Gözəlim, gül üzünə kim ki, tamaşa eylər
Gözəlim, gül üzünə kim ki, tamaşa eylər,Qorxuram, eşqimizin sirrini ifşa eylər.
Kəcnümalər sənə mənə verir öz qəlbi kimi,Qəlbisaflar səni düzgün yola mənə eylər.
Yüz min aşiq gələ, mindən biri Məcnun olmaz,Yenə Məcnununu təyin özü Leyla eylər.
Bu cəfalar ki, mənə dilbəri-məhrulər edir,Cümləsin toplasalar bir yerə, dünya eylər.
Duydum axır ki, rəqibin mənə xainliyini,O mənim istədiyim yarı təmənna eylər.
Eşq sövdasına kim düşsə, bəlalər çəkəcək,Şeyx Sənan ola gər, eşq onu rüsva eylər.
Qorxma, Vahid, hədə eylərsə də, biganə sənə,Nuri-həqq, zülmət olan yerdə təcəlla eylər.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gozelim-gul-uzune-kim-ki-tamasa-eyler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?
Dedi ol yar mənə: dəftərimiz evdə qalıbDedi ol yar mənə: dəftərimiz evdə qalıb,Eşqə dair yazılan sözlərimiz evdə qalıb.
Könlüm kimi, o zülfə yenə şanə bağlanıbKönlüm kimi, o zülfə yenə şanə bağlanıb,Can riştəsi o zülfi-pərişanə bağlanıb.
Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olubFirqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,Adətim bülbül kimi şamü səhər əfğan olub.
Başqa şairlərin şeirləri · Eşq
Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Dil bazarçısı yalandır, varmazam bazarinəDil bazarçısı yalandır, varmazam bazarinəGerçək olmaz əyri dil, inanmazam iqrarinə.