsa gərək, - bir gün erkən ova getdiyi əsnadə Şamaxının şimal-qərbisində, ən yavıq məhəldə vaqe Məlhəm kəndi kənarından keçərkən, pişvazı üçün kənd əhlindən bir kimsənin gəldiyini görmədiyi halda ancaq çıpırtı yığmaqla məşğul gördüyü bir uşağı yanına çağırıb demiş ki,
FəxriyyəHərçənd əsirani-qüyudati-zəmanız,Hərçənd düçarani-bəliyyati-cəhamz,