Aqillər mehriban, nadanlar sərtdi,Bircə gün olmazdı evi təbibsiz.Şeirdə rəqibi yalnız Səməddi,O getdi, meydanda qaldı rəqibsiz.

Tarixə yazıldı o, yaza-yaza,Ölməzlik qazandı can bahasına.İndi nə Vurğun var, nə də Rəsul Rza,Düşmüşük dahilik iddiasına...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri