Əl çatsa fəda canımı cananə edərdim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əl çatsa fəda canımı cananə edərdim,Şəmi-rüxünə könlümü pərvanə edərdim.
Ey zahidi-bizövq bu məscid ki, sənin var,Olsaydı mənim, mən onu meyxanə edərdim.
Minbər əvəzi onda qoyardım xümi-badə,Vəqf ol xüm üçün bir neçə peymanə edərdim.
Bir tarə düzərdim neçə yüz daneyi-əngur,Anı əvəzi-səbheyi-səddanə edərdim.
Meydən ötürü əkmək üçün tak yerində,Hər yerdə ki, var mədrəsə viranə edərdim.
Düşsəydi nəhani əlimə bəççeyi-zahid,Heç onda bilirsənmi ki, aya, nə edərdim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid tək edib vəsf pərilər xətü xalın,Bu vəzlə aləmləri divanə edərdim.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-el-catsa-feda-canimi-canane-ederdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəmi-nəzi-rəvanda İsgəndərEylədi bir vəsiyyət ol sərvər-
Korun hekayəsiBir nəfər kur şəxsə bir binaTənə ilə dedi ki, ey əma,
Loğmanın satılmasıBelə derlər ki, Həzrəti-LoğmanHəbəş əhliydi, ya ki ol Sudan.
Loğmanın vəqəsi (Belə təqrir ediblər əhli-bəyan)Belə təqrir ediblər əhli-bəyan,Həbəş əhliydi Həzrəti-Loğman.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Nə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
DeyərlərSəxavətdə Hatəm, cəngidə Rüstəm,Ədalətdə Nuşirəvanı deyəllər.
Ay mədədSaqi, bir badə ver, keçdi –Bahar, ay mədəd, ay mədəd!
Dur, saqi, ayağa, ver dolu camDur, saqi, ayağa, ver dolu cam,Bu səy ilə hasil olmadı kam.