Qurban olum o gözlərə kim, gördü yarımı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qurban olum o gözlərə kim, gördü yarımı,Yarım görən göz, əlbət alır ixtiyarımı.
Qoy bir öpüm o gözləri kim, yarımı görüb,Qurban edim o gözlərə mən hər nə varımı.
Nərgiz gözü qalır açıla görsə bağdə,Çeşmi-xumarü sərv-qədü gülüzarımı.
Mərdümlük olmadı mənə çün çeşmi-yardən,Kəsdim gözümdən axırı öz etibarımı.
Bimarı olmuşam mən o badami gözlərin,İnnab gözlərim eləsin fikri-karımı.
Şadəm ki, xak edə məni bu çərxi-kəcmədar,Damani-yarimə yetirə ta qübarımı.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, o gün olurmu genə səhni-bağdəXürrəm görüm şüküftə güli-novbaharımı?
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-qurban-olum-o-gozlere-kim-gordu-yarimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Can tazələnir ləli-dürəfşanını görcək,Dil xürrəm olur sərvi-xuramanını görcək.
Yarımı yar eylədin əğyarə, ey fələkYarımı yar eylədin əğyarə, ey fələk,Etdin gülü nəsib genə xarə, ey fələk.
Şadəm ki, könlüm oldu ol zülfü xalə mailŞadəm ki, könlüm oldu ol zülfü xalə mail –Kim, qarəbəxtlikçün candan olubdu qabil.
Çü məndən oldu o məhbubi-dilrüba qafilÇü məndən oldu o məhbubi-dilrüba qafil,Yəqinim oldu olur bəndədən xuda qafil.