Daim cəmali-dilbərə məftun gözilə bax,Eşq aləmində Leyliyə Məcnun gözilə bax!

Laqeyd baxma zülfünə bu dilrübalərin,Olma əsir bunlara, şəbxun gözilə bax!

Rənci-xumaridən məni qurtardı gözlərin,Bəzən təbibi-eşqə Fəlatun gözilə bax!

İbrətlə dinlə cəngü rübabın sədasını,Şərən bu küfrdür, demə, qanun gözilə bax!

Dəhrin cəfasına, qəminə qılma etina,Baxma kədərlə aləmə, məmnun gözilə bax!

Öz əsrinin mühitinə hər kim yanaşmasa,Tez məhv olub gedər, ona mədfun gözilə bax!

Vahid həmişə eşq, məhəbbət əsiridir,Məcnuni-əsrdir, ona vurğun gözilə bax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq