Bir çoban bir gün etdi dağda haray:“Canavar var, - dedi, - gəlin, ey vay!”

Əhli-qəryə yüyürdü dağ tərəfə,Getməsin ta qoyun, quzu tələfə.

Bunları müztərib görüncə çobanGülməyə başlayıb dedi : “Yalan,

Siz bunu sanmayın həqiqətdir,Damağım gəldi, bir zərafətdir!”

Binəvalar qayıtdı; leyk çobanYenə bir gün dağ üzrə qıldı fəğan:

“Canavar var!” - deyə bağırdı yenə,Qəryə əhlin kömək çağırdı yenə.

Kəndçilər etdilər dübarə hücum,Yenə oldu yalanlığı məlum.

Doğrudan bir zaman bəəzmi-şikarQoyuna gəldi bir neçə canavar.

Hərçi dad eylədi çoban, yahu!Eşidənlər dedi: yalandır bu!

Bu səbəbdən hərayə getmədilər,Ona heç etina da etmədilər.

Canavarlar yedi bütün qoyunu,İştə, oğlum, yalançılıq oyunu!

Bax, yalançı tanindi cünki çoban,Doğru derkən sözü göründü yalan.

Hərgiz, oğlum, yalan demə ki, XudaDust tutmaz yalançının əbəda!

Həm də xəlq içrə hörmətin olmaz,İzzətin, qədrü qiymətin olmaz.

“Evi yandı yalançının, - derlər, -Ona bir kimsə etmədi bavər”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri