Ayrıldım
Ay ariflər, qanlı fələk cəbrindən,Qohumdan, qardaşdan, eldən ayrıldım.Fərhad kimi çəkdim Şirin qəhrini,Cığa pərvaz etdi, teldən ayrıldım.
Bir canım var, yar yolunda sadağa,Bal bülənib dilə, dişə, dodağa,Nə müddətdi bağban idim bu bağa,Dərmədim qönçəsin, güldən ayrıldım.
Abbas deyər: yar ayrısı yamandı,Heç kəsə göstərmə, Allah amandı!Qınamayın, əlif qəddim kamandı.Dodaq qaymaq, dili baldan ayrıldım.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-ayrildim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,