Bəzmi-şərabxanədə durdum ayağidə,Verdi şərab saqi mənə bir ayaqidə.

Şəmi-şüai-hüsnünə yandırdı könlümü.Pərvanə rəsmdir ki, yanar şəbçirağidə.

Görmüş məgər o qönçə ləbin gülşən içrə gül,Olmuş şüküftə gülşən ora gül budağidə.

Ətri-gülab zülfünü hər kimsə iyləsə,Getməz ölüncə ətri qalar ol dəmağidə.

Sərvim ki naz ilə qədəmin qoydu gülşənə,Qıldı şikəst sərvi-qədi sərvi-bağidə.

Zülfü içində məskən edib könlümün quşu,Dil riştəsini incidib ol məh dərağidə.

Hər kim yetişdi dəhrdə vəsli-nigarinə,Vahid həmişə can verir rahi-fəraqidə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq