الدن چیخارام زلف پریشانینی گورجکایشدن گیدرم سرو خرامانینی گورجک

Eldən çıxaram zülfi-pərişanını görgəc,İşdən gedərəm sərvi-xüramanını görgəc.

سوسیزلارا گر جان آخیدور چشمه حیوانمن جان ویریرم چشمه حیوانینی گورجک

Susuzlara gər can axıdur çeşmei-heyvanı,Mən can verərəm çeşmei-heyvanını görgəc.

گر باغلاماسون ایل گوزینی شرم عذارینجاندان کسیلور خنجر مژگانینی گورجک

Gər bağlamusan el gözünü şərmi-üzarın,Candan kəsilür xəncəri-mücganını görgəc.

ریحان که نزاکت توکولوردی قلمیندنخط تیره چکر زلف پریشانینی گورجک

Reyhan ki, nəzakət tökülürdi qələmindən,Xət tirə çəkər zülfi-pərişanını görgəc.

بلبل که گلون لعل لبیندن سوزآلیردیدیلی دولاشور غنچه خندانینی گورجک

Bülbül ki, gülün ləli-ləbindən söz alırdı,Dili dolaşır qünçei-xəndanını görgəc.

رضوان که بهشتین یمیشی گوزینه گلمزدیشلر الینی سیب زنخدانینی گورجک

Rizvan ki, behiştin yemişi gözünə gəlməz,Dişlər əlini sibi-zənaxdanını görgəc.

تردن خط ریحان ورقین پاک سیلیپدورنقاش گلستان خط ریحانینی گورجک

Yerdən xəti-reyhan vərəqin pak silibdir,Nəqqaşi-gülüstan, xəti-reyhanını görgəc.

گلرنگ اولور صبح اتکی قانلو تریندنخورشید عذار عرق افشانینی گورجک

Gülrəngi alur sübh iki xali-tərindən,Xürşidi-üzar möhriqi – əfşanını görgəc.

Məqtə — şairin təxəllüsü olan son beyt. مژگانی اولوب قانلو یاشیندان رگ یاقوتصائب لب لعل گهر افشانینی گورجک

Məqtə — şairin təxəllüsü olan son beyt. Mücgani alıb qanlu yaşından rəgi-yaqut,Saib ləbi-ləli göhər əfşanını görgəc.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq