Öldürür gərçi, könül, həsrəti-pabus səni,Var ümidim ki, fələk etməyə məyus səni.

Zahidin etmə nəzər cameyi-pəşminəsinə,Könül, aldatmasın ol xirqeyi-salus səni.

Bu dili-şişəmisalında nədir rişteyi-can,Yeri vardır desələr şöleyi-fanus səni.

Ey fələk, gəl ki, bir əgri oturub düz danışaq,Əsəri-ahım edibdir belə mənkus səni?

Vəsldə göz yumuban arizi-yarə baxıram,Edərəm hicrə, könül, vəsldə pabus səni.

Görmədim bir dil açan yer dəri-dildar kimi,Ey səba, kim elədim hər yerə casus səni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu qədər hicrdə əfsus çəkərsən Seyyid,Öldürür axırı, əfsus, bu əfsus səni!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq