Səhifə 2 / 3 · 33%

– Murtuzov danışıb qızışdığından, öz sözləri özünə xoş gəldiyindən, bir də fürsəti ələ keçirmişkən Mehmanın üstünə kəkələnmək xəyalına düşdüyündən söylənir, dayanmaq bilmirdi. Mehman da öz daxili aləmi ilə məşğul olduğundan, Murtuzovu dayandırmadı. Kim bilir, bəlkə də bu sözlərin çoxunu Mehman eşitmir, sözlər də, gərəksiz qarğalar kimi, qarıldaya-qarıldaya uçub, kim bilir hansı yana gedirdi? Murtuzov isə ağzından dürr tökülür kimi şişir, öz dərisinə sığmaq bilmirdi. Yaxud bəlkə də Murtuzov artıq, Mehmanı öz ovuclarında hesab edib, öz olmayan şənindən dəm vurmaq, Kamilov kimi, öz gücünü yoxlamaq istəyirdi. Murtuzov danışdıqca yan-yörəyə baxır, lampa işığı altında haldan-hala düşən, saralan, ağaran, bəzən qaralıb-qızaran adamı görürdü. Mehmanın bu ana qədər olan yüksək qüruru hara, indiki üzü üstə gəlmək istəyən ağır vəziyyəti hara?. Murtuzov səpilən fəsad toxumunun cücərdiyini, sürətlə yetişib bəhrə verdiyini güman edirdi. Lakin Mehman keçirdiyi dalğalı vəziyyət içində necə məğlubiyyətə uğramağı deyil, bu çətin vəziyyətin içindən necə dikəlib qalib gəlmək yollarını hələ də yaxşı-yaxşı axtarırdı. Mehman dolaşmaq deyil, bu qurğulardan çıxmaq istəyirdi. Mehman bu həyəcanlar içində səbirlə hərəkət etməyi, “meydan son gülənindir”, deyə axır nəticədə öz rəqiblərini özünə güldürməməyi də unutmurdu. Murtuzov isə şüşə cingiltisindən bu ana qədər özünü kefi kök, damağı çağ aparır, böyük bir məclisdə, beş yüz nəfərlik bir salonda, Mehmanın axırıncı dəfə sındığını, onun yıxıldığını, bir də nə qədər əllərini yerə dayasa da, qalxa bilməyəcəyini güman edirdi... Bəlkə buna görə də Murtuzov qabiliyyət məstliyi keçirir, sözünə haqq-hesab vermir, köpüklü-köpüklü sözləri söküb tökürdü. – Bəli, yoldaş Mehman, elə ki bərk-bərk tutursan müqəssirin boğazından, deyirsən tərpənmə, balıq kimi dartıb atırsan qırağa, qumun üstünə, o başlayır öz quyruğunu oynadıb atılıb düşməyə, özün də belə üzbəüz oturub ona baxırsan, nəfəsini dərib dincəlirsən. – Murtuzov Mehmanı da balıq kimi tutub qəm üstə atdığını zənn edərək, içini çəkə-çəkə güldü. – Mən özüm uşaqlıqda torçulara qoşulub çaylara balığa gedərdim. Bu təcrübədən də bilirəm ki, müqəssirin ki boğazından tutub beləcə atdın quma, qurtardı getdi!.. O nə qədər çapalasa da, axırda sənin qabağında ölü düşəcəkdir... Çünki balıq sudan quma düşübdür, hə, bəli, sən baxıb-baxıb doyunca nəfəs alırsan, o gün şadlığın yerə-göyə sığmır... Niyə?.. Çünki torçu kimi, balıq yox, həqiqəti tapmısan, özü də şax, lap bəbəyinin içinə deyirsən!.. Düzü, bu barədə siz hələ çox-çox uşaqsınız, həqiqətdən dəm vurmaq başqa, həqiqəti belə, bax, bu qaydada tapmaq bir başqadır!.. Həqiqət üzdə olsaydı, onda daha niyə ona həqiqət deyərdilər? – Murtuzov məzəliliklə irişdi. – Bu dünyada həqiqət var, ancaq ərz etdiyim o dalğalarda, bax, belənçik düyünlərdədir... Bax, öz gözünün qabağında cinayət eləyir, döşünə döyür ki, mən həqiqətəm!.. Gəl indi sən bu həqiqət cildinə girmiş cinayətkarı çıxart! – Murtuzov pərişanlıqdan xilas ola bilməyən Mehmanı istehza ilə süzüb güldü. – Bəli, kişi evində oturduğu yerdə bir də görürsən ki, bir vicdansızın böhtanına düşür! Düşür böhtana, başdan-ayağa olur bir ləkə! Gəl indi sən bir qəvvas ol, bu dəryaya baş vur, buradan həmin həqiqət gövhərini tap, çıxart!.. Bilirsiniz, bu zaman adam nə qədər darıxır?.. Doğrudan da, adam belə cinayətkara baxdıqca cini vurub düz kəlləsinə çıxır!.. İndi bizim işimiz belədir, istintaq işi həqiqət axtaran işdir! – Murtuzovun kinayəli hərəkətlərini artıq-açıqca müşahidə edən Mehman, bu təlxək kimi görünən adamın nə qədər dişi qarnında olduğunu görür, bu eybəcərin ürəyində gizlənən pis niyyətləri sezirdi. Demək, Murtuz Murtuzovda iki xasiyyət vardı: Vaxtına qədər təlxəklik, vaxtından sonra qəddarlıq! Murtuzov ləngərini əlindən buraxmır, bu və o biri cəhətini unutmurdu. Bütün bu gediş içində Mehman daxilən öz yaxasını çıqqıldayan saatdan qurtarmağa çalışır, Murtuzovun sifətindəki bu hərəkətləri daha olduğu kimi izləyirdi. Murtuzov isə Qaloşlu adamın köməyi ilə Mehmanı çıxılmaz tora saldıqlarını, guya həqiqəti tapdığına görə öz döşünə döyür, Mehmanın pərişanlığının əsl səbəbini bilərək, özünü nağıllarda olan dəmir dəbilqəli, iri toppuzlu bir pəhləvan kimi görmək istəyirdi.

– Bilirsiniz, həmin bu işdə mən deyən həmin bu düyünlərdən heç də az-azacıq deyildir!.. – Murtuzov, müqabil tərəfin susduğunu, atmacalarının bir ox kimi hədəfi tutduğunu yəqin edərək, yenə dolayı yolla eyni mətləbə qayıdır, buradan uzaqlaşmağı lazım bilmirdi. O, şövqə gəlirdi. – Mən desəm bir min düyün, siz deyin iki min, bəlkə də çox! Bəli, qatdım toppuzun qabağına açdım bütün düyünləri!.. Siz nəzəriyyəni bəlkə də belə atüstü keçmisiniz, bir də, axı nəzəriyyə yazıq da öz kitabının hansı qırağını bu düyünlərlə doldursun?!. Amma bu təcrübə ki var, çox qəribə bir şeydir, bax, təcrübə hər bir şeyi, tozsuz bir güzgü kimi, göz qabağında əl içi kimi apaydın göstərir! Əyrini əyri, düzü düz! – Murtuzov əlini döşünə gətirib daz başını qaldırdı. – Mən bu neçə ildə başımın tüklərini, məhz bu rəvayətlərdə tökmüşəm! – Murtuzov şadlıq hissinə nə qədər qapılmış olsa da, birdən dərindən göz qoyub gördü ki, bu cavan oğlan daha artıq saralıb-solmaqdan çox, özünü toxtadır, nə isə qəti bir hücum etmək halına düşür, qabaqkı sifətini alır... Mehman sarsıdıcı bir zərbə üçün hazırlaşır. Belə olduğu halda Murtuzov ağacın iki başını görürdü. “Birdən belə olmadı, elə oldu?” – Belə bir sual içəridən baş qaldırırdı. Murtuzov ehtiyat üçün sapma-supmaya getmək, göz yayındırıb döngə vermək qərarına gəldi. Birdən bir göz qırpımında onun şadlığı güclü küləyə rast olan zəif bir toz kimi silindi. “Birdən bu iti xəncər biz tərəfə çevrilsə?” – deyə onun gözləri böyüməyə başladı. Yox, yox, bir az əvvəl qızışıb özündən çıxan, Mehmanı “toppuz qabağına qatan” pəhləvan gerilədi, toppuzu əlindən yerə düşdü. Murtuzov addımını geriyə qoyaraq, ehtiyatı əldən buraxmamaq üçün, Mehmana yaranmağa, hər hansı ehtiyata qarşı özünü xırdalayıb kiçiltməyə başladı.

– “İstintaq insan müqəddəratıdır” – siz demisiniz, mən də öz dəftərimə yazıb altından cızıq çəkmişəm. Mən, elə bayaqdan bəriyə bunları demək, sizə ərz etmək istəyirdim!.. Bu nəzəriyyə işində, bu neçə ay içərisində mən sizdən də heç az şey əxz etməmişəm. – Bilmirəm, yoldaş prokuror, heç bir fikir vermisinizmi?.. Hə, mən sizin məruzənizi ac adam kimi uduram... Bu axşamkı məruzə də mənə ləzzət verdi... Heyif ki, axırına yaxın gəldim... Elə o zaman ki, şüşə zəhrimar cingildəyib işi korladı.

– Murtuzov işarə ilə yenə də Mehmanın yayını əlləmək, onu kölgəli tərəfə sürmək üçün yenə cəhd etdi. – Ancaq, görünür, qabaqca məruzənin əvvəli daha yaxşı imiş... Odur, fikir dağılanda baxırsan ki, gözlənilmədən işin içindən, süd içindən milçək çıxan kimi, küçə ilə gedəndə də bir şüşə cingildəyib yuxarıdan, beşmərtəbədən adamın başına düşür, çilik-çilik olur!.. Baxırsan ki, deyib-gülən bir adam, bir göz qırpımında, əbədən torpaqda qalır... Mən özüm küləkli gündə şəhərdə belə cingilti ilə sınan şüşə görmüşəm. – Murtuzov Mehmanın bir qətiyyət topladığını görərək məzəlilik edib, onun qılığına girmək, kəndirini isə ayrı cür içəridən çeynəmək istəyirdi. – Hə, bəli, – deyə o quruyan dodaqlarını marçıldatdı, qırışıq sifəti ilə hiyləgərcəsinə irişdi. – Bu keçən yayda, hələ az qala bir yekəsi də cingildəyib düşmüşdü Əbdülqədirin başına!.. O da mənim kimi dazdır. Amma yayın burnu görünməmiş o ağ paltar geyinib başını açar, mənsə heç zaman küçədə başımı açmaram, lap yayın qora bişirəni də ola!.. Niyə?.. Çünki məndə saç-birçək yoxdur. Elə bir şüşə düşdü, necə deyər:

“Keçəlin hindi başı,
O tayda dava düşdü.
Bu tayda sındı başı”.

– Olsun, bəli!.. – Murtuzov bu dəfə daha aciz bir yaltaqlıqla hırıldadı: – baxırsan ki, sən gözləmirsən, ancaq yuxarıdan fələkdən nagahani bir şüşə gəlib sənin başında cingildəyir!.. Bu zaman dili dinc durmaz adam da pıç-pıç başlayır, niyə bəs şüşə belə cingildədi?! Sən sayırsan belə, fələk qət eləyir elə!

“Axşam hökm edən sərdar başı, sabah təpiklər altına düşür...”

– Mən sizdən sərdar başı yox, bu istintaqı soruşuram, – deyə Mehman özünü dönməz, axırıncı və qəti sarsıdıcı zərbə endirmək üçün toplaşdırdı, – çərən-pərən yox, “it gəldi çarıq apardı” yox!..

– Mən misal üçün deyirəm, prokuror!

– Uzunçuluq, təlxəklik, nağılbazlıq yox!.. – deyə Mehman əlavə etdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məhtaban 8

Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.

8 dəq
Məhtaban 9

Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:

6 dəq
Məhtaban 10

Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:

6 dəq
Məhtaban 11

Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.

7 dəq

Başqa şairlərin şeirləri