Eşq əhli oldu hər biri bir canə müştəri,Pərvanə oldu şəmi-şəbistanə müştəri.

Eşq aləmində himməti-mərdanə göstərib,Bir qarı oldu Yusifi-Kənanə müştəri.

Varın verən, deyəllər, utanmaz, məsəldi bu,Can nəqdi əldə oldum o cananə müştəri.

Rüxsari-yarı iqdi-ərəq cilvəgah edib,Pərvin olubdu mehri-dirəxşanə müştəri.

Lazım dəgil pədər sənə, ey mehriban pəsər,Dürri-yətimə çox olu mərdanə müştəri.

Ahım şərarı Müştəriyi-çərxi yandırar,Ol aşinayə gər ola, biganə müştəri.

Məqtə — şairin təxəllüsü olan son beyt. Vəsfi-ləbi-nigarı qılıb əşki-al iləSeyyid olubdu ləli-Bədəxşanə müştəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq