Turpar şah söylənci
Turpar şaha İran bütün baş əydi,Çox ayıq ol çətin işdən yapışsan.Hamı dedi, biz Turanla qardaşıq,Çox ayıq ol çətin işdən yapışsan.
Turpar öncə Tunqər ilə görüşdü,Çox işləri Turan şahdan soruşdu,Küsülüydü, ata bala barışdı,Çox ayıq ol çətin işdən yapışsan.
Besyar dedi: – Atan kimi olma sən,Sona dedi: – Şah yerində qalma sən,Özü dedi: – Üzüyola olma sən,Çox ayıq ol çətin işdən yapışsan.
Çağırtdırdı öz yanına Qurdəri,Onun ilə gəzdi, gördü çox yeri,Çəpər çəkdi Turanyerdən az bəri,Çox ayıq ol çətin işdən yapışsan.
Dedi, İran yeni ölkə biçimdə,Qan olmasın gərək ölkə içində,Dinclik olsun, yaylaq, qışlaq köçündə,Toplumları böyük tanrı gücündə,Çox ayıq ol çətin işdən yapışsan.
Dedi, Turan qardaş deyil, atadır,Turpar isə bu ataya arxadır,Kim yox desə o, arada baltadır,Çox ayıq ol çətin işdən yapışsan.
Ölkələrlə əlbir olaq, hər nədir,Qonşu olağ, ana, qardaş, bacı bir,Düz əkilən bu torpaqda düz bitir,Çox ayıq ol çətin işdən yapışsan.
Turpar-şaham-dedi-indi İranda,Qıraq dayan, ey iranlı, yamandan,Qalsın şahlıq ev-eşiyin amanda,Çox ayıq ol çətin işdən yapışsan.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-turpar-sah-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əlbir oldu Balasqşahla Asurşah,Dəli olsan uel verənin çox olar.
Xruş-Parsa söylənciParsa gəlib durdu Turqun önündə,Yer var, orda gözəllik də uaraqdır.
İkiçayarası vuruş söylənciTurqtau qovdu acıqanı sonacan,Göz qırpmağa qouma, öldür qancılı,
Armas-Adra söylənciÇatdı evə gənc Armasın ölüsü,Döuüş qandır, uara-xora,ölüdür.
Başqa şairlərin şeirləri
Dostum! Moskvada, iki il qabaq,Qarlı bir qış günü bir evə dolduq.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd