Pəh-pəh-pəh
Səmaya boylandım pərimi gördüm,Baxdım da bəyəndim, dedim pəh-pəh-pəh.Əvvəl büsat aldım o bir afitab,Bilmədim əylənim gedim pəh-pəh-pəh.
Heyif ki, mən elə yamanı gördüm,Hayana baxdımsa Yəməni gördüm.Hələbi, Misiri, Yəməni gördüm,Qohumum, qardaşım, elim pəh-pəh-pəh.
Könül minib yenə öz ərbabını,Ustasan, tanıynan o zər babını.Hər kim ki, tanıyar o zərbabını,Məmmədhüseyndi adım pəh-pəh-pəh.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-peh-peh-peh
← → düymələri ilə keçid, R — təsadüfi şeir