Xəzər və durnalar
Üzürəm mən yelkənimlə yenə Xəzər sularında.Bahar ətri gəlir mənə pıçıldaşan ləpələrdən.Şəhərim sülh qalasıdır qəhrəmanlar diyarında,Təbəssümü öyrənmişdir süd dodaqlı körpələrdən.Şair, könül salamlayır ilk baharı,Əl eləyir mənə dəniz buruqları.Aləmi var bu səhərin,Qəlbim atəş, sular sərin,Görürəm mən,Başım üstdənDurnaların qatarıdır uçub gedən,Lənkərandan uzaqlara köçüb gedən.Onlar mənə tanış gəlir,Seyr etdikcə göz dincəlir.Səsləndikcə durnaların qaqqıltısı qulağımda,Bir mahnının ilk sözləri qönçələnir dodağımda.Sağım dəniz, solum dəniz,Önüm dəniz, yolum dəniz.Fərəhimdən başım dəyir göylərəNahaq yerə çıxmamışam səfərə.İlhamıma qanad verən Xəzər kimi dənizim var,Cibimdə nə qələmim var, nə bir parça kağızım var,Bəs nə edim? Gördüyümü nəylə yazım, hara yazım?Durnaların qulağına çatdı yəqin bu avazım.Onlar mənə mavi göydən lələk atdı dənizə.Kim inanmaz bu sözə!İftixarla, məhəbbətlə,Qəlbimdəki hərarətlə,Canlı mavi dəftərimin –Sinəsinə Xəzərimin.Bircə anda şeir yazdım lələyilə durnaların,Bahar mahnım tamamlandı köməyilə durnaların.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-xezer-ve-durnalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevgilim, məclisə gəl, çünki məhəbbət dəmidir.Görkəmin incə, gözəl nazlı gəlin görkəmidir.
DeyirlərAşiq olanın bağrı dönər qanə, deyirlər,Atəşdə yanan aşiqə pərvanə deyirlər.
Səni istərKönlüm yenə min şövq ilə, canan, səni istər,And olsun əziz canına ki, can səni istər.
Son məktubYenə canlandı əski xatirələr,Yenə gördüm önümdə sevgilimi.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Mən əməl bağında bir gül əkmişəm,Onun zəhmətini özüm çəkmişəm.
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
Şaxta kəsir, qar çırpılır üzüməŞaxta kəsir, qar çırpılır üzüməNəfəsimlə isidirəm əlimi.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,