Oxutmuram, əl çəkin!
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Gərçi bu bədbəxt özü elmə həvəskardır,Kəsbi-kamal etməyə səyi dəxi vardır,Məncə bu işlər bütün şiveyi-küffardır,Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,Elmin əbəs olduğun anlamayır, qanmayır,Sair uşaqlar kimi hər sözə aldanmayır,Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləmərəm rəhm onun gözdən axan yaşına,Baxsın özündən böyük öz qoçu qardaşına,Ölsə də verməm rıza şapqa qoya başına,Kafir ola bir nəfər, oxutmuram əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?Yatmaram əsla belə dinə dəyər sözlərə!Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Qoysanız öz oğlumu uydurum əhvalimə,Sənətimi öyrədib mən salım öz halimə,Dün bu oxutmaq sözün ərz elədim alimə,Söylədi : ”haza kəfər…”, oxutmuram əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,İndi beş ildir tamam dinimə əl qatmısız,Sevgili övladımı kafirə oxşatmısız,Duydum işin sərbəsər, oxutmuram əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Satmaram öz əqlimi siz kimi laməzhəbə,Razıyam oğlum gedə qəbrə, - nə ki məktəbə!Məktəb adın çəkməyin, - mələbədir, mələbə!..Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəsdir o bildikləri, kaş onu da bilməsə!Canıma olsun fəda bir də üzü gülməsə!Ta ki, o zehnindəki fikrləri silməsə,Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Fikrimi verməm əbəs siz kimi nadanlara,Sövq edəsiz oğlumu bir para hədyanlara,Çünki xəyanətçisiz cümlə müsəlmanlara,Mənzilinizdir səqər, oxutmuram, əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-oxutmuram-el-cekin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan,tazə cəvanım ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız demirəm dinimi,
Xəsisin heyfi, varisin keyfiXəsisin heyfi, varisin keyfiŞeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.
Səradan bir dəli şeytan deyər: insanlar, insanlar!Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?
Amalımız, əfkarımız ifnayi-vətəndirAmalımız, əfkarımız ifnayi-vətəndir,Kinü qərəzü hirs bizə ziynəti-təndir,
Başqa şairlərin şeirləri · Satira
Keçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
BizÖvradımız, əzkarımız əfsaneyi-zəndir,Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.