Qoyma, gəldi!
Xan dostu, amandı, qoyma, gəldi!Didarı yamandı qoyma gəldi!
Vay, vay! Deyəsən bəşər deyil bu!Bir şəklə uyan təhər deyil bu!Allahı sevirsən, ər deyil bu!Ərdodu, qabandı, qoyma, gəldi!Didarı yamandı, qoyma, gəldi!
Ol gən ki, adaxladız, utandım,Olandı, dediz, ərin inandım,Ər böylə olurmuş?! İndi qandım;Xandostu amandı, qoyma, gəldi!Kirdarı yamandı, qoyma, gəldi!
Qorxdum, ay aman, yarıldı bağrm,Bir nazik ipə sarıldı bağrım,Gup-gup döyünüb darıldı bağrım,Canım oda yandı, qoyma, gəldi!Kirdarı yamandı, qoyma, gəldi!
Dudkeş kimi bir papaq başında,Ağ tükləri bəllidir qaşında,Gərçi qocadır - babam yaşında,Amma sodamandı, qoyma, gəldi!Kirdarı yamandı, qoyma, gəldi!
İyrənmişəm ağzının suyundan,Qətran qoxusu gəlir boyundan,Lap doğrusu qorxmuşam xoyundan,Bir əfi ilandı, qoyma gəldiKirdarı yamandır, qoyma, gəldi!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-qoyma-geldi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dindirir əsr bizi, – dinməyiriz,Açılan toplara diksinməyiriz;
Əksimə ("Zahidin əksimə düşcək nəzəri-xudbini")Zahidin əksimə düşcək nəzəri-xudbini –Görür ayineyi-safımda o bir bidini;
Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Yenə hər guşədə bir tazə cəmaət görünür!
Dün cəhənnəm vəsfini zahiddən eylərdim sualDün cəhənnəm vəsfini zahiddən eylərdim sual,Cənnəti ağzın açıb etdi mənə vəsfi-sifat;